Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


elmi obyektivlik ilə filosofun sosial mövqeyi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə16/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

elmi obyektivlik ilə filosofun sosial mövqeyi 
arasında münasibət məsələsinə də diqqət yetirilməlidir. Hər bir fəlsəfi 
tə‟lim müəyyən cəmiyyətin məhsuludur və onun mədəniyyətinin, həyat 
ukladının tə‟sirinə mə‟ruz qalır. Deməli ayrı-ayrı dövrlərdə fəlsəfi fikri 
təmsil edən mütəfəkkirlərin sosial mövqeyi və mənafeləri bu elmə özünün 
müəyyən möhürünü vurur. Buna baxmayaraq fəlsəfə insanlar tərəfindən 
tarixi prosesdə əldə edilmiş ümumi nəticələri vahid bir tam kimi 
birləşdirir. O, tarixilik prinsipini əldə rəhbər tutmaqla həqiqi sərvətləri, 
uydurma sərvətlərdən, daimi əbədi sərvətləri keçici, müvəqqətilərdən, 
ümumbəşəri sərvətləri xüsusi, qrup xarakterli sərvətlərdən fərqləndirə bi-
lir. 


18 
Elmi fəlsəfə ən geniş miqyasda götürülən ictimai- tarixi həyata 
yönəlir. Odur ki, burada 
əbədi ilə müvəqqəti, konkret tarixi 
bir- birilə 
ayrılmaz əlaqədə çıxış edir. Belə ki, fəlsəfənin əsasında duran insan və 
təbiət, şəxsiyyət və cəmiyyət arasındakı münasibətlərin öyrənilməsi ayrı- 
ayrı dövrlərdə konkret formasını dəyişdirsə də, bütövlükdə ümumdünya 
tarixi xarakteri daşıyır.
Fəlsəfi dünyagörüşündə 
insan problemi 
də çox mühüm əhəmiyyət 
kəsb edir. Mə‟nəvi fəaliyyətin müstəqil sahəsi kimi yarandığı dövrdən 
e‟tibarən fəlsəfədə insan problemi əbədi yer tutmuşdur. Tarixi prosesin 
dönüş məqamlarında, mədəniyyətdə dərin dəyişikliklər baş verdiyi
sərvətlərin əsaslı surətdə yeniləşdiyi dövrlərdə isə bu problemə diqqət da-
ha da artır. 
Hazırda açıq, demokratik cəmiyyətə keçid şəraitində insan 
probleminə yeni baxış özünü göstərir, insana ictimai həyatda mərkəzi yer 
verilir. Indi ictimai tərəqqi, onun me‟yarı, bütövlükdə hər şey insan üçün 
nə dərəcədə gərəkli olması ilə ölçülür. 


19 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin