Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   178
I CİLD (2)

əlifbanın kamilliyi
Boduen de Kurtenenin fonem qrafem qarşılaşdırılması əsasında 
müəyyənləşdirdiyi yeddi prinsipin ödənilməsi, diakritik işarələrin olmaması, çoxelementli 
hərflərin, həmçinin əlyazmada bir-biri ilə qarışıq salına biləcək dərəcədə oxşar hərflərin azlığı 
ilə qiymətləndirilir. Əlifbaların kamillik, yaxud ideallıq dərəcəsini konkret qiymətləndirmə 
meyarı yoxdur. Yuxarıdakı prinsiplər əsasında müxtəlif əlifbaların bir-biri ilə müqayisəsi 
zəminində hansı əlifbanın daha kamil olmasını qeyd etmək olar.
Məsələn, türk dilində sözlərin birinci hecasında və təkhecalı sözlərdə 
e
hərfi 
ə
kimi 
oxunur. Lakin türk əlifbasında 
ə
saitini bildirən ayrıca hərf yoxdur. Rus dilində həm 
a
, həm də 
o
saitini bildirən hərf olduğu halda bir sıra sözlərdə o yazılsa da, a oxunur. Rus dilindəki 
ğ

 
ğ
qrafemləri ayrıca fonemi bildirmir, özlərindən əvvəlki fonemin tələffüzünə təsir göstərir. 
İngilis dilində liqatur hərflər çoxdur, məsələn, 
ture
liqaturu ç, 
sion
və 
tion
isə ş fonemini 
bildirir. Bütün bunlar həmin əlifbaların qüsurlu cəhətləridir.


Klassik latın əlifbasında 23 qrafem olmuşdur. Sonralar əlifbaya V və C qrafemləri əlavə 
edilmişdir. Latın əlifbasının 25 hərfindən yalnız beşində diakritik işarədən istifadə olunmuşdur: 
i, j hərflərində diakritik işarə funksiyasını hərfin üstündə qoyulan «.» yerirnə yetirir. Bu iki 
qrafemin baş hərf variantlarında nöqtə yoxdur: J, I
Latın qrafikalı iki Azərbaycan əlifbası arasında qrafem fərqləri müxtəlif aspektlərdən 
nəzərdən keçirmək olar. Əski latın qrafikalı əlifbada bir neçə qrafemin kiril əlifbasından 
götürülməsi qeyd edilmişdir. Bizim fikrimizcə, bu qrafemlərdən yalnız ikisini kiril əlifbasına 
aid etmək olar. Birinci belə qrafem (Ş) hərfini ifadə edən, rus əlifbasında (
Ʒ
) foneminə uyğun 
gələn 
Ʒ
qrafemidir. Yuxarıda qeyd etdiyimiz kimi, sonralar bu qrafem S hərfinə diakritik işarə 
artırılması yolu ilə düzəlmiş Ş ilə əvəz edilmişdir. Əvəzetmə zamanı fonetik s-z qarşılaşdırması 
nəzərdə tutulmuşdur.
Latın qrafikalı əski əlifbamızdakı ı hərfi kiril əlifbasından i qrafeminin bir hissəsi kimi 
və ya ь (myaqkiy znak) işarəsi olaraq götürülmüşdür. Bu qrafem Azərbaycan dilindəki «I» 
fonemini ifadə etmək məqsədilə əlifbaya salınmışdı. Yeni latında ь qrafemindən istifadə 
edilmir. Bunun əvəzinə latın İ qrafeminin həm baş, həm də kiçik hərf variantı üzərinə diakritik 
işarənin «.» –nöqtənin yerləşdirilməsi ilə onu «i» foneminin hərfi işarəsi kimi qəbul edirlər. 
Bunun müqabilində oxşar, lakin nöqtəsiz işlənən hərf «ı» foneminin yazı işarəsi olur. 
Tədqiqatçıların bir qismi Azərbaycanın birinci latın əlifbasına daxil edilmiş (Ü) 
foneminin qarşılığı olan u
 
hərfinin də kiril əlifbasından götürülməsi fikrini irəli sürür. Lakin 
bu hərf latın əlifbasında da vardır (Y y).
Birinci latın qrafikalı əlifba (þ) hərfi əvəzinə ikielementli Ö qrafemi əlifbaya daxil 
edilmişdir. Bu qrafem də ilk dəfə Azərbaycan əlifba islahatçıları tərəfindən təklif olunmuş və 
quruluşuna, yazılış sadəliyinə görə əslində Ö qrafemindən daha uğurlu variant sayıla bilərdi. 
Latın O qrafeminə tən ortadan düz xətt parçası əlavə etməklə düzəlmiş bu qrafemin əlyazma 
variantında orta xətt ayrıca element olsa da qələmi ayırmadan yazmaq imkanı verdiyindən orta 
xətti diakritik işarə kimi qəbul etməmək də mümkündür. (Ö) foneminin qrafik işarəsi kimi kiril 
əsaslı Azərbaycan əlifbasına daxil edilmiş Þ fonemi yeni latın əlifbasına daxil edilmir və Ö 
qrafemi ilə əvəzlənir. Əvvəlki latında (c) fonemi Z , (Ü) fonemi /
y/
qrafemi ilə ifadə olunur. 
Bu əlifbada q və ğ fonemlərinin məxrəc yaxınlığını əsas götürərək (Ğ) fonemi q qrafeminin 
baş hərfinə yaxın simvolla g ilə işarə edilir. Bu işarənin daxil edilməsi zamanı Azərbaycan 
dilində Ğ səsinin sözün əvvəlində işlənməməsi nəzərə alınmışdır. Yeni latında qeyd olunmuş 
üç qrafemin üçü də əlifbadan çıxarılmışdır. Bunun müqabilində diakritik işarələrin artırılması 
ilə yeni qrafemlər yaradılmışdır. Köhnə latında işlənən Z hərfinin əvəzinə latın əlifbasının C c 
hərfi (C) foneminin əvəzedicisi kimi qəbul edilir. (Ü) səsinin ifadəsi üçün qəbul edilmiş y 
qrafemini bu dəfə Ü ü qrafemi əvəz edir. g- -ğ fonemlərinin məxrəc yaxınlığını əsas götürərək 
G g qrafeminə diakritik işarə artırmaqla Ğ ğ (ğ) fonemini ifadə edən qrafem yaradılmışdır.
Köhnə latında diakritik işarənin artırılması ilə daha bir qrafem də düzəldilmişdir. Bu 
qrafem (C) foneminin qrafik işarəsi olur və Ç kimi yazılır. Yeni latında bu iki işarə C və Ç 
saxlanılır. Lakin hərflərin ifadə etdikləri səslər dəyişdirilir: Ç-(C), C-(Ç). Beləliklə, iki latın 
əlifbasından əvvəlki diakritik işarələrin azlığı ilə seçilir. Yeni latında hərflərin fonetik 
uyğunluq prinsipi daha çox gözlənsə də onda diakritik işarələrin çoxluğu aydın görünür.
«Əvvəlki latından az fərqlənən yeni əlifbamızın tətbiq taleyi nə qədər təəccüblü olsa da, 
əvvəlkilərdən qat-qat çətin olmuşdur. İstər şəkilcə, istər tətbiq texnikasına görə daha mürəkkəb 
və çətin olan bu əlifbaların tətbiqi müddəti çox qısa, cəmi 1-2 il olduğu»nu vurğulayan 
A.Axundov yeni əlifbanın şəkil və tətbiq texnikasına görə mürəkkəbliyinin səbəblərini açmır 
(12).
İki latın əlifbasının müqayisəli təhlilindən sonra yeni Azərbaycan əlifbasının nə dərəcədə 
ideal olmasını araşdırmaq mümkündür. 
Hazırda istifadə olunan əlifbalar fonoqrafik prinsip əsasında tərtib olunmuşdur. Bu 
əlifbaların mükəmməlliyinin başlıca meyarı ona daxil edilmilş qrafemlərin dildəki bütün 


fonemləri əhatə etməsi ilə ölçülür. Meyarın əsasında hər qrafemə bir fonemin uyğun gəlməsi
prinsipi durur.
Azərbaycan dilində 32 fonem vardıır. Bu cəhət əlifbada da 32 qrafemin olmasını tələb 
edir. Azərbaycan dilinin müəyyən tarixi inkişaf dövrlərində bu dilin fonemlər sistemində sağır 
nun (işarəsi N
1
, n
1
; N

, n

) səsi də olmuşdur. Bu səs müasir Azərbaycan dilində (nq) 
birləşməsinə uyğun gəlir. İngilis dilində də belə bir səs vardır (5). Qədim yazılı abidəmiz - 
«Kitabi Dədə-Qorqud» dastanlarının dilində sağır nun fonemi işləkdir. 1929-cü ildə qəbul 
olunmuş latın qrafikalı əlifbaya sağır nun fonemini ifadə edəcək qrafem daxil edilmişdi. Lakin 
müasir Azərbaycan dilində bu fonemin işlənməməsi həmin fonemə uyğun işarənin dildən 
çıxarılmasına imkan vermişdir. Azərbaycan dilinin fonemlər sistemində daha bir fonemin 
varlığı ilə bağlı tədqiqatçılar arasında mübahisələr gedir. Dilimizə rus dili vasitəsilə keçimş 
kolxoz, klub, bak, diktor, fakt və bu qəbildən olan sözlərdə işlənən [

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin