Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


dəyər subyektiv- obyektiv reallıq-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə607/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   603   604   605   606   607   608   609   610   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

dəyər subyektiv- obyektiv reallıq-
dır

Beləliklə 
dəyərlər şəxsiyyət, sosial qrup və bütövlükdə cəmiyyət 
üçün müsbət əhəmiyyət kəsb edən, onların tələbatları və mənafelərini 
ödəyən vasitələr rolunu oynayan maddi və mənəvi hadisələrdir

Dəyərlər problemi həyatdan ayrı, mücərrəd xarakter daşımır. O 
əslində həyatın dərinliklərindən doğan məsələdir. Bütövlükdə cəmiyyətin, 
o cümlədən də burada yaşayan hər bir insanın onu əhatə edən gerçəklik 
hadisələrinə hər gün qiymət verməsi heç kimdə şübhə doğurmur. Təbiət və 
cəmiyyət hadisələrinə qiymətverici münasibət, yə„ni bizə lazım olan və 
bizim qiymətləndirdiyimiz şeyləri seçib götürmək insanın etdiyi zəruri 


557 
hərəkətdir. Bunsuz müxtəlif tələbatlara, mənafelərə və məqsədə malik 
olan insanın nə fəaliyyəti, nə də həyatının özü qeyri- mümkündür. 
Qiymətverici yanaşma olmadan heç cəmiyyət də yaşaya bilməz.
1
Insanların ətraf dünya obyektləri ilə qarşılıqlı təsiri prosesində 
onların dəyərləri formalaşır. Bu prosesdə insan, onun üçün faydalı olan 
predmet və hadisələri, faydasız və zərərli olanlardan fərqləndirir. Lakin bu 
birdən birə baş vermir, uzun bir dövrü əhatə edir. Bu müddət ərzində 
insanların əşya və proseslərə dəyərləndirici münasibəti daha da dəqiqləşir 
və dərinləşir. Digər tərəfdən, predmetin dəyəri haqqında əvvəlki 
təsəvvürlər dəyişə bilir. Nəticədə predmetlərin dəyərləri haqqında ümumi 
tərəfindən qəbul olunmuş təsəvvürlər yaranır. 
Qeyd edək ki, 
insanın sosial həyatda düzgün və ağıllı 
səmtləşməsində onun zövqü və qiymətverici mülahizələri böyük rol 
oynayır
. Lakin onların müəyyən edilməsi o qədər də asan deyildir. Hər bir 
şəxs məhz onun zövqünün dəqiq və obyektiv olduğunu sübut etməyə 
çalışır. Bu münasibətdə I.Kantın aşağıdakı fikri səciyyəvidir: Hər adam 
ona həzz verən şeyi xoşa gələn hesab edir, bəyəndiyi hər şeyi gözəl, 
qiymətləndirdiyi şeylərin, yəni obyektiv dəyərli hesab etdiyi şeylərin yaxşı 
olduğunu söyləyir.
2
Dəyərə malik olmaq o deməkdir ki, insanların yaratdığı hər bir əşya 
ictimai mə„na kəsb edir. O, insanın onun üçün nəzərdə tutduğu sosial 
funksiyanı yerinə yetirir və deməli ictimai dəyərə malikdir. Beləliklə 
dəyər anlayışı istənilən maddi və mənəvi mədəniyyət nümunəsinin ictimai 
mahiyyətini ifadə edir. Buna görə də dəyər statusu alan hər şey şəxsiyyətin 
ictimai həyatına cəlb edilmiş olur, onun təbiətlə və sosial mühitlə qarşılıqlı 
münasibətlərində müəyyən vəzifə yerinə yetirir. Lakin insanın dünyaya 
qiymətverici münasibəti öz xarakterinə görə müxtəlif (obyektiv, düzgün, 
mütərəqqi, yalan, subyektiv, mühafizəkar) ola bilir. Onun dünyagörüşündə 
dünyanın elmi dərk olunması və ona dəyərləndirici münasibət 
bəslənilməsi ayrılmaz vəhdətdə çıxış edir. 
Hələ qədim dövrdə mütəfəkkirlər dəyərlərə (sərvətlərə) böyük 
əhəmiyyət verir, onları varlıq ilə birgə götürürdülər. Yunan fəlsəfəsinin 
görkəmli nümayəndələri Sokrat və Platon xeyirxahlıq, ədalət, gözəllik 
kimi dəyərləri həqiqi varlığın başlıca meyarları hesab edirdilər. Lakin an-
tik fəlsəfənin özündə də dəyərlərin mütləq və ya nisbi olması ilə bağlı 
mübahisələr gedirdi. Məsələn Platon göstərirdi ki, yüksək dəyərlər mütləq 
xarakterə malikdir. Ondan fərqli olaraq sofistlər isə iddia edirdilər ki, 
bütün dəyərlər fərdi və nisbidir. 
1
Bax: Тугаринов В.П. Теория ценностей в марксизме. Л.,1968, с.3. 
2
Кант И. Сочинения. т.5. М.,1966, с.211. 


558 
Sonrakı dövrlərin fəlsəfi fikrində dəyərlər birmə„nalı izah 
edilməmişdir. Orta əsrlərdə onlara ilahi don geyindirilmişdi, dəyərlər dini 
mahiyyət kəsb edirdi. Intibah dövrü fəlsəfəsində insan ilə bağlı problemlər 
sırasında dəyərlərə də yüksək qiymət verilirdi. Bu dövrdə xüsusən də hu-
manizm dəyəri ön plana keçmişdi. Yeni dövrün fəlsəfəsində dəyərlərə 
münasibət də ciddi dəyişilir. Onları daha çox praktiki fayda mövqeyindən 
qiymətləndirilməyə başladılar. 
Dəyərlər anlayışının izahında Kantın xidməti böyükdür. Onun aksi-
oloji tə„limində real mövcud olan ilə olmalı olan, reallıq ilə ideal olan bir- 
birindən fərqləndirilirdi. Kanta görə dəyərlər iradəyə yönələn tələblərdir 
ki, o insanın qarşısında duran məqsədi ifadə edir. Onun fikrincə dəyər bu 
və ya digər amillərin şəxsiyyət üçün əhəmiyyətini ifadə edir. 
Klassik alman fəlsəfəsinin digər görkəmli nümayəndəsi olan Hegel 
dəyərlərin təsnifatını işləyib hazırlamışdır. O göstərirdi ki, dəyərlər 
müxtəlif növlərə ayrılır. Hegel iqtisadi (utilitar) və mənəvi dəyərləri bir- 
birindən fərqləndirirdi. Birincilər əmtəə kimi çıxış edir və əşyaları 
kəmiyyət baxımından səciyyələndirir. O yazırdı ki, əşyaların dəyəri 
olduğu üçün biz onlara əmtəə kimi baxırıq.
1
Hegelə görə dəyərlər nisbidir, tələbatdan, satışdan və kütlənin 
zövqündən asılıdır. Lakin o dəyərləri ruhun azadlığı ilə əlaqələndirirdi. 
Göstərirdi ki, dəyərə və əhəmiyyətə malik olan bütün şeylər öz təbiətinə 
görə mənəvi- ruhi xarakter daşıyır. XIX əsrin II yarısında, aksiologiyanın 
(dəyərlər tə„limi) fəlsəfənin xüsusi sahəsi kimi inkişaf etdiyi dövrdə 
dəyərlərin təbiətini izah edən müxtəlif baxışlar meydana gəldi. Onlardan 
biri 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   603   604   605   606   607   608   609   610   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin