Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Şəxsiyyətin öz vəzifələrini, imkanlarını və həyatda yerini



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə606/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   602   603   604   605   606   607   608   609   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Şəxsiyyətin öz vəzifələrini, imkanlarını və həyatda yerini 
düzgün başa düşməsi çox vacibdir
. Bu keyfiyyətlər onun həyatını daha 
dolğun edir. Nəticədə onun özünü ifadə etməsi üçün əlverişli şərait 
yaranır. Heç bir cəmiyyət öz şəxsiyyətinin inkişafı prosesinə biganə 
qalmır. Hər bir inkişaf mərhələsində duran cəmiyyət formalaşmaqda olan 
şəxsiyyəti dünyanı qavramağın və başa düşməyin ümumi prinsipləri ilə 
silahlandırır. Həyatın bu və ya digər aspektlərinin əhəmiyyətlilik 
dərəcəsinin müəyyən olunmasında da cəmiyyət mühüm rol oynayır. 
Cəmiyyət həm də konkret şəraitdə hansı emosiyaların necə 
qiymətləndirildiyini və ya hansı hərəkətlərin bəyənildiyini müəyyən edir. 


556 
Nəhayət cəmiyyət hansı davranış normaları və qaydalarının pislənildiyini 
də bilir. 
Bununla əlaqədar cəmiyyətdə şəxsiyyətin etalon kimi qəbul etməli 
olduğu idealların formalaşması istiqamətində gərgin iş gedir. Bundan 
əlavə cəmiyyət şəxsiyyətlərin fəaliyyətinin çoxsaylı «xüsusi» modellərini 
işləyib hazırlayır. 
Cəmiyyət inkişaf etdikcə onun şəxsiyyət üçün yaratdığı imkanlar da 
durmadan genişlənir. Başqa sözlə cəmiyyətin və şəxsiyyətin inkişafı bir- 
birindən ayrılmazdır. Bu, iki tərəfli vahid proses kimi çıxış edir. 
4. Dəyərlərin mahiyyəti və təsnifatı 
Cəmiyyət və şəxsiyyət dəyərlərdən ayrılmazdır
. Tarixin keçid 
dövrlərində dəyərlərin rolu xüsusilə artır. Buradan aydındır ki, müasir 
cəmiyyətin keçid xarakteri onda baş verən hərtərəfli və əsaslı 
dəyişikliklər, dəyərlərin öyrənilməsinə zərurət yaradır. Bu həm də ona 
görə vacibdir ki, müasir ictimai həyatda özünü göstərən böhran, qeyri- 
stabillik, sosial sarsıntı halları ən„ənəvi dəyərlərin yenidən mə„nalandırıl-
ması ilə müşayiət olunur. 
Dəyərlər haqqında tə„lim (aksiologiya) fəlsəfənin ayrılmaz tərkib 
hissəsidir. 
Bəllidir ki, insanlar real faktları, hadisələri və onların xassələrini 
qavramaqla məhdudlaşmırlar. Onları həm də xoşa gəlmə, sevgi, bəyənmə 
və sair hisslər vasitəsilə qiymətləndirirlər. Bütün bunlar ümumilikdə 
insanların zövqünə uyğun olaraq razılıq və ya narazılıq əhvalı yaradır. Bu 
və ya digər əşya bizim nəzərimizdə təkcə özünün malik olduğu obyektiv 
xassələrinə görə deyil, həm də bizim ona münasibətimizə görə müəyyən 
dəyər kəsb edir. Insanların ətrafdakı əşyalara bu münasibəti həm onların 
xassələrinin qavranılmasını, həm də bizim zövqümüzün xüsusiyyətlərini 
birləşdirir. Buna görə demək olar ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   602   603   604   605   606   607   608   609   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin