Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   178
I CİLD (2)

Yazının yaranma tarixi 
çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan 
əvvəlki dövrü 
piktoqrafik 
və 
ideoqrafik
yazı ilə seçilir. İlk yazılarda müxtəlif şəkil və 
simvollar əsasında formalaşdırılan təsvir vasitəsi ilə müəyyən məlumatlar yazıya 
köçürülmüşdür. Belə məlumatları yazıya çevirməyin səbəbi nitqi şəkil və simvollarla 


canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurəti olmuşdur. Piktoqrafik 
yazılarda istifadə olunan ayrı–ayrı şəkillər 
piktoqramlar
adlanmışdır. Piktoqramlardan təşkil 
olunan, daha doğrusu, piktoqrafik təsvir və yazılar Azərbaycanda da lap qədimdən istifadə 
olunmuşdur. Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların, saxsı 
qabların üzərində heyvan, bitki, insan və s. şəkilləri az deyildir. Azərbaycanda piktoqrafik yazı 
nümunələri Qobustanda, Qazaxda, Gədəbəydə, Naxçıvanda və s. qeydə alınmışdır. Təkcə 
Qobustanda 720 qayaüstü rəsmdə dörd mindən çox təsvir vardır. Yaranma tarixi, forma və 
səbəblərindən asılı olmayaraq qədim yazılar müasir dövrdə istifadə etdiyimiz müxtəlif yazı 
sistemlərinin əcdadı sayıla bilər. 
Yazı formalarının təkamülü göstərir ki, “Nitqi ötürmək üçün qrafik işarələr sisteminin 
yaradılması bəşər mədəniyyətinin universialiyalarından biridir. ...Söz – heca yazıları müxtəlif 
insan qrupları tərəfindən, dəfələrlə, fərqli vaxtlarda yaradılmış olsa da, onların işlənib 
hazırlanması bu və digər dərəcədə eyni üsullarla baş vermişdir”(23, 6). Məsələn, Kəlbəcər 
qayalarındakı piktoqrafik yazılarda bir neçə keçi, dinozavr və başqa naməlum heyvan fiqurları, 
at fiqurunun üstündə və b. təsvirlərdə piktoqrafik-yazı işarələri də həkk edilmişdir. Bunlar 
Gəmiqaya, Qobustandakı təsvir və işarələrin eynidir. Piktoqraflar arasında dinozavr rəsminin 
aşkar edilməsi, piktoqrafların yaşını 10 – 12 min il keçmişə aparır. Dinozavrların nəsli 
buzlaşmanın son dövründə dünya daşqınından sonra yer üzündən silinmişdir. Naxçıvan – 
Gəmiqaya və Qobustan abidələrinin bir qismi dünya daşqınından əvvəl, yəni 20 – 30 min ilin, 
bir qismi isə daşqından sonrakı dövrün abidələridir.Yazı sisteminin təkamülündə diqqəti cəlb 
edən cəhətlərdən biri də budur ki, “şəkillərdən başlanan yazılar tədricən həndəsi fiqur və 
elementlərin istifadə olunması ilə düzələn hərflər şəklinə gəlib çıxmışdır. İlkin dövrdə müxtəlif 
ölçülü düz xətt parçalarının birləşdirilməsi əsas götürülmüşdür. Yazıda daha çox hərfdən 
istifadə etməmək, hərflərin mürəkkəbliyinin qarşısını almaq məqsədilə qrafemlərdən sonralar 
əyri xətt, dairə, yarımdairə, ellipsvari elementlərindən istifadə olunmuşdur” (17, 3;4). Müasir 
əlifbada hərflərin sayı bir qayda olaraq əsasən 20 – 30 arasındadır. Əlbəttə, istisna hallar da az 
deyildir. Məsələn, havay dilinə uyğunlaşdırılmış latın əlifbasında 12, Şri – Lanka dövlətində 
istifadə olunan siniqal dilində, bir sıra Şimali Qafqaz dillərində 50 və daha artıq səs vardır. Hər 
səsə bir qrafem uyğun qoyulursa, onda bu dillərin əlifbalarındakı işarələrinin sayı əllini 
aşmalıdır. Aydındır ki, dildəki hecalar səslərdən qat-qat çoxdur. Işarənin hecaya uyğunluğu 
əsasında yerinə yetirilmiş yazılara 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin