Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


şüur allahın insana verdiyi hədiyyə hesab



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə255/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   251   252   253   254   255   256   257   258   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

şüur allahın insana verdiyi hədiyyə hesab 
edilirdi. Məhz şüuru sayəsində insan allaha qovuşa bilir. 
1
Аристотель. Сочинения, в 4 т., М., 1976 т.1. с.371.


209 
Şüur anlayışı ilk dəfə yeni dövr fəlsəfəsində işlənilməyə 
başlamışdır. Onu elmə R.Dekart gətirmişdir. Onun fikrincə iki növ subs-
tansiya mövcuddur: a) materiya və yaxud da məsafəliliyə malik substan-
siya və b) ruh-fikirləşən substansiya. 
Şüurun izahında rasionalizm ideyaları XVIII əsr fransız maarifçiləri 
tərəfindən daha geniş yayıldı. Onlar şüuru beynin funksiyası hesab 
edirdilər. Lametri, Didro, Helvetsiy və Holbax göstərirdilər ki, 
şüur 
əşyaların obrazıdır. O ictimai həyat ilə şərtlənir və tərbiyədən asılıdır.
Şüur probleminin qoyuluşu və həllində klassik alman fəlsəfəsi 
nümayəndələrinin, xüsusilə də Hegelin xidmətləri böyük olmuşdur. 
Məsələn Hegel 
şüurun sosial-tarixi təbiətini anlamağa yaxınlaşmışdır

Onun fikrincə tarixilik prinsipi şüurun təhlilində çıxış nöqtəsidir. Hegelə 
görə şüur nə isə hazır, əbədi, dəyişməz deyildir. O öz təşəkkülünə «qeyri-
mənəvidən» başlayır və mütləq bilik səviyyəsinə gəlib çatır. Beləliklə He-
gel dialektikanı şüur probleminin inkişafına tətbiq etdi. Onun fikrincə 
idrak prosesi mütləq ideyanın, ruhun öz-özünü dərk etməsindən ibarətdir. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində empiriokritisizm 
(təcrübənin tənqidi deməkdir) cərəyanı tərəfdarları (Max və Avenarius) 
şüurun beynin məhsulu olduğunu qəbul etmirdilər. Onlar şüuru da digər 
cismlər kimi «duyğu kompleksləri» şəklində təsəvvür edirdilər. Həmin 
dövrdə yaranmış başqa bir fəlsəfi 
tə‟limin-simvollar, heroqliflər 
nəzəriyyəsinin nümayəndələri (Müller, Helmhols və başqaları) 
duyğuların xarici aləmin in‟ikası olduğunu qəbul edirdilər. Lakin onlar 
göstərirdilər ki, duyğu ətraf dünyanın surəti deyil, yalnız simvolları və 
heroqlifləridir. Beləliklə gerçəkliyin şüurda adekvat (müvafiq) in‟ikası 
şübhə altına alınırdı. 
Yuxarıda deyilənlər sübut edir ki, fəlsəfə tarixində şüur çox 
müxtəlif izah olunmuşdur. Lakin bu münasibətdə olan rəngarəng baxışlar 
nəticə etibarilə ya materializmə ya da idealizmə qovuşur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin