Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Əlbəttə, həmin problemlərin xeyli hissəsi əvvəllərdə mövcud



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə624/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   620   621   622   623   624   625   626   627   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Əlbəttə, həmin problemlərin xeyli hissəsi əvvəllərdə mövcud 
olmuşdur. Lakin indiki şəraitdə onlar kəsgin şəkil almışdır
. Qlobal 
problemlərin həlli yollarını işləyib hazırlamaq və həyata keçirmək üçün 
birinci növbədə onların mahiyyəti və yaranma səbəbləri araşdırılmalıdır. 
Bəzi qlobalist nəzəriyyələr bu problemləri fatalist mövqedən izah edərək, 
onların labüdlüyünü, qaşısıalınmazlığını sübut etməyə çalışırlar. Onların 
fikrincə bu problemlər labüd olaraq və avtomatik surətdə faciəli nəticələrə 
gətirib çıxarmalıdır. Bu mövqe doğru deyildir. Istər hazırki dövrdə 
mövcud olan, istərsə də gələcəkdə yarana biləcək qlobal problemləri 
mütərəqqi ictimai qüvvələrin fəaliyyətini, baxış və məqsədlərini 
birləşdirmək əsasında tam həll etmək mümkündür. 
Bəşəriyyətin bütün tarixi ərzində tədricən əmələ gəlmiş və müasir 
dövrdə isə kəskin şəkildə çıxış edən qlobal problemlərin yaranması 


576 
aşağıdakı iki yol ilə baş vermişdir. Onlar bir tərəfdən insan və onun şüurlu 
fəaliyyətinin inkişafı, insanla təbiət arasındakı münasibətlərin 
təkmilləşməsi nəticəsidir. Bu əmək alətlərinin təkmilləşməsində
cəmiyyətin maddi mədəniyyəti və istehsalın inkişafında ifadə olunur. 
Digər tərəfdən, qlobal problemlərin yaranması, dərinləşməsi, bəşəriyyətin 
gələcəyi üçün təhlükəyə çevrilməsi xeyli dərəcədə sosial tərəqqinin 
ziddiyyətli təbiəti ilə izah olunur. 
Qlobal problemlər öz mənşəyinə və təbiətinə görə ikitərəfli xa-
rakter daşıyır. Onlarda təbii və sosial tərəfi bir-birindən ayırmaq ol-
maz
. Doğrudan da insanla təbiət arasında özünü göstərən qlobal 
problemləri yalnız müəyyən sosial münasibətlər şəraitində həll etmək olar. 
Digər tərəfdən müharibə və sülh problemi, yaxud inkişaf etməkdə olan 
ölkələrin geriliyi sosial sferada yaranmasına baxmayaraq təbii tərəfə, yə„ni 
«insan-təbiət»münasibətlərinə güclü tə„sir göstərir.
Deyilənlərdən aydın olur ki, qlobal problemləri həll etmək üçün iki 
qrup ilkin şərtlər yaratmaq tələb olunur. Bunlardan birincisi, elmi-texniki 
tərəqqini həyatın irəli sürdüyü məsələlərə cavab verə biləcək səviyyədə 
inkişaf etdirmək, ikincisi isə həmin problemləri faktiki surətdə həll etməyə 
imkan verən sosial- siyasi şəraitin yaradılmasıdır. 
Müasir dövrün bütün qlobal problemləri bir- birilə sıx vəhdətdə 
çıxış edir və qarşılıqlı surətdə biri digərini şərtləndirir. 
Qlobal problemlər sistemində nüvə müharibəsi təhlükəsinin 
qarşısını almaq, sülhü qorumaq və təmin etmək başlıca yer tutur. Həm də 
nəzərdə tutulmalıdır ki, müharibə və sülh məsələsi digər qlobal 
problemlərə də öz güclü təsirini göstərir. Birinci növbədə hərbi xərclərin 
durmadan artması nəticəsində bəşəriyyətin qarşısında duran digər vacib 
vəzifələrin həllinə yönələn vəsait azalır. Hazırda hərbi xərclər 1900-cu il 
ilə müqayisədə 50 dəfə artaraq, ildə bir trilyon dollara gəlib çatmışdır. Indi 
bəşəriyyət hər dəqiqə ərzində hərbi məqsədlər üçün 2 milyon dollara qədər 
vəsait sərf edir. Məsələ burasındadır ki, sür'ətlə silahlanma getdikcə daha 
artıq dərəcədə inkişaf etməkdə olan ölkələri də öz təsir dairəsinə cəlb edir. 
Nəticədə həmin ölkələrin zəif inkişaf səviyyəsinin aradan qaldırılması 
probleminin həlli daha da çətinləşir. Inkişaf etmiş kapitalist ölkələrində 
sürətlə silahlanmanın artması burada sosial-iqtisadi problemlərin həllinə 
ciddi əngəl yaradır. Enerji və xammal problemlərilə bağlı çətinlikləri daha 
da artırır. Hərbi xərclərin çoxalması bir tərəfdən enerji və xammalın 
artırılmasına sərf olunan vəsaiti azaldır, digər tərəfdən isə enerji və xam-
mal ehtiyatlarının getdikcə daha çox hissəsi hərbi məqsədlər üçün istifadə 
olunur. 
Deyilənlər sübut edir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   620   621   622   623   624   625   626   627   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin