Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə518/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   514   515   516   517   518   519   520   521   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Əksinə demokra-
tik cəmiyyətin çox mühüm bir göstəricisi ideya- siyasi cərəyanların, 
yanaşmaların mövcudluğu, onların hər birinin digərinin fəaliyyətinə 
münasibətdə dözümlülük göstərməsi və açıq xarakterinin tə„min 
olunmasıdır. 
Siyasi ideologiya təkcə anlayışlar, fikirlər, obrazlar sistemi deyildir. 
O həm də cəmiyyətin müəyyən institutudur. Məhz onun köməyilə siyasi 
ideologiya kütləvi şüurda fəaliyyət göstərə bilir. Məsələ bundadır ki, hər 
hansı siyasi ideologiya özü- özlüyündə qarşısına qoyduğu məqsədlərə nail 
olmaqda acizdir. Bunun üçün onu kütlələr içərisində yaymaq və kütlələri 
ona inandırmaq tələb olunur. Buna görə də hər bir ideologiya öz 
xarakterinə, məzmun və məqsədinə uyğun olan ideoloji tə„sir vasitələri, 
təbliğat tipini, onun metod və formalarını işləyib hazırlayır. 
Müasir cəmiyyət siyasi plüralizm siyasi partiyaların və ictimai- 
siyasi hərəkatların çoxluğu ilə səciyyələnir. Bu subyektlərin hər biri öz 
siyasi ideologiya və proqramını kütləvi şüurda yaymağa, təbliğ etməyə 
çalışır. Bu məqsədlə müəyyən funksioner təbəqəsi, təbliğatçılar qrupu 
yaradır. Əlbəttə bu prosesdə ümumi qəbul olunmuş forma və vasitələrdən 
istifadə edilirsə, bu tamamilə normal haldır. Lakin təəssüf ki, siyasi 
reallıqda bə„zən qeyri- məqbul formalar (pulla ələ alma, qorxutma, aldat-
ma, populizm, manipulyasiya və s.) da tətbiq olunur. 
Müasir ictimai inkişafın mühüm bir xüsusiyyətini kütləvi 
siyasiləşmə meylinin artması təşkil edir. Bunun nəticəsində cəmiyyətin hər 
bir üzvünün siyasi maraq dairəsi durmadan genişlənir. Əhalinin bütün 
təbəqələrinin siyasi mədəniyyəti və fəallığı artır, onlar ölkədaxili və 
beynəlxalq siyasət məsələləri ilə daha yaxından məşğul olurlar. Bununla 
əlaqədar olaraq onların siyasi şüuru da durmadan təkmilləşir və inkişaf 
edir. 
Hazırda müstəqil dövlətimizin siyasi xəttinin həyata keçirərkən, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   514   515   516   517   518   519   520   521   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin