Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   178
I CİLD (2)

şifahi (akustik ) nitq

2.Yazının meydana gəlməsindən, xüsusilə əlifba yarandıqdan sonra meydana gələn 
yazılı (optik) nitq
.
Şifahi nitq 
bəşəriyyətin, insanlığın təşəkkül tarixi ilə bağlıdır. Şifahi nitq fəaliyyəti və 
cəmiyyətdəki rolu baxımından yazılı nitqdən çox-çox əvvəlki dövrlərə aiddir. Ən qədim 
insanların nitqi birhecalı, dəyişməyən və bir-biri ilə bağlanmayan sözlərdən ibarət olmuşdur. 
Onlar əksərən başqa canlılar kimi kəsik-kəsik qışqırtılarla danışmışlar. Birgə fəaliyyət tədricən 
eşidilən səsin mahiyyətini anlamaq imkanı yaratmışdır. Lazımi mənalar bu cür müəyyən 
səslərlə mənimsənilmişdir. Başqa canlılardan fərqli olaraq insan rəngarəng səslər tələffüz edə 
bilmiş və onların birləşmələri tədricən söz şəklində formalaşmışdır. İnsan zərurət nəticəsində 
elə əşyaları adlandlrmalı olmuşdur ki, onunla daim əlaqədə olmuş, həmin əşyalar onun 
məişətinə daxil olmuşdur. Dil tədricən, yavaş-yavaş inkişaf etmişdir (22, 34,35). İlk dövrlər 
şifahi nitq bəsit olmuş, sonralar uzun zənginləşmə yolu keçmiş, “öz mövcudluğunu dil varlığı 
ilə birlikdə davam etdirmişdir” (4,17).
Şifahi və yazılı nitq formalarının hər birinin özünəməxsus üstün cəhətləri olsa da, 
məzmunu əsasən eynidir. Belə ki, eyni fikri həm şifahi, həm də yazılı formada ifadə etmək 
olar. Nitqin bir sıra növləri həm şifahi, həm də yazılı nitqə aiddir (məsələn, mühazirə, məruzə, 
dialoq). Lakin şifahi və yazılı nitqin yönəldiyi obyektlər, istiqamətlər müxtəlifdir.
Şifahi nitqin əsas xüsusiyyətləri
1.Şifahi nitq ilk olaraq insanlar arasında informasiyaların bir-birinə ötürülməsi 
zərurətindən yaranmışdır. 
2.Şifahi nitq əsrlər boyu dilin formalaşmasına, sabitləşməsinə, tənzimlənməsinə
yaşamasına öz təsirini göstərmişdir. Şifahi nitqin normalarının yaranmasında ixtiyarilik başlıca 
amildir. 
3. Şifahi nitq lakonikliyi sevir, buna görə informasiya prosesində qarşıya çıxan 
maneələri özü aradan qaldırır. 
4. Şifahi nitqdə hamıya aydın sözlərdən, qısa və sadə quruluşlu cümlələrdən istifadə 
olunur, bu isə öz növbəsində dilin quruluşuna təsir edir, onların norma kimi sabitləşməsini 
təmin edir.
5.Şifahi nitqdə danışıq dilinin xüsusiyyətlərini əks etdirən yarımçıq cümlələrdən, qısa 
replikalardan geniş istifadə olunur.
6. Şifahi nitq tələffüz, vurğu, intonasiya, fasilə, təkrar və s. kimi vasitələrlə zəngin olur.
7.Danışanın hiss-həyəcanını, emosiyalarını, fikrini daha düzgün və aydın ifadə etmək 
üçün əlavə jestlərdən (əl-qol hərəkətləri), mimikadan istifadə olunur. 
8.Şifahi nitqin forma və məzmunun müasir texniki vasitələrin köməyi olmadan gələcək 
nəslə eyni ilə çatdırmaq mümkün deyildir.
9.Şifahi nitqin tempi çox sürətli olur.
“İzahlı dilçilik terminləri” lüğətində şifahi nitq belə izah edilir: “Şifahi nitqi danışıq dili 
(nitqi) ilə eyniləşdirmək olmaz. Bədii əsərlərdə verilən dialoq nitqi danışıq dili nümunəsi hesab 
olunur və şifahi nitq sayılmalıdır. Çünki bu nitq artıq yazıya alınmışdır və yazılı nitqdir” (6, 
346). 


 Dilçilikdə danışıq dili ilə şifahi nitqin fərqləndirilməsi mübahisəlidir. Danışıq dilinin 
təyinində istifadə olunan: 1) “hazırlıqsız baş vermə” ifadəsinin özünü doğrultmadığını; 2) 
“rəsmi və qeyri- rəsmi səviyyədə baş vermə” ifadəsinin aydın və meyar rolu oynamadığını; 3. 
“ söhbətdə bilavasitə iştirak etmək” kriteriyasının düzgün seçilmədiyini göstərən dilçilər (4, 
5) danışıq dili ilə şifahi nitqin eyni əlamətlərlə səciyyələndiyini bildirir. Lakin, bununla belə, 
kitablarda işlənən dialoqlarla şifahi nitq və ya danışıq dili arasında fərq var. Çünki bədii 
ədəbiyyatda verilən danışıq parçaları bir müəllif tərəfindən düşünülüb, yazıya alınıb. Bu zaman 
müəllif bu və ya digər dərəcədə dil normasını nəzərə almağa məcburdur. Ümumiyyətlə, 
götürüldükdə isə, danışıq dili şifahi nitqlə eyniyyət təşkil edir. Hər halda nitq situasiyası 
eynidir, danışanlar nitq aktında bilavasitə iştirak edir. Nitq aktının gedişi nitq prosesindən asılı 
olur (4, 15).
2. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin