Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Dialoji və poliloji nitqin ümumi xüsusiyyətləri çoxdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   178
I CİLD (2)

Dialoji və poliloji nitqin ümumi xüsusiyyətləri çoxdur.
Gündəlik danışıqda, ailədə, 
işdə, ictimai yerlərdə belə nitqlərdən geniş istifadə olunur. Çox zaman onlara əvvəlcədən 
hazırlıq görülmür, fikirlər danışıq əsasında yaranır, sözlər anındaca seçilir. Cümlələr, danışıq 
konkert danışıq situasiyasına uyğun qurulur.Bu cür nitqlərdə cümlələr sadə quruluşlu olur, 
yarımçıq cümlələrdən çox istifadə edilir. Bu cür nitqlərdə əks əlaqə üstünlük təşkil edir və nitq 
prosesində deyilən replikalarla birlikdə (məsələn, başqasının dediklərini təsdiq və ya inkar 
etmək, deyilənlərə əlavə etmək, deyilənlərə qarşı ekspressiv-emosional reaksiya bildirmək və 
s.) birbaşa intonasiyanın formasını müəyyənləşdirir. Bəzən intonasiya, ton, mimika, jest, yəni 
psixoloji amillər sözün, ifadənin mənasına üstün gəlir, söhbətin məzmununu dəyişdirir.
Dialoji və poliloji nitq 
sosial əhəmiyyət
də daşıyır. Mübahisəli məsələlərin həllində, 
barışıqda, elçilikdə ağsaqqal və ağbirçəklərin, nüfuzlu adamların, apardıqları danışıqlar zamanı 
dialoji və poliloji nitq mərhələli şəkildə bir-birini əvəz və davam etdirə bilər. Bu cür hallarda 
danışıq aparan şəxslərdən böyük natiqlik məharəti və mədəniyyəti tələb olunur. Dialoji və 
poliloji nitq televiziya və radio verlişlərində, teledebatlarda və s. əsasən dil formaları şəraitində 
baş verir.
Nitqin tərzi
 
Nitq tərzinə görə iki cür olur: vasitəsiz və vasitəli nitq. Bu şifahi və yazılı nitqdə 
başqasının nitqdindən istifadə edərkən baş verir.
 
Müəllif başqasının dediyi sözləri özgə nitqi şəklində işlətmək üçün əsasən iki üsuldan 
istifadə edir: a) vasitəsiz nitq; bu nitq danışıq, elmi-rəsmi və bədii üslubda geniş işlənir; b) 
vasitəli nitqi; belə nitqdən elmi-rəsmi və mətbuat dilində daha çox istifadə edilir. 


Vasitəsiz nitq
. Başqasının nitqinin danışan və ya yazan şəxsin nitqində olduğu kimi 
işlənməsinə vasitəsiz nitq deyilir. Başqasının mülahizəsini verən şəxs müəllif adlanır. Mətndə 
fikri aydınlaşdırmaq və izah etmək məqsədilə başqasının nitqindəki, yəni vasitəsiz nitqdə əlavə 
sözlərə müəllif nitqi deyilir. Nitqi söyləyən danışan şəxs adlanır. Vasitəsiz nitq bir qayda olaraq 
müəllif sözü ilə verilir. Vasitəsiz nitq müəllifin nitqi olmadan işlənə bilməz.
Müəllifin sözü ilə vasitəsiz nitq şifahi nitqdə bir-birindən xüsusi fasilə və intonasiya ilə, 
yazılı nitqdə isə durğu işarələrinin köməyi ilə ayrılır.
Vasitəsiz nitq öz quruluşunu saxlamaqla müəllif nitqindən asanlıqla ayrılır, özünün 
sintaktik bütövlüyünü, intonasiyasını, söz sırasını və s. saxlayır. Vasitəsiz nitqin müəllifin 
sözlərindən ayrılmasında xitablar, modal sözlər və nidalar müəyyən rol oynayır, danışanın 
sözlərini xüsusi intonasiya vasitəsi ilə, müxtəlif məna çalarlıqları ilə dinləyiciyə çatdırır. 
Vasitəli və vasitəsiz nitq M.A.Kazımbəydən başlayaraq dilçilərin diqqətini cəlb 
etmişdir. M.A.Kazımbəy vasitəsiz nitqi de feli lə bağlı hesab edib onu “əlavə cümlə”; 
P.M.Melioranski “həqiqi sözlər”; Altay dili qrammatikasının müəllifləri “ara cümlələr” 
adlandırmışdır (12, 427). 
Doğrudan da, de feli vasitəsiz nitqin formalaşmasında mühüm rol oynayır, lakin türk 
dillərində vasitəsiz nitqin ifadə olunmasında yeganə vasitə deyildir.
Türkoloqlar vasitəli nitq haqqında da müəyyən fikir söyləmişlər. Onlardan bəziləri 
vasitəli nitqi tamamlıq budaq cümlələri ilə eyniləşdirir, digərləri isə vasitəli nitqin əsas 
əlamətini cümlədə mübtədanın dəyişməsində (təsirlik halda olan nitq feilinin tələblərinə görə) 
görürlər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin