Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə605/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   601   602   603   604   605   606   607   608   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

azadlıq insan tərəfindən 
zərurətin dərk olunması və öz fəaliyyətində bundan istifadə etməsidir

Şəxsiyyətin cəmiyyətdən mütləq surətdə asılı olmaması fikrini təbliğ 
edənlər belə hesab edirlər ki, şəxsiyyətin cəmiyyətdən asılılığının qəbul 
edilməsi guya onun məsuliyyətini aradan qaldırır. Onların fikrincə əgər 
insanın fəaliyyəti xarici mühit ilə şərtlənirsə, onda heç bir şəxsiyyət öz 


555 
hərəkət və davranışı üçün məsuliyyət daşımamalıdır. Əslində isə 
şəxsiyyətin azadlığı onun məsuliyyət dərəcəsi ilə üzvi vəhdətdədir. 
Şəxsiyyətin azadlıq dərəcəsi artdıqca onun öz fəaliyyəti üçün məsuliyyəti 
də yüksəlir. Doğrudur, insanın fəaliyyəti bütövlükdə obyektiv şəraitdən 
asılıdır, lakin insan öz iradəsinə uyğun olaraq hərəkət edir. Məhz bunun 
nəticəsidir ki, eyni bir şəraitdə müxtəlif insanların fəaliyyəti bir- birindən 
fərqli ola bilir. Insan obyektiv şəraiti nəzərə almaqla mümkün olan 
müxtəlif variantlardan birini azad surətdə seçərək, fəaliyyət göstərir. Bu 
zaman o, öz iradəsinə, dünyagörüşü və mə„nəviyyatına uyğun surətdə 
hərəkət edir. Deməli, əgər şəxsiyyətin azadlığı onun mümkün olan 
fəaliyyət növlərindən birini seçməsində təzahür edirsə, onun məsuliyyəti 
həmin seçilmiş yolun qiymətləndirilməsində, onun cəmiyyət üçün xeyirli 
və ya zərərli olduğunun müəyyənləşdirilməsində ifadə olunur. 
Məsuliyyətli olmaq öz hərəkətinin nəticələrini irəlicədən görmək, 
fəaliyyət göstərərkən cəmiyyət qarşısında cavab verə biləcək motivlərdən 
çıxış etmək deməkdir. Məsuliyyətlilik həm də şəxsiyyətin əldən verdiyi 
imkanlar üçün cavabdehliyini nəzərdə tutur. 
Beləliklə 
şəxsiyyətin azadlığı onun məsuliyyətindən ayrılmazdır

Məsuliyyətsiz azadlıq özbaşınalığa gətirib çıxarır. Bu müddəa yaşadığımız 
müstəqillik şəraitində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bəzən azadlığı 
mütləq mənada başa düşərək, onu məsuliyyətdən ayırmaq cəhdləri özünü 
göstərir. Əslində demokratiya bu iki anlayışın vəhdətindən kənarda qeyri- 
mümkündür. 
Inkişaf prosesində şəxsiyyət xarici şərait ilə münasibətlərində öz 
yerini düzgün müəyyənləşdirməyi bacarır. Bu halda şəxsiyyətin yüksək 
şüurluluğu, onun həyat yolunun təşkili, tənzimetmə, bütövlüyünü təmin 
etmə funksiyaları yerinə yetirir. Şəxsiyyət öz həyatının subyektidir, yə„ni 
həyat dinamikasının mənbəyi və hərəkətverici qüvvəsidir. Inkişaf etmiş 
şəxsiyyətin mühüm bir xüsusiyyəti odur ki, o həyatda qarşıya çıxan 
problemləri həll etməyi bacarır. Bu isə çox mühümdür. Çünki insan həyatı 
daim müəyyən problemlərlə müşayiət olunur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   601   602   603   604   605   606   607   608   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin