566
dəyişdirməsi tələb olunur. Təkcə birinci tərəf ilə məhdudlaşmaq sosial
mühitə kor- koranə uyğunlaşmağa, konformist (müti) davranışa
gətirib
çıxarır. Eynilə də ikinci tərəf (fərdi dəyərlərin rolunun şişirdilməsi)
yolverilməzdir. Əks halda əsassız eqoizm özünü göstərir və şəxsiyyətin
cəmiyyətdən özgələşməsi güclənir.
Müasir dövrdə şəxsiyyətin sosiallaşması prosesinə irrasional və
uydurma dəyərlər də müəyyən təsir göstərməkdədir. Söhbət ondan gedir
ki, bu gün şəxsiyyət çox böyük miqdarda informasiya axını ilə üzləşir.
Onun məzmununda isə rasional və elmi məlumatlarla yanaşı,
həm də
mistika, astrologiya, magiya, cadugərlik və sair də özünü göstərir. Belə
şəraitdə bəzən qeyri- şüuri səviyyədə, gerçəkliyi kor- koranə və qeyri-
tənqidi qavrayan təfəkkür formalaşır. Nəticədə
rasionalizm irrasionalizm
ilə əvəz oluna bilir, bəzi mifoloji təsəvvürlər isə rasional formada qəbul
olunur. Qeyd olunan vəziyyətdə formalaşan şüur tipi real həyatdakı
ziddiyyətlərə məhəl qoymur, obyektivlik prinsipini subyektivizm ilə əvəz
edir, zəkanın yerinə inam və etiqad yaradır. Bütövlükdə isə mifoloji
şüurun əlamətləri qərarlaşır.