14
yaşadığımız
müvəqqəti həyat və axirət dünyası
, əsl dünya. Din iddia
edir ki, insanın duyğu və hissləri yalnız bu dünyanı mənimsəməyə qadir-
dir. Əsl dünyanın, axirət dünyasının sirrləri isə insana müyəssər deyildir.
Dini şüurda, dünyagörüşündə e‟tiqad məsələsi çox mühüm yer tu-
tur. E‟tiqadın ifadə formalarını
pərəstiş, müxtəlif ehkamların, ayin və
mərasimlərin yerinə yetirilməsi təşkil edir. Dini təsəvvürlər və e‟tiqadlar
tarixi inkişafın məhsuludur. Hazırda mövcud olan dünya dinləri-
xristianlıq, islam və buddizm müxtəlif ölkələrdə geniş yayılmışdır, yüz
milyonlarla dindarları birləşdirir. Bu faktın özü sübut edir ki, dini
dünyagörüşünün təbiət və mahiyyətinin izah
edilməsində bəsitliyə və
birtərəfliyə yol vermək doğru deyildir. Hərçənd son dövrlərə qədər fəlsəfi
və ateist ədəbiyyatda din dünya və insan haqqında avam təsəvvürlər sis-
temi kimi qiymətləndirilirdi. Əslində dini dünyagörüşü mürəkkəb təbiətə
malikdir və onu diqqətlə araşdırmaq tələb olunur. Belə ki, dini şüur xalqın
mə‟nəvi mədəniyyətinin tərkib hissəsi, ideologiya forması
kimi əsrlər
boyu mövcud olmuş və müəyyən sosial funksiyalar yerinə yetirmişdir.
Doğrudur, müxtəlif dini təlimlər öz ideya məzmununa görə eynimənalı
deyildir. Buna görə də onları eyniləşdirmək olmaz. Bütövlükdə
götürdükdə dini təsəvvürlər insanların təbiət qüvvələrindən asılılığının və
onlar qarşısında acizliyinin nəticəsi kimi yaranmışdır. Təbiətdə və ictimai
həyatda insanların dərk edə bilmədiyi sirrli qüvvələr dində sehrli, ecazkar
və ilahi qüvvə şəklində ifadə olunur. Lakin ilahi qüvvələr haqqında dini
təssəvvürlərdə xeyir və şər, şeytan əməli ilə müqəddəs hesab olunan
əməllər çox incə şəkildə çulğaşır. Bu, bir tərəfdən cəmiyyətdə, insanların
şüurunda dini dünyagörüşün yaşamasına kömək edirsə, digər tərəfdən din-
darlarda qorxu
və itaət hissinin birləşməsini, şər qüvvələrin göstərə
biləcəyi dəhşətli tə‟sirlərdən xilas olmaq üçün onların ilahi qüvvələrə
pənah gətirməsini şərtləndirir. Dini dünyagörüşü göstərir ki,
hər şeyə qadir
olan allah insanı şər qüvvələrdən qoruyur, onun xilaskarıdır. Allah həm də
adət və ən‟ənələrin, sadə əxlaq normalarının, cəmiyyətdə nüfuza malik
olan ümummədəni və mə‟nəvi sərvətlərin hifzedicisi kimi təsvir olunur.
Buna görə göstərilir ki, dini ehkamları sözsüz yerinə yetirmək, allaha itaət
etmək hamının borcudur. Göründüyü kimi, dini şüurda
Dostları ilə paylaş: