Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   178
I CİLD (2)

Diakritik işarələr.
Əlifba yazı ilə bağlı bir sıra digər tələblərə də cavab verməlidir. Bu 
tələblər əsasən diakritik işarələrlə bağlıdır.
Yeni latının qəbul edilmiş ilk variantında (Ə) fonemini ifadə edəcək hərf Ä olmuşdur. Bu 
qrafem latın A hərfinə iki diakritik işarənin əlavə olunması ilə düzəldilmişdir. Üzərində iki 
nöqtənin işlədilməsi nəzərdə tutulmuş üç hərfin (Ä, Ö, Ü) əlifbaya daxil edilməsi, əlbəttə, izafi 
səciyyə daşıyırdı. Çünki bu qrafemlərin həm baş, həm də kiçik hərflərinin nöqtələrlə 
işlədilməsi lazım gəlirdi. Nöqtənin iki olması isə, əslində hərfə eyni şəkildə olan iki diakritik 
işarənin əlavə edilməsi demək idi. Bu isə ciddi mübahisələrə səbəb olurdu.
Həqiqətən, bu dövrdə də hansı hərfin necə qəbul edilməsi ilə bağlı 30-40-cı illərdəki 
mübahisələr davam edir. Ən çox mübahisə doğuran məsələ Ə (Ä) hərfinin şəkli forması və 
apostrof işarəsi olur. Ä işarəsinin qəbul edilməməsi səbəbi ümumi prinsipin pozulması ilə bağlı 
irəli atılan müddəalar olur. Əski latın qrafikalı əlifbanın bərpası baxımından Ə şəkli daha 
münasib idi. A.Qurbanov və F.Cəlilovun əlifba layihələrində isə bu hərfin Ä şəkli təklif 
olunmuşdu. İlkin variantda qəbul olunan bu qüsurlu işarənin sonrakı müzakirələrdə tərəfdarları 
azalır, nəticədə yenidən Ə şəkli əlifbaya qaytarılır.
Beləliklə, əlifbaya kiril əlifbasında 
işlədilmiş bir hərf qaytarılmış olur. «Doğrudan da, kiril əsaslı əlifbamızla latın əsaslı əlifbamız 
arasında yazı və səslənməyə görə 7 hərf üzrə (a,e,ə,h,x,k,o) tam uyğunluq var. Böyük M hərfi 
də hər iki əlifbada eyni cür yazılır. 6 hərfin isə yazılışı eyni, səslənməsi müxtəlifdir» ( 
17,11). 
Azərbaycan dilinin latın və kiril əlifbalarının müqayisəsi latın qrafemlərinin dörd 
qrupunu fərqləndirməyə imkan verir:


1) həm qrafem konfiqurasiyasına, həm də fonem qarşılığına görə üst-üstə düşən hərflər: 
Aa, D, Ee, Xx, Kk, M, Oo, Əə;
2) konfiqurasiyaca üst-üstə düşən, səs mənasına görə fərqlənən hərflər: Bb, Cc, Yy, Pp, 
C, Uu, Hh, T, g, m, n, r;
3) konfiqurasiyaca əsas elementləri üst-üstə düşən, səs mənasına görə fərqlənən hərflər 
Q, ğ, Çç,Öö, Üü, F;
4) yalnız latın əlifbasına xas qrafemlər.–t,f,l,L, Ii,d b v, N 
Latın əlifbasının sırf özünəməxsus diakritik işarəli hərfləri nəzərdən keçirək. Böyük Q 
(ku) hərfi O hərfinə diakritik işarə artırılması ilə əmələ gəlmişdir. Diakritik işarə hərfin alt 
hissəsində istifadə olunur və onunla birləşir. Q hərfinin kiçik hərf variantında diakritik işarə 
yoxdur: q. 
Latın əlifbasındakı diakritik işarəli digər iki hərf t və F hərfləridir. Hər iki hərfdə diakritik 
işarə hərfi kəsən düz xətt parçasıdır. Bu işarə kiçik t və böyük F hərflərində də işlənir. 
Nəhayət, diakritik işarə latında işlənən kiçik i və kiçik ç hərflərində işlənir. Bu hərflərin 
kiçik variantları nöqtə işarəsi ilə fərqləndirilir. Əslində, hər iki hərfin latında nöqtəsiz işlənən 
variantları yoxdur. Beləliklə, latın əlifbasında baş və ya kiçik hərf olmasından asılı olmayaraq 
cəmi beş hərfdə diakritik işarə vardır. Həmin diakritik işarələr bunlardır: /./, /-/,/ V /.
Latın qrafikalı yeni Azərbaycan əlifbasında diakritik işarəli 16 hərf vardır: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin