338
aşkar
edilməsi, kənd təsərrüfatı elminin nailiyyətləri, genləri
dəyişdirməklə insanları ağır irsi xəstəliklərdən sağalmasını tə‟min edən
üsullar və sair) praktiki həyata keçirilməsi ətrafında geniş mübahisələr
davam etməkdədir. Xüsusən də yeyinti
sənayesi və kimyada gen
mühəndisliyi metodlarının tətbiqi əsasında biotexnologiyanın inkişafı,
insanın genetikasında baş verən yüksəliş ilə əlaqədar
həmin
nailiyyətlərdə insanın və bəşəriyyətin gələcəyi üçün potensial təhlükə
olduğu diqqət mərkəzinə keçdi.
Bu yeniliklər o qədər geniş və dərin xa-
rakter daşıyır və böyük tə‟sir gücünə malikdir ki, onun tətbiqində ekspe-
riment aparanın buraxdığı cüz‟i bir səhv, yaxud da laboratoriya işçilərinin
işi bilməməsi üzündən yol verilən xırda bir qüsur gələcəkdə düzəldilməsi
mümkün olmayan böyük nəticələrə və bədbəxtliklərə gətirib çıxara bilər.
Bundan əlavə həmin elmi yeniliklərin hərbi məqsədlər üçün istifadə
olunması təhlükəsi də mövcuddur.
Yuxarıda deyilənlər sübut edir ki, hazırda elmi tədqiqatların
aparılmasında mövcud
olan sərbəstlik və azadlıq ilə
tədqiqatçının sosial
mə‟suliyyətinin əlaqəsi problemi
çox kəskin şəkildə qarşıda durur. Qeyd
olunmalıdır ki, bu iki tərəfin dialektik
əlaqəsinin yeni tərzdə
mə‟nalandırılması və nəzərə alınması son dərəcə zəruridir. Bununla
əlaqədar diskusiyalarda bə‟zən belə bir fikrə rast gəlinir ki, elmi axtarış
azadlığı qorunub saxlanılmalıdır. Bu prinsip böyük tarixi ən‟ənəyə malik-
dir və doqmatizmə, cəhalətə və fanatizmə qarşı
mübarizədə misilsiz rol
oynamışdır. Həmin dövrlərdə də alimin mə‟suliyyəti mövcud olmuşdur.
Bu mə‟suliyyət tədqiqatçının yoxlanılmış və əsaslandırılmış biliklər əldə
etməsi və onların yayılmasında ifadə olunmuşdur. Tədqiqat azadlığı ilə
mə‟suliyyət arasındakı o ən‟ənəvi münasibətlər bu gün də qorunub
saxlanılmalıdır. Buna görə də güya elmi tədqiqat sərbəstliyi ilə
mə‟suliyyətin əlaqəsi problemini şişirtməyə o qədər də ehtiyac yoxdur.
Əslində bu qəbildən olan rə‟ylər günümüzün reallıqlarını lazımınca
qiymətləndirmirlər. Bu günkü şəraitdə elmi axtarış azadlığı ilə
mə‟suliyyətin münasibəti probleminin
mahiyyəti köhnə məzmun ilə
məhdudlaşa bilməz. O tamamilə yeni mə‟na və miqyaslar alır. Indiki
dövrdə elmi azadlığın sərbəstliyini, mütləq elmi tədqiqatın gələcəkdə
törədə biləcəyi müxtəlif (müsbət və mənfi istiqamətli)
nəticələr
kontekstində götürmək tələb olunur.
Elmin sosial -etik problemlərinə dair müasir diskusiyalarada digər
bir ifrat hədd də özünü göstərir. Onun tərəfdarları iddia edirlər ki, elmi
tədqiqatların istiqamətləri və nəticələri üzərində ciddi nəzarət həyata
keçirilməlidir. Burada heç bir azadlıqdan və
sərbəstlikdən söhbət gedə
bilməz. Hər şey vahid dövlət rəhbərliyinə tabe olmalıdır. Əlbəttə bu
339
qəbildən olan baxışlara da haqq qazandırmaq olmaz. O elmin hüdudlarını
məhdudlaşdırır və onun inkişafına ciddi əngəl törədir.
Odur ki, bu iki ifrat hədd arasında ağılla seçilmiş aralıq variantı
məqbul hesab olunmalıdır. Söhbət ondan gedir ki, əsrlər boyu davam
etmiş və mütərəqqi rol oynamış elmi tədqiqatın
qeyri-məhdud şəkildə
azadlığı ideyası bugünkü şəraitdə qeyd şərtsiz qəbul oluna bilməz. Bu
azadlıq mütləq elmi fəaliyyətlə məşğul olanın sosial mə‟suliyyəti ilə
əlaqələndirilməlidir. Mə‟suliyyətsiz azadlıq elmin inkişafı və bütövlükdə
cəmiyyət üçün çox ağır nəticələr törədə bilir. buna görə də
Dostları ilə paylaş: