Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə234/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

sistemlərin 
təhlilində «yarımsistem» anlayışı da çox mühümdür
. Bu anlayış ele-
ment ilə sistem arasında aralıq mərhələsidir. Yarımsistem elementə 
nisbətən daha mürəkkəbdir, sistemə nisbətən isə az mürəkkəbdir. 
1
Спиркин А.Г. Философия, с. 302. 


190 
Yarımsistem sistemin elementidir. O həm də onu təşkil edən elementlərin 
sistemi kimi çıxış edir. Öz daxili məzmununa görə mürəkkəb sistem bir 
sıra yarımsistemlərin bütöv bir silsiləsindən ibarətdir. Həmin 
yarımsistemlər bir-birilə qarşılıqlı əlaqədə və tə‟sirdə çıxış edirlər. 
Sistemli obyektlər qeyri mütəşəkkil və təsadüfi xarakterli 
elementlər çoxluğundan (məsələn, daş yığımı, bazarda və ya 
nəqliyyatdakı insanlar məcmusu və s.) fərqlənir
. Onlar bütöv xarakter 
daşıyır və sabit struktura malik olurlar. Onlara misal kimi kristalı, 
memarlıq kompleksini, bioloji orqanizmləri və s. göstərmək olar. Sistemli 
obyektlərdə vahid bir tamın daxilində elementlərin qarşılıqlı tə‟siri 
sayəsində 
«sistem effekti» deyilən 
göstərici əldə edilir. Sistemlər müxtəlif 
meyarlar üzrə növlərə ayrılır. Məsələn ətraf mühit ilə əlaqənin xarakterinə 
görə aşağıdakı üç cür sistemlər vardır: reaktiv sistemlər (bunlarda ətraf 
mühitin tə‟siri yüksəkdir), adaptiv (ətraf mühit ilə yanaşı sistemin daxili 
tənzimetmə funksiyası fəaliyyət göstərir) mövcuddur. Sistemlərin üçüncü 
növü aktiv sistemlər adlanır. Burada sistemin öz daxili məqsədi olur və bu 
məqsəd çox vaxt ətraf mühiti sistemin tələbatlarına uyğun şəklə salmaq 
işinə xidmət edir. Sistemlərin ən yüksək növünü özünütənzim edən 
sistemlər təşkil edir. Burada əks əlaqə prinsipi üzrə idarəetmə həyata keçi-
rilir. 
Sistemlər həm də elementlər arasındakı əlaqələrin xarakterinə
elementlər və strukturun birləşməsi səviyyəsinə görə müxtəlif olur. 
Onların iki əsas tipini (summativ və ya qeyri mütəşəkkil sistemləri) və 
bütövlük xassəsinə malik sistemləri ayırmaq olar. Birinci tipə aid 
obyektlərdə (məsələn müəyyən qayda ilə yığılmış taxtalar) sistemlilik 
keyfiyyəti zəif olur. Elementlərin öz arasında və onlar ilə sistem arasında 
münasibətlərdə sərbəstlik çox olur. Belə sistemlərdə elementlərin əlaqələri 
o qədər də mühüm xarakterli deyildir. Burada xarici və bə‟zən də təsadüfi 
amillər güclü rol oynayır. Bütün bunlara baxmayaraq, onları sistemsiz 
hesab etmək doğru olmazdı. Ikinci tip sistemlər bütövlük xassəsinə malik 
olur. Burada elementlərarası əlaqələr, onlar ilə sistem arasındakı qarşılıqlı 
asılılıq aydın şəkildə ifadə olunur. Bütöv sistemlərdə daxili əlaqələr çox 
möhkəmdir. Inteqrativ keyfiyyətlər çoxdur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin