Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


ali dəyərlər və birinci növbədə həyatın



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə612/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   608   609   610   611   612   613   614   615   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ali dəyərlər və birinci növbədə həyatın 
mənası «ekzistensial vakuum» (V.Frankl) adlanan problem ilə sıx 
bağlıdır
. Ekzistensial vakuum dedikdə elə bir vəziyyət başa düşülür ki
insan çoxsaylı dəyərlər içərisində dolaşıb qalır və yaxud da heç bir dəyər 
tapa bilmir. Belə vəziyyət müasir dövrdə yaşayan insanlar arasında kifayət 
qədər geniş yayılmışdır. Belə ki, uzun müddət ərzində mövcud olmuş 
ənənəvi və nisbi sabit dəyərlər sanki tez bir zamanda yoxa çıxır, yeniləri 
meydana gəlir. Belə şəraitdə nəinki cavanlar arasında, hətta kifayət qədər 
həyat təcrübəsinə malik adamlar arasında da nə üçün yaşadığını, nəyə 
çalışdığını və nə istədiyini aydın təsəvvür etməyən şəxslərin sayı çoxalır. 
1
Франкл В. Человек в поисках смысла. М., 1990, с.25. 
2
Bax: Маслоу А. Самоактуализация (Психология личности). М., 1982, 
с.110. 


563 
Ən mühüm həyat əhəmiyyətli dəyərlərin itirilməsi, həyatın mənasının 
müəyyən edilməməsi, ekzistensial vakuuma gətirib çıxarır ki, o da 
şəxsiyyətin sosiallaşmasına mənfi təsir göstərir. Ekzistensial vakuum çox 
vaxt şəxsiyyəti nevroz vəziyyətinə salır. Bundan əlavə o həyatın 
darıxdırıcı olması ilə müşayiət edilir. Darıxdırıcılıq isə hətta ehtiyacdan da 
təhlükəlidir. Çünki ehtiyac müəyyən mənada insanı fəaliyyətə sövq edir. 
Insan ehtiyac hiss etdikdə, onu aradan qaldırmağa cəhd göstərir. Bunun 
əksinə olaraq darıxdırıcılıq nəinki insanın aktivliyinə mane olur, hətta çox 
vaxt onun real həyatdan üz döndərərək sərxoşluğa, narkomanlığa və digər 
antisosial davranış formalara qurşanmasına gətirib çıxarır. Beləliklə 
insanın ona zəruri olan dəyərləri itirməsi sözün əsl mənasında 
bədbəxtlik və faciə ilə nəticələnir
. Bu münasibətdə müasir 
ekzistensializmin görkəmli nümayəndəsi A.Kamyunun aşağıdakı fikri 
səciyyəvidir. O göstərirdi ki, əgər kim gerçəklikdən üz döndərmək 
istəmirsə, onda o buradakı insani dəyərləri tapmağa bacarmalıdır. 
Şəxsiyyətin sosiallaşmasında təkcə ali dəyərlər (məqsəd- dəyərlər) 
deyil, həm də vasitə- dəyərlər iştirak edirlər. Sonuncular bu prosesə aralıq 
mövqeyində duran dəyərlər kimi təsir göstərirlər. Onlar məqsəd- dəyərlərə 
tabe olub, onlarla şərtlənirlər. Məsələn əgər insan ədaləti bərqərar etməyə 
çalışırsa, onda o heç vaxt bu məqsəd üçün qeyri- ədalətli vasitələrdən 
istifadə etmir. Yaxud da xeyirxahlığa can atan adam bu iş üçün şər 
vasitələri hərəkətə gətirmir. Buradan aydın olur ki, vasitə- dəyərlərin özü 
də mühüm rol oynayır, onlarsız məqsəd- dəyərləri əldə etmək qeyri- 
mümkündür. Bununla birlikdə heç bir ən xeyirxah məqsədə çatmaq üçün 
belə axmaq vasitələrdən istifadə olunmamalıdır.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   608   609   610   611   612   613   614   615   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin