Nitqi tamamilə fərdiləşdirərək dildən ayırma Sössür təliminin özünü doğrultmayan
cəhətlərindən biridir.
Doğrudur ki, nitqdə fərdilik mövcuddur. Ancaq nitq dilin reallıq forması kimi dildən
qidalanır, dil isə nitqin formalaşmasının bazasını təşkil edir. Nitq vasitəsi ilə yeniləşmə yaranır,
bu yeniləşmə nitqin təsiri altında sinxronikləşir, normaya düşür, anlaşıqlı olur. Bir sözlə, nitq
dildəki vasitələri köhnəldir, yeni formalar yaradır, onların normalaşmasını tənzim edir.
Məsələn, Azırbaycan, eləcə də türk dilində dəmir qanuna çevrilmiş ahəng qanunundakı
bəzi istisnalar (işıq, ildırım, ilğım və s.) nitq prosesində baş vermişdir. Heç zaman fərdi nitq
dilə bu dərəcədə təsir edib onu norma hüdudundan çıxarmaqla, yenidən bu ziddiyyətin normaya
çevrilməsini təmin edə bilməz.
Nitq ancaq ani təzahür prosesində fərdiləşə bilər. Bütövlükdə nitq kollektivin
məhsuludur və ona xidmət edir. Nitq tamamilə fərdi xarakter daşısaydı o, dilə təsir göstərib
onun sistemində və strukturunda dəyişiklik edib norma yarada bilməzdi. Məhz normanın
sistem şəklində mövcudluğu nitq fəaliyyətinin nəticəsidir.
B.N.Qolovin dil və nitqi fərqləndirərkən söyləyir ki, nitq tamamilə fərdi ola bilməz və
o özünün fəaliyyətində kollektivin məhsulu olan dil ənənələrindən qidalanır.
Dil norması tarixi bir kateqoriya kimi dil kollektivində yaranır, dəyişir və inkişaf edir.
Dildə tarixi dəyişmələrin səbəbləri müxtəlif ola bilər.
Dostları ilə paylaş: