497
belə qanunlar yoxdur. Sonra, əgər belə qanunlar olmuş olsaydı da belə,
onlar əvvəlcədən bilinməyən dəyişikliklərin baş verməsi nəticəsində öz
təsir qüvvəsini itirərdi.
Deməli gələcəyi elmi əsasda, yəni qanunlar
əsasında irəlicədən görmək mümkün deyildir. 5) Popperə görə gələcəyi
görməyin özü iki növə ayrılır: peyğəmbərlik və texnoloji mülahizələr. Bi-
rincini o, meteoroloqların yaxınlaşmaqda olan, lakin qarşısı alınmaz
qasırğanın baş verəcəyi haqqında məlumatlarına bənzədir.
Ikinci növ isə
aşağıdakı mülahizəyə oxşayır: hansı formada və hansı tikinti
materiallarından sığınacaq tikmək lazımdır ki, o qasırğanın təsirinə tab
gətirə bilsin və beləliklə də insanları və texnikanı fəlakətdən qorusun.
Popperə görə cəmiyyətə münasibətdə peyğəmbərlik etmək utopiyadır,
yalnız texnoloji mülahizələr realdır. Onlar da təbiətin və iqtisadiyyatın
qanunlarına əsaslanırlar.
Beləliklə Popper cəmiyyət miqyasında sosial proqnozlaşdırmanın
qeyri mümkün olduğunu metodoloji cəhətdən əsaslandırmağa çalışır. O
sübut etmək istəyir ki, əsaslı sosial dəyişikliklər cəmiyyətin qanunauyğun
inkişafı
nəticəsi deyildir, o yalnız tarixisizm mövqeyində duranların bəd
əməllərinin nəticəsidir.
Dostları ilə paylaş: