Dil və nitq. Dilçilikdə mahiyyətcə aktual, eyni zamanda çətin və mürəkkəb sahələrdən
biri “İnsan və dil” problemidir. Bu sahəyə
“dil və düşüncə”, “dil və nitq”, “dil və üslub”, “dil və təfəkkür”, “dil və mədəniyyət ” və s daxildir. Bu sahələrin hər biri ayrıca tədqiqat
mövzüsudur.
Antuan de- Sent Ekzüperi yazır: “İnsan öz təfəkkürünü daim zənginləşdirməyə, nitqini
gözəlləşdirməyə çalışır, lakin təfəkkür mədəniyyəti barədə hamı düşünmür. Təfəkkür
mədəniyəti təfəkkürün müstəqilliyi, yaradıcı olması, özünəməxsusluğu, cəsarətli və dialektik
olması ilə bağlıdır”. Lakin məsələyə nitq mədəniyyəti prizmasından yanaşıldığına görə biz
yalnız
dil və
nitq anlayışlarının araşdırılmasını zəruri hesab edirik.
Dil haqqında anlayış. Bəşər mədəniyyətinin tərkib
hissəsi kimi dil də tarixən
yaranmışdır. Elmin, texnikanın, mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişaf amillərini,
dil qədər dəqiq təyin edə bilsin. Dil ictimai əmək prosesində insanlar arasında ünsiyyət vasitəsi
kimi yaranmışdır. Dil ünsiyyət vasitələrinin ən başlıcasıdır və insanların bütün fəaliyyət
dairəsini əhatə edir. O, insanların sosial tələblərini ödəmək, qazanılmış nailiyyətləri
möhkəmləndirmək və başqalarına çatdırmaq vasitəsidir. Dil hər bir fərdin, ümumilikdə isə
xalqın mövcüdluğunu şərtləndirir, onu bəşər mədəniyyətinə qovuşdurur.
1.Dil irsi deyil, insanın düşüncəsi üçün zərurət təşkil edir və insan düşüncəsinin praktik
və maddi cəhətidir. Dil maddidir, çünki səslərlə ifadə olunur.
2.Dil fikrin formalaşmasında iştirak edir.
3.Dil insanın fikrini ifadə etməkdə fikir mübadiləsində əsas rol oynayır.
Dil insanın maddi aləmi dərk etməkdə, qazanılmış bilikləri möhkəmləndirməkdə
əvəzsiz rol oynayır. Lakin
şifahi dil -nitq müəyyən çalışmazlıqlara malikdir, çünki şifahi
şəkildə ifadə olunanlar yaddaşda əbədi qalmır. Buna görə insanın düşüncəsinin yüksək inkişafı
olan