Nitqin tipləri
Hələ e.ə II əsrdə yunan stoikləri nitqin iki tipi olduğunu göstərmişlər: 1) daxili nitq; 2)
xarici nitq.
Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri nitqin şəxslər arasında baş
verməsidir, çünki şəxssiz nitq mümkün deyildir. Lakin nitqi təsnif edərkən onu şəxslərə görə
təsnif etmək olmaz. Ona görə nitqi tiplərinə görə təsnif etməyin ən düzgün yolu onu
səsli və
səssiz
olmasına görə bölməkdir.
Nitq səsli və səssiz olmaqla iki yerə ayrılır:
- daxili nitq
- xarici nitq.
Daxili nitq.
Tələffüz olunmayan, səslənməyən nitqdir. Daxili nitq lakonikliyi,
rabitəsizliyi, qrammatik konstruksiyaların elliptikliyi ilə seçilir.
İnsan əsasən təklikdə daxili nitqə qapılır.
Səssiz nitq, yəni daxili nitq fərdin özünə müraciəti, səsli nitqdən əvvəl çıxışa hazırlıq
prosesi, danışanı dinləyərək daxili nitqlə ona cavab verməsi və s. şəkillərdə ola bilər.
Daxili nitq sürətli, lakonik, cümlə üzvləri yerli-yerində işlənməyən, yəni daha çox
predikativ, situativ, qırıq-qırıq xarakterli, qarışıq, sərbəst, heç bir qadağa qoyulmayan, qayda
və normalara tabe olmayan “azad nitqdir”.
Psixoloqlar daxili nitqi nitq fəaliyyətinin xüsusi növü, təcrubi və nəzəri fəaliyyətin
planlaşdırılması fazası kimi götürürlər və o planın bir sıra xüsusi mürəkkəb nəzəri
fəaliyyətlərində həyata keçirilməsi fazası kimi çıxış edir. Daxili nitqin inkişafı insanın ümumi
inkişafı ilə bağlıdır və azyaşlı uşaqlarda daxili nitq zəif olur, sonra tədricən inkişaf edir (2, 18,
19).
Daxili nitq bir çox xüsusi mürəkkəb mübahisələrin (riyazi məsələlərin həllində, çətin,
mürəkkəb, mübahisəli tapşırıqların optimal yollarının araşdırılması, həyata keçirilməsi
mərhələsi kimi çıxış edir.
Xarici nitq.
Xarici nitq danışıq səsləri ilə ifadə olunur. Xarici nitqin vahidləri bütöv və
aydın olmalı, qavranılması asan olmalıdır.
Daxili nitqdən fərqli olaraq xarici nitq aydınlıq, məntiqilik, ardıcıllıq, səlislik, təsirlilik,
ahəngdarlıq və s. tələb edir.
Bəzən insanın özü üçün aydın olan bu və ya digər fikri ifadə etmək hər kəsə müyəssər
olmur. Xarici nitqin aydın, məntiqli, ardıcıl, səlis, təsirli, ahəngdar, sərbəst olması üçün hər kəs
öz nitqini inkişaf etdirməlidir. Xarici nitqdə qrammatik qayda-qanunlara, ədəb normalarına
əməl olunmalı, əxlaq və etika çərçivəsindən kənara çıxılmamalıdır. Xarici nitqdə bəzən insan
öz həqiqi fikirlərini gizlətməyə, dinləyicini öz məqsədinə yönəltməyə çalışır. Məşhur natiq
Taleyran demişdir: “Dil sizə öz fikirlərinizi gizlətmək üçün verilib”.
Xarici nitq öz növlərinə, formalarına və tərzinə görə müxtəlifdir.
Nitqin növləri
Bir çox dilçilər nitqin məzmununa, şərait və məqsədə uyğun olaraq nitqin iki növünü
göstərirlər: monoloji nitq, dialoji nitq.
Lakin
Dostları ilə paylaş: |