Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


AZƏRBAYCANDA ƏLİFBA VƏ ƏLİFBA İSLAHATLARI



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   178
I CİLD (2)

 
AZƏRBAYCANDA ƏLİFBA VƏ ƏLİFBA İSLAHATLARI 
 


Yazının yaranma tarixi çox qədimdir. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və 
ideoqrafik yazı ilə seçilir. 
Yaranma tarixi, forma və səbəblərindən asılı olmayaraq qədim yazılar müasir dövrdə 
istifadə etdiyimiz müxtəlif yazı sistemlərinin əcdadı sayıla bilər. Amerikalı tarixçi və yazı 
sistemlərinin ən məşhur tədqiqatçısı İ.Qelb yazının inkişafını üç mərhələyə bölür: 1) qeyri-yazı 
(şəkillərlə olan yazı – bu yazı formasında istifadə olunan şəkillər ifadə etdikləri məna ilə şərti 
rabitəyə malik olmamışdır); 2) protoyazı (bu yazının əsasında ideoqrafik prinsip durmuşdur. 
Yazı mahiyyətin qeyd olunması məqsədi daşımışdır); 3) əsl yazı (fonoqrafik yazı prinsipi olub 
səsi yazmağı əhatə edir). 
Qeyd etmək lazımdır ki, üçüncü mərhələdə mövcud olan sillabik (hecalı, heca-hərfli) 
yazılar da fonoqrafik yazı sisteminə aid edilir. 
İşarənin hecaya uyğunluğu əsasında yerinə yetirilmiş yazılara heca yazısı, sillaboqrafik 
yazı deyilir. 
Sillaboqrafik yazının ən qədim nümunələrindən biri şumer yazılarıdır. Məşhur tarixçi 
İ.M.Dyakonov qeyd edir ki, qədim heca işarələri eramızdan qabaq üçüncü minilliyin əvvəlində 
şumer yazısında əmələ gəlmişdir (5, 42). 
Şumerlərin dilinin türk dillərinə yaxın olması fikri hələ ötən əsrin birinci otuzilliyində 
elmi ədəbiyyatda özünə yer tapmışdır. Məşhur qazax yazıçısı və tədqiqatçısı Oljas Süleymenov 
bu fikrin əsas tərəfdarlarından biri olmuşdur. (6, 162-194) Sonralar bu fikir inkişaf etdirilmiş, 
onun faktlarla əsaslandırlması istiqamətində tədqiqatlar aparılmışdır (18, 5-21). 
Şumer yazılarındakı işarələr mismara, mıxa bənzər formalarda yerinə yetirilmişdir. Bu 
yazılar farsca mixi yazıları adlanmışdır. Həmin termin Azərbaycan dilində də qəbul 
olunmuşdur. Şumer yazıları gil lövhələr üzərinə yazılmış, lövhələr odda yandırılmışdır. 
Nəticədə şumer yazılarının qorunub saxlanması mümkün olmuşdur. Qeyd olunduğu kimi, 
şumer yazıları sillaboqrafik yazılardır. Sillabik əlifbanın düzəldilməsi üçün daha çox işarə 
tələb olunur. Hesablamalar göstərir ki, sillabarinin düzəldilməsi üçün 50-dən başlayayaraq 
200-ə və daha artıq simvoldan istifadə etmək lazım gəlir. Bu da sillabik yazılarda işarələrin 
çoxluğunu bir daha təsdiqləyir. Şübhə yox ki, yalnız düz xətt parçaları ilə kifayət qədər işarə 
yaratmaq mümkün olsa da, yaradılan işarələrin mürəkkəb deyil, sadəliyi də vacib idi.
Heca və ya fonoqrafik yazı üçün nəzərdə tutulmasından asılı olmayaraq yazı işarələri 
şəkillərdən həndəsi fiqurlar əsasında düzəldilən işarələrə doğru inkişaf yolu keçmişdir. 
Piktoqrafik yazılarda şəkil onda təsvir olunan obyektə oxşarlıq əsasında qurulurdusa, sonrakı 
mərhələdə işarələmə əsas olmuşdur. Yəni işarənin müəyyən hərfə və ya hecaya uyğunluğu 
qəbul olunmuşdur. Bu cür işarələr isə həndəsi fiqurlar, elementlər əsasında yerinə yetirilmişdir. 
İlk dövrlərdə düz xətt parçalarından daha çox istifadə edilmişdir. Lakin işarələrin sayının 
artırılması lazım gəldikcə yazıya daxil edilən başqa həndəsi fiqurlar çoxaldılmışdır.
Təbii ki, yazıda istifadə olunan hərflərin müəyyən bir sistemə salınması da yazı 
işarələrinin yarandığı ilk dövrlərdə düşünmə və araşdırma obyekti olmuşdur. İlk yazı 
işarələrində sistemlilik hərflərin bir-birinə oxşarlığı, düzəldilmə ardıcıllığı ilə götürülmüşdür. 
Sistem hərflərin həm müəyyən ardıcıllıqla düzülməsini, həm də hərfin, qrafemin ifadə etdiyi 
səslərin, fonemlərin qanunauyğun əsasda bir-birini izləməsini əhatə etməli idi. Hərflərin 
düzülüşündə işarələrin yaradılmasındakı oxşarlıq əsas götürülürdüsə, səslərin bir-birini 
izləməsində onların yaxın məxrəclərdə tələffüzü, bir-birinə qarşı qoyulması amili nəzərə 
alınmışdır.
Bu iki prinsip:
1) hərflərin müəyyən ardıcıllıqla düzülməsi;
2) müəyyən dil üçün hərflərin ümumi sayının dəqiqləşdirilməsi əlifbanın yaranmasına 
gətirib çıxarmışdır.
Müəyyən dilin fonoqrafik yazı sistemində istifadə olunan hərflərinin qəbul olunmuş 
düzülüşlü toplusu 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin