kəmiyyət, keyfiyyət, münasibət, vasitə. Kəmiyyət- informasiya tələb olunduğundan çox və ya az olmamalıdır;
Keyfiyyət -əmin olmadığın, yalan hesab etdiyini söyləməmək;
Münasibət (relevantlıq) – məqsəddən kənara çıxmamaq;
Vasitə, manera – aydın, yığcam, birmənalı ifadə etmək, səfərbər olmaq.
Liçin nəzakətlilik prinsipi isə altı kateqoriyaya bölünür:
-
takt -(şəxsi fəaliyyət sferasının sərhədini bilmək), təhlükə yaradan mövzulardan
qaçmaq (dini, şəxsi həyat, əmək haqqı mövzuları potensial təhlükə yaradır;
-
alicənablıq -müsahibini çətin vəziyyətə salmamaq;
-
ruhlandırıcılıq , pozitivlik;
-
təvazökarlıq - ünvanına deyilmiş tərifləri qəbul etməmək, özündən razılıq əlaməti
kimi;
-
razılıq, barışdırıcılıq -müxalif olmamaq, konflikti aradan qaldırmaq;
-
rəğbət – simpatiya, xeyirxahlıq;
Qraysın kooperasya və
Liçin nəzakətlilik prinsipləri ünsiyyət kodeksinin əsasını
təşkil edir.
Reaksiyaya, əks əlaqəyə görə nitq fəaliyyətinin xarakterini bilmək olar. Əks əlaqə
mimika, jest, baxış, komplimentlə verilə bilər.
Məişətdə və professional sferada
ünsiyyətin məqsədindən asılı olaraq aşağıdakı
növləri göstərilir:
Maskalanmış əlaqə -formal ünsiyyət (mərasim, tədbir ifadələri, jestlər əsl
məqsədi və sifəti gizlədir).
Adi ünsiyyət (heç bir xeyrin güdülməməsi, məqsədin olmaması nöqteyi-
nəzərindən);
Tərəflərdən birinin üstünlüyü ilə olan ünsiyyət (sosial status nəzərə
alınmaqla, tələbə-müəllim ünsiyyəti);