Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   178
I CİLD (2)

Diakritik işarə
(diacritical sign)- hərfin yanında həmin hərfin başqa cür oxunması 
məqsədilə istifadə olunan işarədir. Diakritik işarə hərfə birləşdirilə və ya ondan ayrı verilə 
bilər. Məsələn, Latın əlifbasının S hərfi müxtəlif dillərin əlifbasında diakritik işarə ilə işlənir. 
Çex əlifbasında S və Š qrafemləri vardır. Birinci qrafem (s) foneminə uyğun gəlirsə, diakritik 
işarənin əlavə olunması nəticəsində alınmış Š qrafemi (sh) foneminə uyğun gəlir. Azərbaycan 
əlifbasında S qrafeminə başqa diakritik işarə əlavə edilsə də (Ş) hərfin uyğun gəldiyi səs 
əvvəlki kimi qalmışdır. Nəzərdən keçirilmiş nümunələrdə diakritik işarə hərflə birləşir.
Diakritik işarənin hərfin yanında ona birləşmədən ayrıca işlənən formaları da çoxdur. 
Belə işarələrin hərfin üzərində qoyulması daha geniş yayılmışdır: 
þ
, Ö, È, j, ü, i, ĉ, Ĭ, Ÿ və s. 
Əlifbalarda istifadə olunan əsas diakritik işarələr aşağıdakılardır: -, ..,V,\ 
Ərəb əlifbasında diakritik işarələr sayca çoxluq təşkil edir. Bu əlifbada daha çox 
nöqtələrdən istifadə olunur. Nöqtələr hərflərin üstündə və altında yerləşdirilir. Fərqləndirmə 
üçün 1, 2, 3 nöqtədən istifadə edilir. İki və üç nöqtənin yerləşdirilmə formaları müxtəlifdir: /./, 
/../, / :. /. Məsələn, ﺫ

 
ش
ي
və s. Ərəb əlifbasındakı digər diakritik işarələrdən təşdid sukun, 
həmzə, məddə, vəslə, habelə saitləri göstərmək üçün istifadə edilən bir sıra başqa diakritik 
işarələr vardır. 
Diakritik işarələrdən başqa, dildə 
durğu işarələri
də istifadə olunur. Lakin diakritik 
işarələrdən fərqli olaraq, durğu işarələri yazıda tamamilə başqa funksiyaları yerinə yetirir.
Durğu işarələri
(punctuation marks) - yazılı nitqdə nitqin deklamasiya-psixoloji 
parçalanmasının, eləcə də nitqin morfoloji vasitələrlə, müxtəlif sistemli dillərdə istifadə olunan 
söz sırası ilə fərqləndirilə bilməyən sintaktik məzmun baxımından bölünməsinin göstərilməsi 
məqsədi ilə işlədilən işarələrdir. Durğu işarələri universal sistem təşkil edir, müxtəlif dillərdə 
eyni səciyyə daşıyır. Ona görə də əlifba islahatları, əlifbanın dəyişdirilməsi bir qayda olaraq 
durğu işarələrinin tərkibinə təsir göstərmir. 
Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirməklə belə nəticəyə gəlmək olar ki

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin