13
fantastik aləmini ifadə etmiş, müxtəlif allahların və qəhrəmanların surətini
yaratmaqla dünya, onun yaranması, quruluşu, təbiət hadisələrinin meyda-
na gəlməsi və dünyada ümumi harmoniya haqqında suallara cavab
verməyə çalışmışdır. Miflərdə göstərilirdi ki, dünyanın yaranması əvvəllər
mövcud olmuş qarmaqarışıqlığın nizama salınması, xaosun kosmosa
çevrilməsi, xeyir qüvvələrin şər qüvvələrlə, şeytan əməlləri ilə mübarizədə
qələbəsi sayəsində mümkün olmuşdur. Insanın doğulması, həyatı və
ölümü, onun həyatda keçirdiyi əzablar və sınaqlar
da miflərdə böyük yer
tuturdu. Burada insanlar tərəfindən odun əldə edilməsi, sənətkarlığın və
əkinçiliyin yaradılması, digər adət və ən‟ənələr də öz əksini tapmışdır.
Mə‟nəvi mədəniyyətin ilkin forması olan miflərdə həm də bəşəriyyətin
gələcəyinə aid məsələlər irəli sürülürdü. Belə ki.esxatolik (gələcək
deməkdir) miflərdə dünyanın məhv olacağı və bə‟zi hallarda isə
yenidən
bərpa olacağı göstərilirdi.
Mifoloji şüurun səciyyəvi cəhətini onun vahid, bütöv və sinkretik
(parçalanmamış) xarakter daşıması təşkil edir.
Burada biliklərin
rüşeymləri, siyasi və dini e‟tiqadlar, müxtəlif incəsənət sahələri və fəlsəfə
birgə çıxış edirdi. Miflərdə təbiət və cəmiyyət hadisələri bir- birilə
yaxınlaşdırılır, insana xas olan keyfiyyət və əlamətlər çox vaxt ətraf
aləmə, kosmosa və təbiət qüvvələrinə şamil edilirdi. Müxtəlif xalqların
poetik məharəti və həyati müdrikliyinin ifadəsi
olan miflərdə dünya və
insan haqqında fikir və emosiyalar, bilik və bədii obrazlar,
ideal olanla
maddi olan hələ bir- birindən qəti surətdə ayrılmamış təsəvvür olunurdu.
Mifoloji şüurda fikirlər konkret emosional, poetik obrazlar və şişirdilmiş
bənzətmələr (metaforalar) vasitəsilə ifadə edilirdi.
Qədim insanların dünyabaxışı kimi miflər çox mühüm
Dostları ilə paylaş: