Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ictimai həyatın bütün sahələrində



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə460/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   456   457   458   459   460   461   462   463   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ictimai həyatın bütün sahələrində 
siyasiləşməsi meyli müşahidə olunur.
Özü də bu meyl getdikcə 
sür
'
ətlənməkdədir. Bunu ondan görmək olar ki, indi cəmiyyətin demək 
olar ki, hər bir üzvü siyasətə, siyasi proseslərə dərin maraq göstərir. 
Hazırda hamı özündən asılı olmayaraq siyasi həyatın kütləvi axınına və 
burulğanına qoşulur. Insanların siyasi həyatda iştirakının yeni- yeni 
formaları və vasitələri yaranır. Bunların sırasında ictimai- siyasi 
partiyaların, digər kütləvi ictimai- siyasi təşkilatların, hərəkatların və 
birliklərinin sayının artması əsas yeri tutur. Onların tərkibində əhalinin 
getdikcə daha geniş kütlələri əhatə olunmaqdadır.
 
2. Siyasi sistemdə dövlətin yeri və rolu 
 
Cəmiyyətin siyasi təşkilində mərkəzi yeri dövlət tutur
. Dövlətin 
mahiyyəti haqqında çoxlu fikirlər söylənilmişdir. Vaxtilə Aristotel 
göstərirdi ki, dövlət ümumi faydanın başa düşülməsi nəticəsində əmələ 
gəlir və xoşbəxt yaşayış üçün yaradılır. XIII əsrdə yaşamış böyük 
Azərbaycan mütəfəkkiri N.Tusi dövləti ümumi razılığın, ictimai 
müqavilənin məhsulu hesab edirdi. Bu fikir yeni dövr fəlsəfəsində ictimai 
müqavilə nəzəriyyəsi adı altında geniş yayılmışdı (T.Hobbs, Spinoza, 
j.Russo). Hegel dövlətin əsasını zorakılıqda görürdü. Marksizm fəlsəfəsi 
dövləti bir sinfin digərini istismar etmək və əzmək maşını hesab edirdi. 
M.Veberin fikrincə dövlət bir qrup insanların başqaları üzərində legitim 
(qanuni) zorakılığına əsaslanan ağalıq münasibətidir. 
Dövlətin ümumi vəzifəsi ölkənin mövcudluğu üçün zəruri olan 
birgəyaşayış qaydalarını qorumaq və insanın bütün qüvvələrinin 
inkişafına kömək etməkdir
. Bu cəhətə xüsusi diqqət verən Hegel 
göstərirdi ki, dövlət ictimai qaydaları qoruyan təşkilatdır, o gecə 
növbətçisinə bənzəyir. Əsas məqsədi öz vətəndaşlarının sakitliyini 


414 
qorumaqdır.
1
Monteskyö də dövləti vətəndaşların keşiyini çəkən alət he-
sab edirdi. 
Müasir politoloji fikirdə dövlət dedikdə insanların, ictimai 
qrupların, siniflərin və birliklərin birgə fəaliyyətini və münasibətlərini 
təşkil edən, istiqamətləndirən və onlara nəzarət edən əsas siyasi sistem 
başa düşülür. Dövlət cəmiyyətdə hakimiyyətin və bu hakimiyyətin 
mərkəzləşdirilmiş ifadəsi olan siyasətin mərkəzi institutu hesab olunur.
2
Dövlətə verilən başqa bir tə„rif də diqqəti cəlb edir. «Dövlət 
cəmiyyətin yaşaması və tərəqqisinə kömək edən, bütöv bir tam kimi 
götürülən xalqın mütəşəkkil hüquqi həyatını tə
'
min edən, hakimiyyət 
institutlarının (qanunverici, icraedici və məhkəmə) normal fəaliyyətini 
həyata keçirən, öz ərazisini nəzarətdə saxlayan, xalqını xarici təhlükədən 
qoruyan, digər dövlətlər qarşısında öz öhdəliklərini yerinə yetirməyə 

'
minat verən, təbii mühiti və mədəni dəyərləri hifz edən orqanlar siste-
midir.
3
Göründüyü kimi bu tə
'
rifdə dövlətin fəaliyyətinin məzmunu tam 
açılır və onu məqbul hesab etmək olar. Dövlət digər sosial institutlardan 
aşağıdakı əlamətlərinə görə fərqlənir: hakimiyyətdə olan qüvvələrin 
müəyyən sosial bazaya (sosial qrupların, siyasi partiyaların və ictimai 
hərəkatların şəxsində) malik olması; mərkəzdə və yerlərdə xüsusi 
hakimiyyət aparatının mövcudluğu; cəmiyyətdə həyata keçirilən bütün 
qeyri- iqtisadi məcburiyyət formaları (zorakılıq) üzərində təkbaşına ağalıq; 
müəyyən əraziyə və sərhədlərə malik olmaq (suverenlik); bütün 
vətəndaşlar üçün məcburi olan qanunlar qəbul etmək, daxili və xarici 
siyasət yeritmək səlahiyyəti; əhalinin müxtəlif təbəqələrindən vergilər top-
lamaq; pul nişanları buraxmaq; büdcə siyasəti yeritmək və sair. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin