Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Dəyərlərin ümumi təsnifatında qnoseoloji dəyərləri (həqiqət



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə610/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   606   607   608   609   610   611   612   613   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Dəyərlərin ümumi təsnifatında qnoseoloji dəyərləri (həqiqət, 
elmilik), etik dəyərləri (müsbət davranış normaları), estetik dəyərləri 
(gözəllik, ülvilik) və dini dəyərləri (halallıq, təmizlik) də ayırmaq olar

Qeyd edək ki, bu bölgülər bir birindən tədric olunmamışdır. Onlar 
sıx qarşılıqlı əlaqə və təsirdə çıxış edir. Digər tərəfdən dəyərlərin müxtəlif 
formalara ayrılması xeyli dərəcədə nisbi xarakter daşıyır. Bununla yanaşı 
nisbi olmayan, ən yüksək və mütləq dəyərlər də vardır. Bu insanın özüdür, 
onun həyatıdır. Həmin dəyərə yalnız məqsəd- dəyər kimi baxmaq 
lazımdır. O heç vaxt vasitə- dəyər rolunda çıxış etməməlidir. Vaxtilə Kant 
bu cəhətə xüsusi diqqət yetirərək göstərirdi ki, insan özdəyərdir, mütləq 
dəyərdir. O dəyərlərin və dəyərlər üzrə olan münasibətlərin subyektidir. 


561 
Buna görə də dəyərlər məsələsinin insandankənar qoyuluşu mənasızdır. 
Eyni sözləri sosial birliklər və bütövlükdə cəmiyyət haqqında da söyləmək 
olar. Onlar da dəyərlərin subyekti kimi çıxış edirlər. 
 
5. Sosial dəyərlər və şəxsiyyətin
sosiallaşması 
 
Cəmiyyətin hər bir üzvü müəyyən dəyərlər sistemi ilə əhatə olunur. 
Onlar insanın tələbatlarını və mənafelərini ödəyir. Buna görə müəyyən 
mənada demək olar ki, dəyərlər şəxsiyyətin mövcudluq üsuludur. Həm də 
göstərilməlidir ki, ayrı- ayrı dəyərlər onun üçün müxtəlif dərəcəli 
əhəmiyyət kəsb edir. Nəticədə dəyərlərin iyerarxiyası özünü göstərir. 
Dəyərlərin özü kimi onların iyerarxiyalı çoxpilləliyi strukturu da konkret 
tarixi və şəxsi xarakter daşıyır. Eyni bir predmet və ya hadisə müxtəlif 
insanlar üçün müxtəlif dəyərə malik olur. Bundan əlavə eyni bir insan 
üçün də bu dəyərlər müxtəlif dövrlərdə bir- birindən fərqlənir. Deyilənlər 
sübut edir ki, dəyərlər və onların iyerarxiyası həm tarixi, həm də fərdi 
baxımdan dinamik və dəyişkəndir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   606   607   608   609   610   611   612   613   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin