Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   178
I CİLD (2)

1920-1929-cu illərdə
Azərbaycanda ərəb əlifbasının dəyişdirilməsi, latın əlifbasına 
keçməklə bağlı müxtəlif işlər getmiş, layihələr yaradılmışdır. Bu dövrdə latın və rus qrafikası 
əsasında əlifbaların yaradılması təklifləri səslənmişdir. 1924-cü ildən başlayaraq latın qrafikalı 
Azərbaycan əlifbası qismən tətbiq edilmişdir. 
1929-cü il yanvarın 1-dən
Azərbaycanda latın 
qrafikalı əlifba tam tətbiqini tapır.
1929-cu ildə qəbul edilən latın qrafikalı yeni əlifba Azərbaycan dilinin fonemlər sistemini 
tam əhatə etmişdir. Latın əlifbası latın dilinin fonetik tərkibinə uyğun tərtib olunduğundan bu 


əlifbadakı qrafemlərin sayı az idi. Azərbaycan əlifbası tərtib edilərkən Azərbaycan dilində 
mövcud 32 fonemin hamısına uyğun qrafem yaradılması tələbi meydana çıxırdı. 32 fonem 
üçün latın əlifbasından müstəqil qrafem götürmək mümkün deyildir. Azərbaycan dilinin xüsusi 
fonemləri üçün əlavə hərflər qəbul edilmişdi. Bu hərflərin bir qismi latın əlifbasına məxsus 
hərflər əsasında yaradılmış, digər qismi isə başqa dildən götürülmüşdü. 1929-cü ildə tətbiq 
olunan Azərbaycan əlifbasında 25 hərf (a, b, c, d, f, g, e, h, i, j, k, l, m, n, o, p, q, r, s, u, t, v, x, 
y, z) latın əlifbasından götürülmüşdü. Bunlardan 6-sı sait (a, e, i, o, u, y), 19-u samitdir (b, c, 
d, f, g, h, j, k, l, m, n, p, q, r, s, t, v, x, z). Halbuki Azərbaycan dilində 9 sait, 23 samit səs 
vardır. 
1929-cu il əlifbasına Azərbaycan dilinin qalan yeddi fonemini yazıda ifadə etmək üçün 
qəbul edilmiş işarələr aşağıdakılar olmuşdur: (ç, n, z, ə, ö, 
Ʒ
, I). Bu qrafik işarələrdən rus 
əlifbasından götürülmüş (z) hərfi Azərbaycan dilinin [Ş] fonemini ifadə edirdi. Digər 
fonemlərin ifadə olunması üçün latın əlifbasının məxrəcə görə yaxın fonemi ifadə edən hərfin 
dəyişdirilməsi yolu ilə yeni qrafem qəbul olunmuşdu. C –Ç, O-Ö, İ–I, Z-Z, E -Ə. Bu əlifbaya 
daxil edilmiş bir hərf latın qrafikasındakı e hərfinin 180 dərəcə çevrilməsi yolu ilə əldə 
olunmuşdur. Ö hərfi O hərfinə diakritik üfuqi düz xətt (-) işarəsinin artırılması yolu ilə 
yaradılmışdır.
«Göründüyü kimi, latın əlifbası əsasında əlifba tərtib olunarkən fonetik prinsipə 
əsaslanılmışdır. Ənənəvi-tarixi prinsipə görə isə layihəyə sağır nun (n
1
) və apostrof (‘) işarəsi 
də əlavə edilmişdir. Bunlardan (n
1
) hərfi xüsusilə 1935-ci ildən ədəbi dilimizdə işlənmədiyi 
üçün 1938-ci il layihəsinə daxil edilmir. Lakin başqa türk dilli xalqların yeni əlifba 
layihələrində (n
1
) qalırdı. Deməli, latın əlifbası əsasında yeni Azərbaycan əlifbası 
düzəldilərkən ümumxalq dilində mövcud olan, dilin bütün dialektlərini əhatə edən mənalı 
səslərə uyğun qrafik işarələr yaradılması əsas prinsip kimi alınır»(11, 49-50). 
1933-cü ildə birləşdirilmiş və dəqiqləşdirilmiş yeni əlifba layihəsi tərtib edilmişdir. Yeni 
layihədə Azərbaycan dili fonemləri artikulyasiyaya görə latın əlifbası hərflərinə 
uyğunlaşdırılmışdır. C-Ç, g-q, u-y hərflərinin yerləri dəyişdirilmiş ь fonemi üçün sabit yazılış 
şəkli müəyyənləşdirilmiş, (ш) fonemi üçün latın əlifbasında olan S hərfinə işarə artırmaqla yeni 
şəkil Ş yaradılmışdır. Bu layihə rus qrafikası əsasında yaranan yeni əlifbaya keçilənə qədər 
istifadə olunmuşdur.
1939-cü ilin 15 noyabrında latın əsaslı Azərbaycan əlifbasının kiril əsaslı əlifba ilə 
dəyişdirilməsi və yeni əlifbanın 1940-cı ilin yanvarından tətbiq olunması haqqında qərar qəbul 
olunmuşdur. 1940-1990-cı illər ərzində tətbiq olunmuş kiril əsaslı Azərbaycan əlifbasında da 
müxtəlif vaxtlarda bir sıra islahatlar aparılmışdır.
M.Şirəliyev, Ə.Dəmirçizadə, A.Axundov və F.Cəlilov rus əlifbasını Azərbaycan dili 
üçün ən uğurlu saymışlar. Doğrudur, sonralar F.Cəlilov bu barədə keçmişdə yanlış fikirdə 
olduğunu söyləmişdir. 
1980-ci illərin ikinci yarısından başlayaraq Azərbaycanda müstəqillik hərəkatı gücləndi. 
Bu dövrdə ölkədə əlifbanın yenidən dəyişdirilməsi və latın əsasına keçirilməsi barədə ideyalar 
ortaya atılmağa başlandı. 1990-cı ilin 11 sentyabrında yeni Azərbaycan əlifbasının 
hazırlanması üçün komissiya yaradılması, layihənin hazırlanıb müzakirəyə təqdim 
olunmasının komissiyaya tapşırılması haqqında qərar qəbul olundu. 18 dekabr 1991-ci ilə kimi 
komissiya onun qarşısında qoyulmuş vəzifələri yerinə yetirdi. Beləliklə, Azərbaycanda daha 
bir əlifba dəyişməsi baş verdi.
A.Axundov yeni əlifba layihəsinin qəbul edilməsi ərəfəsində yazırdı: «Yaxın altmış ildə 
əlifbamızı üç dəfə dəyişməklə mədəniyyət tarixi üçün «nümunə» olmuşuq. Elə edək ki, daha 
bu dəfə «nümunə» olmayaq» (12). Bu fikirlər yeni latın əsaslı əlifbanın qəbul edilməsi 
prosesində nöqsanlara yol verməmək üçün xəbərdarlıq kimi səslənirdi.
Doğrudan da, latın əsaslı yeni əlifbanın qəbul edilməsi prosesi geniş mübahisə və 
müzakirələrlə keçmişdir. Müzakirəyə təqdim olunmuş layihələrdə oxşar cəhətlər çox olsa da, 


onların bir-birindən fərqləri də az deyildi. Əsas mübahisələr Azərbaycan dilinə məxsus spesifik 
hərflərə uyğun işarələrin qəbul edilməsi ilə bağlı olmuşdur. Yeni latın əsaslı əlifba layihələrinin 
müzakirəsi prosesində üzə çıxan mübahisəli məsələləri daha yaxşı qiymətləndirmək məqsədi 
ilə ilk növbədə ideal əlifba məsələsini nəzərdən keçirmək yerinə düşərdi.
Dünyada müxtəlif fonetik əlifbaların yarandığı dövrdən onların təkmilləşdirilməsi 
istiqamətində araşdırmalar aparılmış, bu və ya digər əlifbanın qüsurlu və müsbət cəhətləri 
aydınlaşdırılmışdır. Bir sıra xalqlar əlifbalarında qüsurlu cəhətlərin çox olmasına baxmayaraq, 
ilk əlifbanı dəyişməyə cəhd göstərməmişlər. Əlifbaların dəyişdirilməsi prosesini izləyərkən
daha çox dillərin latın əsaslı qrafikaya keçməsi ilə üzləşirik.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin