Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə623/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   619   620   621   622   623   624   625   626   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

3. Müasir dövrün qlobal problemləri 
Müasir şəraitdə dünya sivilizasiyası cəmiyyət, insan və təbiət 
arasında qarşılıqlı münasibətlərin daha da inkişafı ilə səciyyələnir. Bunun-
la yanaşı hazırda ictimai tərəqqi həm də bir sıra qlobal, ümumbəşəri 
problemlər doğurur ki, dünya sivilizasiyasının taleyi, bəşəriyyətin bu günü 
və gələcəyi onların həllindən çox asılıdır. Bu qlobal problemlər 
hansılardır? Göstərmək lazımdır ki, bəzən onların tərkibinə hazırda 
qarşıda duran bütün təbii- elmi, elmi- texniki və sosial problemləri daxil 
edirlər. Bu cür yanaşdıqda qlobal problemlər bəşəriyyətin qarşısında duran 
bütün vəzifələr içərisində əriyir. Əslində qlobal problemlər bəşəriyyətin 
həll edəcəyi bütün vəzifələri deyil, onun taleyi ilə bağlı olan ən əsas 
vəzifələri əhatə edir. 
Hər şeydən əvvəl, 
onlar öz mahiyyəti etibarilə bütün 
bəşəriyyətin mənafeyini ifadə edən, perspektivdə isə onun gələcəyini 
müəyyən edəcək ümumbəşəri xarakterli problemlərdir. 
Digər tərəfdən

buraya elə problemlər aiddir ki, onlar sözün əsl mənasında ümumdünya 
xarakteri daşıyır, yəni dünyanın bütün əsas regionlarında cəmiyyətin 
inkişafının obyektiv amili kimi çıxış edir. 
Sonra, 
bunlar elə problemlərdir 
ki, onların vaxtında həll olunmaması bəşəriyyətin gələcəyi üçün ciddi 
təhlükə törədir, odur ki, cəmiyyətin gələcək tərəqqisi naminə onlar 
gecikmədən həll olunmalıdır. 
Nəhayət,
qlobal problemlərə elə təbii, elmi- 
texniki, sosial- siyasi problemlər daxildir ki, onları bütün bəşəriyyətin 
gərgin, ümumi əməyi və birgə səyləri nəticəsində həll etmək mümkündür. 
Onlar bir ölkənin və dövlətin gücü ilə, yerli və ya regional miqyasda həll 
edilə bilməz. 
Yuxarıda göstərilən əlamətlərə əsasən müasir dövrün qlobal 
problemlərinin aşağıdakı növlərini göstərmək olar: 


575 
- xalqlar arasında həyati mənafelər üzrə razılıq, qarşılıqlı etimad və 
ümumbəşəri həmrəylik əsasında sosial tərəqqinin dinc, sülh yolu ilə 
inkişafının təmin edilməsi; 
- inkişaf etmiş qərb dövlətləri ilə zəif inkişaf etmiş Asiya, Afrika və 
Latın Amerikası ölkələri arasında iqtisadi və mədəni inkişaf 
səviyyəsindəki artmaqda olan fərqin aradan qaldırılması; 
- bəşəriyyətin inkişafı üçün zəruri olan təbii ehtiyatlara və xammala 
(bərpa olunan və bərpa olunmayan ehtiyatlara), o cümlədən lazımi miq-
darda və keyfiyyətli ərzaq məhsullarına və enerjiyə artmaqda olan 
tələbatının ödənilməsi; 
- insanın biosferaya geniş miqyasda müdaxilə etməsinin faciəli 
nəticəsi olan ekoloji böhranın, ətraf mühitin (atmosferin, torpağın və su 
hövzələrinin) sənaye və kənd təsərrüfatı tullantıları ilə hədsiz dərəcədə 
çirklənməsinin qarşısının alınması; 
- inkişaf etməkdə olan ölkələrdə böyük miqyasda sosial- iqtisadi 
çətinliklər doğuran əhalinin sürətli artımının, demoqrafik partlayışın 
məhdudlaşdırılması və inkişaf etmiş ölkələrdə doğumun əhali artımının 
normal həddindən aşağı olması nəticəsində yaranan demoqrafik böhranın 
aradan qaldırılması. Burada əhalinin sadə təkrar istehsalının təmin 
edilməsi və əhalinin nisbi qocalmasının qarşısının alınması; 
- elmi- texniki inqilabın törətdiyi arzu olunmaz nəticələri irəlicədən 
görmək və aradan qaldırmaq, onun yaratdığı misilsiz imkanlardan 
bütövlükdə cəmiyyətin və şəxsiyyətin mənafeyi naminə istifadə edilməsi
- əhalinin sağlamlığının qorunması ilə əlaqədar səhiyyənin 
qarşısında duran vəzifələrin yerinə yetirilməsi (Spidə, narkomaniyaya və 
digər dəhşətli xəstəliklərə qarşı səmərəli mübarizə aparılması), təhsil və 
ictimai təminatın yaxşılaşdırılması, keçmişin mədəni irsinə və əxlaqi 
dəyərlərə münasibətlə bağlı məsələlərin həll edilməsi. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   619   620   621   622   623   624   625   626   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin