Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə141/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ifadə edən ideyalara qoşulmuşdur
. Bundan sonra milli intibah ideyaları 
və proqramının formalaşdırılmasında fəal iştirak etməyə başlamışdır. Ə. 
Ağayev göstərirdi ki, 
bizim məqsədimiz türk millətinin ümumi və siyasi 
azadlığını artırmaqdan, onun birliyini möhkəmləndirməkdən, onu 
elmə səsləməkdən, türkcə məktəb və digər maarif müəssisələri açmaq 
üçün çalışmaqdan ibarətdir. 
Xalqımızın maarifçilik və milli istiqlal tarixində böyük ictimai- 
siyasi xadim,
mütəfəkkir M.Ə.Rəsulzadənin rolu xüsusi qeyd 
olunmalıdır
. O xalqımızın tarixinə, mədəniyyətinə dair çox zəngin irs 
yaratmışdır. Onun çoxlu elmi, bədii və publisistik əsərləri vardır: 
«Qaranlıqda işıqlar», «Milli Azərbaycan hərəkatının xarakteri», 
«Əsrimizin Səyavuşu», «Istiqlal məfkurəsi və gənclik», «Milli təsanül» 
(Milli həmrə‟ylik) və sair. 
M.Rəsulzadənin dünyagörüşü XX əsrin əvvəllərindəki Azərbaycan 
reallıqlarının, siyasi proseslərin və siyasi mübarizənin tə‟siri altında 
formalaşmışdı. O siyasi fəaliyyətə qədəm qoyduğu 
ilk dövrlərdən türk 
dilinin saflığını qorumağa çağırır, savadsızlığı və cəhaləti xalqın 
azadlığı yolunda başlıca əngəl hesab edirdi
. Rəsulzadə göstərirdi ki, 
tərəqqi, asılılıqdan xilas olmaq, elmsiz qeyri mümükündür. Bu mə‟nada o 
yaşadığı əsrə yüksək qiymət verirdi. «Əsrimizin Səyavuşu» əsərində 
yazırdı: «XX əsr demokratik fikirlər dövrüdür.» Siyasi fəaliyyətin ilk 
dövrlərində o Hüriyyət ilə bağlı məsələlərə birinci dərəcəli əhəmiyyət ve-
rirdi. Öz əsərlərində Rusiya imperiyasında hüriyyətin olmadığını göstərirdi. 
Onun fikrincə real hüriyyət söz, mətbuat, təşkilatlarda birləşmək, vic-
dan, şəxsiyyət azadlıqlarında ifadə olunur. 
M.Rəsulzadə sonralar öz fəaliyyətində milliyyət və milli azadlıq 
problemlərinə xüsusi diqqət yetirmişdir. O çarizmin 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin