Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə19/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

müasir dövrün 
fəlsəfi fikrində onlar arasında keçilməz sədd yoxdur. Əksinə onların 
dialoqu özünü göstərir.
Fəlsəfi təfəkkür öz qida mənbəyini real həyatdan, konkret sosial 
praktikadan alır. Buna görə də tarixin fövqündə duran mücərrəd nəzəri 
təfəkkür real həyat problemlərini düzgün başa düşməkdə acizdir. Lakin 
fəlsəfəyə mücərrəd, tarixi şəraitdən asılı olmayan sahə kimi yanaşmağın 
müəyyən izləri bə‟zən bu gün də özünü göstərir. Bu, onda ifadə olunur ki, 
fəlsəfənin predmeti yalnız ən ümumi qanunauyğunluqlar, prinsiplər
sistemlər, varlığın mücərrəd modelləri kimi təsvir olunur. Belə yanaşdıqda 
fəlsəfənin bu günkü zəmanə ilə, konkret həyatla, dövrün irəli sürdüyü ak-
tual problemlərlə əlaqəsi zəif ifadə olunur. 
Fəlsəfə insanları bütövlükdə 
həyat haqqında ümumiləşmiş kon-
sepsiya 
ilə tə‟min edir. Bu, onun çox mühüm tərəfidir. Lakin onun daxili 
məzmunu mürəkkəbdir. Burada müxtəlif sahələri ayırmaq olar: 
idrak 
fəlsəfəsi, siyasət fəlsəfəsi, təbiət fəlsəfəsi, tarix fəlsəfəsi, əxlaq fəlsəfəsi, 
din fəlsəfəsi və s
. Əlbəttə fəlsəfənin daxili tərkib hissələrə bölgüsü xeyli 
dərəcədə nisbidir. O, fəlsəfənin ictimai- tarixi həyatın müxtəlif tərəflərinə 
ümumi vəhdətdə, sıx qarşılıqlı tə‟sirdə yanaşmasını istisna etmir. 
«Dünya- insan» probleminin klassik, ən‟ənəvi tərəfləri 
(insan ilə 
təbiət, təbiət ilə tarix, şəxsiyyət ilə cəmiyyət, azadlıq ilə zərurət və s.) 


21 
bu günkü fəlsəfədə də öz dünyagörüşü əhəmiyyətini saxlayır. Lakin həmin 
məsələlər müasir baxımdan izah olunur.
Fəlsəfənin predmetinə bu cür yanaşdıqda o səmada cövlan edən, 
mücərrəd, əqli mühakimələrdən sanki «yerə» enir. Bu halda fəlsəfə necə 
deyərlər, konkret həyat axarı ilə birləşir. Fəlsəfi problemlər «xalis» şüur 
problemləri kimi deyil, real gerçəklikdə mövcud olan, zəruri olan 
problemlər kimi çıxış edir. Digər tərəfdən mə‟lum olur ki, onların nəzəri 
həlli birdəfəlik başa çatmır. Onlar müəyyən qədər açıq xarakter daşıyır. 
Həyat inkişaf etdikcə bu problemlərə münasibət yeniləşir və zənginləşir. 
Buradan da fəlsəfənin predmetinin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin