ilk növbədə
deyiləcək
mülahizələrin daxilən planı
yaranır. Bu nitq
fəaliyyətinin birinci mərhələsidir.
İkinci mərhələdə mülahizələrin qurulması
yaranır. Lazım
olan sözlər yaddaşdan götürülür, sintaktik modelə uyğun cümlələr qurulur. Nitqin yaranması
mexanizmi hələ kifayət qədər öyrənilməyib və fərqli fikirlər mövcuddur.
Üçüncü mərhələ
isə
ən məsuliyətlidir –
Danışma mərhələsi.
Subyekt öz fikirlərini nəql edir, məruzə edir,
mühakimə edir, səsli nitq yaradır, ünsiyyətin verbal vasitələrindən istifadə edir.
Nitq izhar etmək, fikir söyləmək nitq fəaliyyətinin məhsuludur. Danışanın nitqinə
əsasən onun
psixoloji vəziyyətini
(həyəcanlı nitq, yaxud səmimi, kobud, yaltaq, nəvazişli
nitq); onun
məqsədini
(inandırıcı, informativ, təbliğat);
kommunikativ əhəmiyyəti
(məzmunlu, mənasız, boş, dərin, düşündürücü);
danışanın həmsöhbətinə münasibətini
(həqarətli, ironik, hədəli, tərifləyici) müəyyən etmək olar.
Hər bir nitq fəaliyyəti özlüyündə müəyyən məqsəd güdür, burada nəticə böyük
əhəmiyyət daşıyır. Əks tərəfin deyilənlərə münasibətinə, reaksiyasına görə nitqə qiymət verilir.
Əks əlaqənin əhəmiyyətini başa düşmək üçün nitqi söyləyəni, yəni subyekti (S) və onu qəbul
edəni- adresat (A) faktorunu yadda saxlamaq lazımdır. Nitq hadisəsini yalnız
generativ
(mənşə, törəmə)
yox, həm də
perseptiv (qavrayış)
planda, onun qəbul edilməsi baxımından
nəzərdən keçirmək lazımdır.
Subyekt kimi adresat üçün də nitq şəraiti böyük əhəmiyyət daşıyır. Məsələn, işçini
müdir yanina çağırır; marketinq üzrə mühazirəyə dəvət edirlər; istehsalat müşavirəsi
keçiriləcək. Burada şəxsi iştirak vacibdir.
Birinci halda
müdirin çağırışının səbəbini
aydınlaşdırmağa çalışırlar (səbəb məlum deyilsə); bu şəraitdə özünü necə aparmaq lazımdır,
hansı suallar verilə, nə təklif oluna bilər?!
Dostları ilə paylaş: |