Vasitəli nitq. Müəllifin nitqi içərisində olduğu kimi deyil, ancaq onun məzmununu əks
etdirən nitqə vasitəli nitq deyilir. Vasitəli nitq başqasının nitqinin budaq cümlə formasında
təzahürüdür. Bu zaman özgə nitqinin fonetik, leksik, qrammatik xüsusiyyətlərində, hətta
intonasiyasında da dəyişiklik edilir, onun yalnız məzmunu saxlanılır.
Sitat. Sitat latınca “sitatum” sözündən olub, mənası “olduğu kimi, hərfi-hərfinə bir
mətndən götürülmüş yazı” deməkdir (8, 83).
İnsan öz fikrinin düzgünlüyünü təsdiq etmək üçün başqalarının fikrinə istinad edir.
Bəzən yalnız öz fikrini deyil, başqasının da fikrini aydınlaşdırmaq, əsaslandırmaq, yaxud
təkzib etmək məcburiyyətində qalaraq natiq, müəllif müxtəlif məxəzlərə müraciət edir. “İzahlı
dilçilik terminləri” lüğətində sitat “Bir mətndən və ya şəxsin dilindən eynilə alınıb işlədilən dil
vahidləri, iqtibaş” mənasında verilmişdir. (6, 245)
A.Qurbanovun isə bu barədə fikri belədir: “Vasitəsiz nitq formasında müxtəlif cür kənar
nitq işlənir: Kənar nitq kimi “sitat” nəzərdə tutulur. Başqasının nitqi sitat verilməklə vasitəsiz
nitq şəklində işlənir” (2, 120).
Sitat nədir və onun vasitəsiz nitq şəklində işlənməsi sitat və vasitəsiz nitqin eyni anlayış
olduğu deməkdirmi? Göründüyü kimi bir çox hallarda sitata verilən tərif vasitəsiz nitqlə
eyniyyət təşkil edir.
Dərsliklərdə sitata verilən tərif bu anlayışı tam əhatə etmir və birtərəfli şərh olunur.
“Sitatla verilən cümlə tərtib formasına, durğu işarələrindən istifadə qaydasına görə vasitəsiz
nitqdən seçilmir. Fərq ondadır ki, sitatdan istifadə edərkən müəllif öz fikrini əsaslandırmaq,
söylənmiş fikri gücləndirmək, fikrin ilkin mənbəyini göstərmək və s. məqsədlər güdür”
(9,171).
“Bütün sitatlar vasitəsiz nitq formasında ortaya çıxır”; “Cümlənin, nitqin hansı məqsədi
güdməsindən asılı olmayaraq, onun görülmə, ifadə olunma forması var. Yəni bütün sitatlar
vasitəsi nitq formasında ortaya çıxır. Ona bizim hansı adı verməyimizdən asılı olmayaraq,
quruluş vasitəsiz nitq adı verdiyimiz anlayışın quruluşudur” (10, 203).
Göründüyü kimi S.Zeynal “vasitəsiz nitq” və “sitat” anlayışlarını eyniləşdirir.
Sitat (lat-citatumyaxud birisinin müddəalarını tərtib etmək üçün bir müəllifin əsərindən və ya sənəddən eynilə
götürülən parça, hissə, iqtibas (11,177).