Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


biliyin həqiqiliyi ilə faydalılığı əksərən eyni olur



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə340/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   336   337   338   339   340   341   342   343   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

biliyin həqiqiliyi ilə faydalılığı əksərən eyni olur
. Lakin 
bə‟zən bu tərəflər üst- üstə düşmür. Yə‟ni elə olur ki, həqiqi biliyin konk-
ret şəraitdə heç bir faydası olmur. Məsələn əgər müvafiq dərmanlar yox-
dursa, həkimin düzgün diaqnoz qoyması xəstə üçün faydasızdır. Yaxud da 
müəyyən mücərrəd bir teorem haqqında həqiqi bilik praktikada tətbiq olu-
na bilmirsə, onu faydalı hesab etmək olmaz. 
Biliyin həqiqiliyi və faydalılığı arasındakı əlaqə sadə və birmə‟nalı 
deyildir. Burada biliyin mövcud olduğu və istifadə edildiyi sosial şərait 
mühüm tə‟sir göstərir. Məsələn elə olur ki, müəyyən sosial qrupların 
mənafeyi naminə həqiqi bilik saxtalaşdırılır. Bu halda biliyin həqiqiliyi 
onun faydalılığına qurban verilir. Bu cür vəziyyət sosial- tarixi gerçəkliyə 
aid biliklər və bilavasitə dünyagörüşü, ideologiya və siyasət məsələləri ilə 
bağlı biliklər üçün daha çox səciyyəvidir. 
Əslində biliyin həqiqiliyi çox böyük mə‟nəvi əxlaqi dəyərə malik-
dir. Onu faydalılığa qurban vermək doğru deyildir. Bəşəriyyətin tarixində 
təmənnasız həqiqət axtarışları yolunda hətta canından keçənlər az 
olmamışdır. Bütün bunlar sübut edir ki, həqiqət çox böyük sosial dəyərdir. 
Həqiqət həm də estetik keyfiyyət olan 
gözəlliklə
sıx bağlıdır. 
Həqiqətin gözəlliyi hər heydən əvvəl yenini aşkara çıxarmaqdan duyulan 
xoş əhval ruhiyyədə ifadə olunur. O həm də elmi yaradıcılığın 
nəticələrindəki ahəngdarlıqdan və bənzərsizlikdən emosional psixoloji 
ləzzət almaq deməkdir. Bu mə‟nada gözəlliyi bir növ bilikdən subyektiv 
həzz almaq üçün keçirilən attestasiya hesab etmək olar. 


299 
X FƏSIL 
ELMI IDRAK VƏ ONUN METODLARI 
 
1. Elmi idrak və onun spesifik cəhətləri 
Bu mövzu bir növ əvvəlkinin davamı olub, idrakın əsas forması 
olan elmin fəlsəfi təhlilinə həsr olunur. Idrakın digər (bədii və adi güza-
ran) formaları ilə müqayisədə elm daha yetkin səciyyə daşıyır. Hazırda o 
bizi əhatə edən reallığın getdikcə daha fəal tərkib hissəsinə 
çevrilməkdədir. 
Elm cəmiyyətdə çox böyük rol oynayır. Insanlar onun vasitəsilə 
dünyadakı hadisə və proseslərin yeni-yeni xassələrini, əlaqələrini və 
qanunauyğunluqlarını aşkar edirlər. Elmin nailiyyətləri əsasında onlar öz 
həyat fəaliyyətini daha səmərəli qururlar. Elmi məlumatlar toplandıqdan 
və təhlil edildikdən sonra ümumiləşdirilir və bitkin nəzəriyyəyə çevrilir. 
Idrakın sonrakı gedişində o daha da dəqiqləşdirilir və yeniləşir. Nəticədə 
dünyanı daha dolğun və hərtərəfli əks etdirmək mümkün olur. 
Elm anlayışının məzmunu çox genişdir. Ənənəvi olaraq bu anlayışa 
aşağıdakılar daxil edilir: biliklər sistemi, fəaliyyət növü, sosial institut, 
akademiya sistemi və elmi-texniki inqilab. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin