Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Şəxsiyyətin malik olduğu dəyərlər onun dəyərlər oriyentasiyası



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə611/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   607   608   609   610   611   612   613   614   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Şəxsiyyətin malik olduğu dəyərlər onun dəyərlər oriyentasiyası 
sistemini əmələ gətirir
. O, şəxsiyyətin daimi strukturunda mövcud olan 
və onun üçün xüsusi əhəmiyyət kəsb edən keyfiyyətlərin məcmusunu 
əhatə edir. Dəyərlər oriyentasiyası şəxsiyyətin şüuru və davranışının 
əsasında durur, onun inkişafına bilavasitə təsir göstərir. Dəyərlərin fərdi 
iyerarxiyası ilə nisbətdə dəyərlər oriyentasiyası müəyyən mənada nisbi 
xarakter daşıyır. Lakin bütün hallarda dəyərlər oriyentasiyasının konkret 
sistemi və onun iyerarxiyası bu və ya digər dərəcədə şəxsiyyətin 
inkişafının tənzimçisi kimi çıxış edir. Onlar şəxsiyyətin davranışının 
normaları və qaydaları meyarı rolunu oynayır. Buna görə də dəyərlər 
oriyentasiyası və iyerarxiyası şəxsiyyət tərəfindən mənimsənildikcə onun 
sosiallaşması prosesi baş verir. 
Bu münasibətdə şəxsiyyətin malik olduğu mütləq dəyərlər həyatın 
mənası, xeyir, ədalət, gözəllik, həqiqət, azadlıq və sair müstəsna 
əhəmiyyət kəsb edir. 
Dəyərlərin bu tipi şəxsiyyətin sosiallaşması prosesində birinci 
dərəcəli rol oynayır
. Onların həyata keçməsi öz mahiyyəti etibarilə 
şəxsiyyətin strukturunu müəyyən edən ən dərin qatların reallaşması 
deməkdir. Bu dəyərlər olmadan şəxsiyyətin normal həyatı qeyri- 
mümkündür. Məsələn müəyyən səbəblər üzündən öz həyatının mənasını 
görə bilməyən adam tezliklə həyatının uğursuz olduğu qənaətinə gəlir, 
bəzən də özünüintihar edir. Eyni fikri öz həyatını və başqa yüksək 
dəyərləri reallaşdırmaq imkanları olmayan şəxsiyyət haqqında demək olar. 


562 
Qeyd olunmalıdır ki, həyati əhəmiyyətli dəyərlər və həyatın mənası 
məsələsi heç vaxt indiki qədər aktual olmamışdır. Hazırda bu məsələ 
bütövlükdə bəşəriyyət qarşısında və o cümlədən də hər bir insan 
qarşısında tam kəskinliyi ilə durur. Təsadüfi deyildir ki, həyatın mənasını 
düzgün anlamaqda çətinlik çəkən adamlarda tez- tez ömrün gərəksizliyi 
hissi yaranır. Görkəmli psixoloq V.Frankl belə vəziyyətin yaranmasını 
aşağıdakı kimi izah edir: «Heyvandan fərqli olaraq instiktlər insana nə 
lazım olduğunu diktə etmir. Dünənki insandan fərqli olaraq ənənələr də bu 
günkü insana ona nə etməli olduğunu diktə etmir. Beləliklə ona nə lazım 
olduğunu və necə hərəkət etməli olduğunu bilməyən insan özünün nə istə-
diyi haqqında aydın təsəvvürə malik olmur. Nəticədə o ya başqalarının 
istədiyini istəyir (konformizm), ya da başqalarının istədiyi kimi hərəkət 
etməli olur (totalitarizm)».
1
Məşhur Amerikan psixoloqu A.Maslou 
şəxsiyyətin sosiallaşmasında bu cür ali dəyərlərin çox böyük rol 
oynadığını göstərirdi. Onun fikrincə bütün özünüaktuallaşdıran adamlar 
müəyyən faydalı işə cəlb olunurlar. Onlar bu işi həyatın yüksək dəyəri 
hesab edir və ona sadiq qalırlar. O yazırdı: «biri həyatını qanuna, digəri 
ədalətə, başqa birisi isə gözəlliyə və ya həqiqətə həsr edir. Onların hamısı 
bu və ya digər tərzdə öz həyatını ali varlıq xarakteri kəsb edən dəyərlərə 
həsr edirlər. Başqa sözlə deyilsə ən yüksək və əsl dəyərlərə həsr edirlər. 
Belə dəyərlərin sayı on dörddür. Əsasları aşağıdakılardır: həqiqət, 
gözəllik, xeyirxahlıq, kamillik, sadəlik, hərtərəflilik və sair.
2
Varlığın bu dəyərləri ən mühüm tələbatlar kimi çıxış edir. Onların 
şəxsiyyət üçün müstəsna əhəmiyyətə malikdir. Bunu ondan görmək olar 
ki, həmin dəyərlərdən hər hansı birinin məhdudlaşdırılması insanın ruhunu 
patoloji vəziyyətə gətirə bilir. Buradan aydındır ki, həmin dəyərlər 
əksəriyyət üçün həyatın mənası rolunu oynayır. 
Yuxarıda qeyd olunan 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   607   608   609   610   611   612   613   614   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin