20
dir. Şüur, ideya ikincidir, ondan törəmədir. Dünyanı şüurdan, ruhdan çıxış
edərək izah edən tə‟lim isə
idealizm
adlanır. Bu cərəyanların hər biri öz
növbəsində müxtəlif formalara ayrılır. Belə ki, materializmin sadəlövh,
mexaniki,
metafizik, antropoloji, dialektik
və sair növlərini göstərmək
olar. Eynilə də idealizm daxilən yekcins olmayıb obyektiv və subyektiv
formalara bölünür. Müasir dövrdə isə onun rasionalizm və irrasionalizm
növləri geniş yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki,
sovet dövründə
yazılmış fəlsəfi kitablarda materializm ilə idealizmin münasibətləri
bəsit izah olunurdu
. Göstərilirdi ki, guya fəlsəfənin
bütün tarixi bu iki
cərəyan arasında barışmaz mübarizə tarixidir. Əlbəttə müəyyən dövrlərdə
onlar bir- birinə qarşı çıxış etmişlər. Lakin buna əsasən belə nəticə
çıxarmaq
olmaz ki, müəyyən məsələlərin həllində onlar arasında
yaxınlaşma və hətta bir- birinə nüfuz etmə halları olmamışdır. Məsələn,
deizmə həm materialistlər (F.Bekon, C.Lokk), həm idealistlər (Q.Leybnis)
və hətta dualistlər də (R.Dekart) qoşulurlar. Yaxud da dünyanın dərk
olunanlığını qəbul edənlər arasında materialistlərlə yanaşı idealistlər
(məsələn Hegel) də vardır. Və əksinə aqnostiklər (dünyanın dərkini inkar
edənlər) həm materialistləri (Demokrit), həm də idealistləri (Kant) təmsil
edirlər.
Deyilənlərdən aydın olur ki, materializm ilə idealizmin qarşılıqlı
münasibətləri mürəkkəb xarakter daşıyır.
Xüsusilə də
Dostları ilə paylaş: