Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Dil və nitqin iki müxtəlif hadisə olmasını sübut edən amillər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   178
I CİLD (2)

Dil və nitqin iki müxtəlif hadisə olmasını sübut edən amillər 
1.Dil və nitq iki müxtəlif kateqoriyaya keçə, əvəz edilə bilər. Məs. informasiya 
nəzəriyyəsi terminlərinə əsasən dil kod kimi, nitq isə məlumat kimi müəyyənləşdirilir. Kod ilə 
məlumatın iki ayrı-ayrı hadisə olduğunu heç kim inkar etmir, dil ilə nitqdə isə şübhə var. 
2. Dil ilə nitqin funksiyaları müxtəlifdir. Nitq ünsiyyət prosesidir və bütünlükdə 
ünsiyyət məqsədi izləyir. Dil isə ünsiyyət üçün imkan yaradan vahidləri müəyyənləşdirmə, 
fərqləndirmə vasitəsidir.Dil və nitqin funksiyaca fərqləndirilməsi özünü “ünsiyyət vasitəsi” 
olub-olmamaq prinsipinə görə doğrudur. 
3. Dil ilə nitqin iki müxtəlif hadisə olduğunu aralarındakı qarşılıqlı əlaqələrin xarakteri 
sübut edir. Dil və nitq tam ziddiyyət təşkil edən, kəskin fərqlənən xüsusiyyətlərə malikdir. 
Dil ilə nitqin sıx əlaqəsi. 
Dil ilə nitq bir-birini qarşılıqlı şəkildə şərtləndirir. Nitqin 
aydınlığı və öz təsirini göstərməsi üçün dil zəruridir, öz növbəsində dilin mövcudluğu üçün 
nitq zəruridir. Beləliklə, 
dil ilə nitqin
bir-birindən 
qarşılıqlı asılılığı
müəyyən edilir: dil eyni 
zamanda həm nitq alətidir, həm də nitqin məhsuludur. Dil və nitq iki müxtəlif hadisədir, eyni 
hadisənin iki cəhəti deyildir. 
Dil və nitqin mahiyyəti. 
“Dil” və “nitq” müstəqil terminlər olub, xüsusi və fərqli 
anlayışları ifadə edir. Ona görə bu iki termin arasında fərq qoyulur. Dil ünsiyyət vasitəsi, nitq 
ünsiyyət prosesidir və onların bir-biri ilə bağlı vəzifələri vardır. Dil və nitq eyni bir hadisənin- 
nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydın və təsirli ola 
bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün nitq zəruridir. Nitq nəinki dili təzahür 
etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə 
olunmasıdır. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür. F.de Sössür dil və nitqi belə 
səciyyələndirir: “dil qrammatik sistemi və lüğət tərkibindən, yəni dil vahidlərindən, nitq fərdi 
danışıq və eşitmə faktorlarından ibarətdir. Dil insanın əlaqə, ünsiyyət tələbatını nitq vasitəsi ilə 
ödəyir. Dil nitq üçün ilkin şərtdir, dil nitqin məhsuludur. Dil insanın ünsiyyət tələbatını nitq 
vasitəsi ilə ödəyir. Dil həcminə və kəmiyyətinə görə nitqdən çox genişdir. Nitq fərdi, dil 
ümümxalq miqyaslıdır. Buna görə də dil hər hansı xalqın varlığı və ruhunun daşıyıcısı rolunu 
oynayır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin