Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   178
I CİLD (2)

Yazılı nitq.
Yazılı nitq şifahi nitqdən sonra meydana çıxan uzunmüddətli 
təkmilləşmə forması, yolu keçmiş nitq hadisəsidir. Yazılı nitq əsasən ədəbi dil çərçivəsində 
inkişaf edir, “qeyri-ədəbi dil” ünsürləri əks olunmur. Azərbaycan yazılı nitqinin tarixini 
keçmişdən bu günə qədər qalmış qədim yazılı abidələr, tarixi sənədlər, salnamələr və s. yazılı 
mənbələrdən öyrənmək mümkündür.
Yazılı nitq bəzən nitq mədəniyyəti anlayışına aid edilmir. Əslində isə mədəni nitqin 
inkişafı üçün yazılı və şifahi nitq formaları vəhdətdə götürülməlidir, çünki nitq mədəniyyəti 
problemi dilin əyani, konkret ifadə vasitəsi olan yazı ilə son dərəcə bağlıdır. Yazılı nitq sərbəst 
və müfəssəl bir ünsiyyət vasitəsidir. Burada həmsöhbətlə əks əlaqə olmur. Yazılı nitqdə fikir 
daha ardıcıl, rabitəli şəkildə ifadə oluna bilir. Fikrin daha dəqiq, aydın və rabitəli şəkildə ifadə 
olunması üçün vaxt imkanı genişdir. Yazılı nitqdə dilin ifadəlilik vasitələrindən (emfatik, 
vurğu, epitet, inversiya, ellipsis, anafora, ritorik sual və s.) istifadə olunur. Yazılı nitq yazının 
meydana gəlməsindən sonrakı dövrləri səciyyələndirir. Bu mərhələ hər yerdə müxtəlif insan 
cəmiyyətlərində eyni vaxtda baş verməmişdir. Ona görə də yazının əmələ gəlməsinin öz tarixi 
və formaları vardır. N. Qolovin yazının meydana gəlməsini insanların müyyən zaman, 
məsafə ölçüsündə ünsiyyət yaratmaq tələbləri əsasında meydana gəldiyini bildirir. Yazı 
informasiyaların müəyyən zaman və məsafədə ötürülməsi zərurətindən yaranmışdır. Yazının 
əmələ gəlməsi və inkişafı cəmiyyətin inkişafı ilə əlaqədardır (7, 231). İnsan cəmiyyəti inkişaf 
etdikcə müəyyən məlumatların, hadisələrin yazıya alınması tələbatı meydana çıxmışdır. Yazı 
da qədim tarixə malikdir və onun da əlifbadan əvvəlki dövrü vardır. 
Yazılı nitqin əsas xüsusiyyətləri 
1.Yazılı nitq şifahi nitqə nisbətən daha mühafizəkardır, şifahi nitq ənənələri əsasında 
yaranmış norma və qaydaları mühafizə edir.
2.Yazılı nitqdə elmi, texniki, siyasi və digər terminlər çox işlənir. 
3.Yazılı nitqdə sadə, geniş və mürəkkəb cümlələrdən daha çox istifadə olunur. 
4.Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir. 
5.Yazılı nitqdə intonasiya, fasilə, vurğu və s. şifahi nitq ünsürlərini əks etdirən durğu 
işarələrindən istifadə olunur. 
6.Yazılı nitqdə mimika, jestlərdən istifadə olunmur, sözlərin məna çalarlıqlarından 
istifadə etməklə fikrin bütün incəlikləri təsvir olunur. 
7.Yazılı nitq məlumatın, fikir xəzinəsinin, elmi nailiyyətlərin, informasiyaların 
nəsildən-nəslə ötürülməsində əsas rol oynayır. Nizami, Füzuli və başqaları kimi ölməz 
sənətkarların söz xəzinəsi bizə yazılı nitqin köməyi ilə çatdırılmışdır. 
8.Yazılı nitqin sürəti aşağıdır. 
9.Yazılı nitqdə danışıq səslərini özündə əks etdirən hərflərdən istifadə olunur. 
10.Yazılı nitq normalarının sabitləşməsində icbarilik mühüm yer tutur. 


Yazılı nitq yazının meydana gəlməsindən sonrakı dövrləri səciyyələndirir. Bu mərhələ 
hər yerdə eyni vaxtda baş verməmiş, müxtəlif insan cəmiyyətlərində fərqli vaxtda olmuşdur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin