561
Buna görə də dəyərlər məsələsinin insandankənar qoyuluşu mənasızdır.
Eyni sözləri sosial birliklər və bütövlükdə cəmiyyət haqqında da söyləmək
olar. Onlar da dəyərlərin subyekti kimi çıxış edirlər.
5. Sosial dəyərlər və şəxsiyyətin
sosiallaşması
Cəmiyyətin hər bir üzvü müəyyən dəyərlər sistemi ilə əhatə olunur.
Onlar insanın tələbatlarını və mənafelərini ödəyir. Buna görə müəyyən
mənada demək olar ki, dəyərlər şəxsiyyətin mövcudluq üsuludur. Həm də
göstərilməlidir ki, ayrı- ayrı dəyərlər onun üçün müxtəlif dərəcəli
əhəmiyyət kəsb edir. Nəticədə dəyərlərin iyerarxiyası özünü göstərir.
Dəyərlərin özü kimi onların iyerarxiyalı çoxpilləliyi strukturu da konkret
tarixi və şəxsi xarakter daşıyır. Eyni bir predmet və ya hadisə müxtəlif
insanlar üçün müxtəlif dəyərə malik olur. Bundan əlavə eyni bir insan
üçün də bu dəyərlər müxtəlif dövrlərdə bir- birindən fərqlənir. Deyilənlər
sübut edir ki, dəyərlər və onların iyerarxiyası həm tarixi, həm də fərdi
baxımdan dinamik və dəyişkəndir.
Dostları ilə paylaş: