Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   178
I CİLD (2)

heca yazısı, sillaboqrafik yazı
deyilir. Sillaboqrafik yazının 
ən qədim nümunələrindən biri 
şumer yazılarıdır.
Amerikalı alim, məşhur şumeroloq S.Kramer söyləyir ki, tarixdə ilk dəfə olaraq 
Şumerdə insana öz işlərini, fikirlərini və ümidlərini, mühakimə və inanclarını ətraflı və etibarlı 
əks etdirmək imkanı verən yazı inkişaf etdi, “yaş gil üzərində qamış çiling ilə yazırdılar”(27,3).
“Mixi yazının kəşfi və onun təkmilləşdirilməsi Şumerin bəşər tarixinə ən önəmli töhfəsi 
oldu. İlk yazılı abidələr qədim Şumer şəhəri Urukun xarabalıqları arasında aşkar olundu. Orada 
üzləri şəkilli yazı ilə örtülmüş mindən çox gil lövhəcik tapıldı. Onlar əsasən təsərrüfat və 
inzibatçılıq yazılarından ibarət idi. Amma onların arasında bir neçə tədris mətnlərinin də 
olduğu müəyyən edildi. Bu onu sübut edir ki, Şumer mirzələri artıq miladdan əvvəl ən azı 3000 
il öncə təlim məsələləri ilə məşğul olurdular” (27, 26). 
İngilis alimi L.Bulli: “Misir, Babil, Assuriya, Finikiya, qədim yəhudi və nəhayət, yunan 
mədəniyyətlərinin mənbəyinin də Şumerdə axtarmaq lazım olduğunu” (20,8); Polşa alimi Z. 
Kosidovski: “ yəhudi mədəniyyətinin Yunanıstana yox, bir çox məsələdə özlərini beş min il 
bundan əvvəlki Şumer xalqının yaratdığı mədəniyyətə borclu hesab etdiyini” söyləmişdir 
(28,25).Yazı insanlığa əbədi töhfədir. Yazının kəşfi bəşər tarixinin böyük nailiyyətidir. Bu kəşf 
bəşər sivilizasiyasında mühüm bir başlanğıc oldu. Dünyada tanınmış alim və səyyah 
T.Heyerdal belə bir fikir söyləmişdir: “Qobustan və şumerli türk (şumer) mədəniyyəti eyni 
xalqa Azərbaycan xalqına məxsusdur”. T.Heyerdalın başqa bir fikrini də xatırlamaq yerinə 


düşərdi: “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyəti Mesopatomiyadan qat-
qat qədimdir”.
Qədim şumerlərin yaratdığı doqquz qəhrəmanlıq dastanı məlumdur. Bu 
dastanların çoxu qədim Azərbaycan dövləti Aratta ilə bağlıdır. Dastan qəhrəmanlarından En – 
Merkar, Luqalbanda, Bilqamus tarixi şəxsiyyətlərdir və onlar indiki Azərbaycanla bağlıdır. E. 
Əlibəyzadə yazır: “Təkcə, “Bilqamus” dastanında özünü göstərən başqa mənəvi keyfiyyətlər 
bir yana, üç mühüm amil – dil, el – dövlət (Uruk), inam (Tənqri, Tanrı) Şumer və müasir türk 
xalqlarının bir kökə bağlı olduğu fikrini söyləməyə əsas verir. Belə bir səsləşməni beş min illik 
bir vaxtı, məsafəni keçib gələn və dəyişməyən üç mühüm mənəvi amili dünya xalqlarının heç 
birində tapmaq mümkün deyildir”(4, 76).
Qeyd etmək istərdik 
ki, qədim türk yazı – həkketmə mədəniyyəti özündə bu üç mənəvi amili çox mükəmməl şəkildə 
əks etdirmiş, birləşdirmişdir. Belə ki, qədim türklər öz yazılarını öz mənəvi keyfiyyətləri – 
qədim türk cəngavərlik rəmzləri, inam və etiqadları, həyat tərzinin ən mühüm və etnik 
keyfiyyətlərini təmsil edən atributlar, ov alətləri, onları əhatə edən ətraf mühitlə bağlı işarələr 
əsasında qurmuşlar:
↓↑
(ox şəkli) – qədim türk həyat tərzinin mühüm silahı: k 
hərfi və “ok”(ox) sözü. 
(yay şəkli) – türk həyat tərzinin ilk mühüm silahı: y hərfi və “yay” sözü. 
(süngü, qılınc şəkli) – türk cəngavərlik rəmzi, silahı: yumşaq, incə ( ) və qalın 
s ( ) hərfləri 
(çadır, alaçıq şəkli)- qədim türk köçəri həyat tərzinin rəmzi: qalın b hərfi. 
( böyrü üstə qoyulmuş çadır, alaçıq şəkli) – köçməyə, başqa yerə yığışmağa 
hazırlıq rəmzi: m hərfi. 
(tam və yarımçıq ay şəkli) – türklərin Aya inanc rəmzi: nt/nd qoşa hərfi
diftonqu. 
Türklər öz yazılarını qayalar, gil lövhələr, sal daşlar, heykəllər üzərində həkk edərək 
sanki gələcək nəsillərə öz möhtəşəm tarixləri, mədəniyyətləri haqqında məlumatı ötürmək 
üçün əbədiləşdirməyə çalışmış, unudulmasını istəməmişlər. 
Türklərin ilkin beşiyi Ön Asiya – 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin