Əlifbadakı işarələrin düzülüş ardıcıllığının
hansı qanunauyğunluq əsasında
aparılmasını aydınlaşdırmaq və izah etmək mümkün deyildir. Bununla yanaşı, düzülüşə təsir
göstərən bəzi meyarlar hiss olunur. Məsələn,
işarənin oxşarlığı
,
səslərin məxrəc yaxınlığı
və
s. Qeyd etmək lazımdır ki, düzülüş üçün müəyyən prinsipin əsas götürülməsi əhəmiyyətlidir.
Məsələn, Azərbaycan əlifbası üçün latın əlifbasının düzülüş ardığıllığı baza funksiyasını yerinə
yetirir. Spesifik hərflərin latın əlifbasına artırılması yazı oxşarlığı, səs oxşarlığı əsasında
aparılmışdır. Məsələn
C, Ç; S, Ş; E, Ə
və s.
Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq
olunmuş faktdır. Q.Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində
aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları
üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir (7,76). Bu fakt A.M.Şerbakın və
A.N.Kononovun əsərlərində də səslənmişdir (8, 81; 9, 7).
1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində
yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III-VII əsrlərinə aid
edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk
olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948-1952-ci illərdə Mingəçevir Su Elektrik
Stansiyasının tikintisində torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V-VII əsrlərinə
aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan
ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların
doğruluğunu bir daha təsdiq edir (10, 130-131).
Qədim run-türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası
sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş
yayılmışdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-
birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki
yerə bölünür:
Dostları ilə paylaş: