Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bəşəriyyətin gələcəyi və real tarixi proses



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə627/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   623   624   625   626   627   628   629   630   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

4. Bəşəriyyətin gələcəyi və real tarixi proses 
Fəlsəfə öyrədir ki, 
tarixi proses ümumi qanunauyğunluqlar üzrə 
daim irəliyə doğru yönəlir
. Bu mənada bəşəriyyətin keçmişi, bu günü və 
gələcəyi bir- birilə ayrılmaz vəhdət təşkil edir. Belə ki, cəmiyyətin bu 
günkü həyatı onun keçmiş inkişafının nəticəsidir. Digər tərəfdən gələcəyin 
bünövrəsi indiki şəraitdə insanların praktiki yaradıcı fəaliyyəti ilə qoyulur. 
Lakin real tarixi prosesin gələcəyini, onun bu gününü, sadəcə ola-
raq keçmişinin təkrarı hesab etmək doğru olmazdı. Əslində gələcək 
özündə müəyyən qədər keçmişin və indinin bəzi cəhətlərini əhatə etməsinə 
baxmayaraq, tamamilə yeni keyfiyyətə malik cəmiyyət olacaq, 
bəşəriyyətin humanist və demokratik quruluş haqqındakı çoxəsrlik sosial 
ideallarını təcəssüm etdirəcəkdir. 
Gələcəyin elmi uzaqgörənliyi hər şeydən əvvəl bütün dünya 
miqyasında 
sosial tərəqqinin geri dönməzliyi, qarşısı alınmazlığı 
qanunauyğunluğuna əsaslanır
. Bu qanun sübut edir ki, özünün bütün 
mürəkkəbliyi, qeyri- bərabərliyi və ziddiyyətliliyi daxilində tarix irəliyə 
doğru inkişaf edir. Bəzi dövrlərdə uzun müddət baş verən durğunluq və 
tənəzzül hallarına, müxtəlif cəmiyyətlərin kortəbii qüvvələrin təsiri və ya 
sosial toqquşmalar nəticəsində uzun illər davam edən geriliyinə baxmaya-
raq bütövlükdə tarixi proses yüksələn xətt üzrə irəliləyir. 
Müasir 
dövrdə 
sosial 
tərəqqinin 
digər 
bir 
mühüm 
qanunauyğunluğu
, onun sürətinin artmasında ifadə olunur. Başqa sözlə 
deyilsə, indiki dövrdə tarixin ritminin artması hər şeydən əvvəl tarixdə 
xalq kütlələrinin rolunun, yaradıcı fəallığının artması ilə izah edilməlidir. 
Əlbəttə söhbət təkcə dünya əhalisinin sayının artmasından getmir (hərçənd 


580 
bunun özü də mühüm amildir). Sosial tərəqqinin sürətlənməsini 
şərtləndirən amillər kompleksində aşağıdakılar mühüm yer tutur: 
insanların elmi biliklərinin, təhsil və peşə hazırlığının, siyasi şüurluğunun 
artması, şəxsiyyətin azadlığının genişlənməsi, getdikcə daha çox xalqların 
beynəlxalq əlaqələr sisteminə və ünsiyyətə cəlb olunması, sosial- iqtisadi, 
siyasi və mədəni proseslərin beynəlmiləlləşməsi və sair. Indi siyasi və so-
sial, iqtisadi, texniki- texnoloji dəyişikliklərin, elmi və mədəni 
nailiyyətlərin beynəlxalq mübadiləsi əvvəlki dövrlər ilə müqayisə olun-
mayacaq dərəcədə sürətlə baş verir. 
Burada belə bir sual qarşıya çıxır. Sosial tərəqqinin bu cür sürətli 
inkişafı nə vaxta qədər davam edəcəkdir? Qərbin bir çox tədqiqatçıları 
sübut etməyə çalışırlar ki, yaxın gələcəkdə əhali artımı, iqtisadi yüksəliş, 
insanların intellektual və psixoloji qabiliyyətlərinin inkişafı tükənəcəkdir. 
Onların sosial proqnozlarında göstərilir ki, XXI əsrin ortalarında bərpa 
olunmayan təbii ehtiyatların sonu çatacaq, ətraf mühitin çirklənməsi eko-
loji fəlakət yaradacaq, bütövlükdə bəşəriyyətin iqtisadi inkişafı 
dayanacaqdır. Bu baxımdan Roma Klubu təşkilatı üzvlərinin işləyib 
hazırladığı və hazırda geniş yayılan «yüksəliş hədləri» konsepsiyası 
səciyyəvidir. Onun tərəfdarları iqtisadi, elmi- texniki və demoqrafik 
inkişafın müasir meyllərini olduğu kimi gələcəyə tətbiq edərək qlobal 
modellər yaradırlar. Bu modellər nöqsanlıdır. Çünki onlar nəzərə almırlar 
ki, indi fəaliyyət göstərən kəmiyyət dəyişmələri toplanaraq gələcəkdə 
əsaslı 
keyfiyyət 
yenilikləri 
yaradacaqdır. 
«Yüksəliş 
hədləri» 
konsepsiyasının nümayəndələri ictimai inkişafda yaranacaq bu yeni 
keyfiyyətin əhəmiyyət və mahiyyətini lazımınca qiymətləndirmir, onu 
kəmiyyət dəyişmələrinin sadəcə olaraq sürətli artımı, eksponent inkişafı 
kimi qələmə verirlər. Beləliklə də cəmiyyətin ekstensiv inkişafı 
mütləqləşdirilir, intensiv inkişafın roluna məhəl qoyulmur. 
Ümumdünya tarixi sübut edir ki, cəmiyyətdə inkişafın təkamül və 
inqilab formalarının nisbəti cansız təbiətdə, fiziki və kimyəvi aləmdə olu-
duğundan prinsipcə fərqlənir. Belə ki, burada əmək alətlərinin 
təkmilləşməsi və istehsalın aparılması metodlarının inkişafı nəticəsində 
iqtisadi yüksəlişin hüdudları fasiləsiz surətdə genişlənir. Digər tərəfdən, 
baş verən texnoloji inqilablar, iqtisadi fəaliyyətin əvvəllərdə məlum ol-
mayan prinsipcə yeni sahələrini yaradır. Elmi və texniki kəşflər sayəsində 
tamamilə yeni təbii ehtiyatlar yaranır və iqtisadi yüksəlişin təbii ehtiyatlar-
la təmin edilməsi məsələsi də yeni şəkildə qoyulur. Buradan aydın olur ki, 
təbiətdə və cəmiyyətdə eksponent sistemlər üzrə inkişaf bir- birindən 
əsaslı surətdə fərqlənir. Əgər təbiətdə bu inkişaf doğrudan da müəyyən 
hədlər ilə məhdudlaşırsa, cəmiyyətdə bunun əksinə olaraq ekstensiv 
inkişafın hüdudları onun yüksəlişi üçün nəinki maneə yaratmır, əksinə 


581 
sözün müəyyən mənasında iqtisadi yüksəlişin obyektiv stimulu rolunu 
oynayır. Bunu tarixə müraciət etməklə də yəqin etmək olar. Məsələn ibti-
dai cəmiyyətdə ovçuluq və təbiətin hazır məhsullarının yığılması uzun 
müddət genişlənmiş və müəyyən həddə çatdıqda zəruri surətdə yeni 
keyfiyyətə- əkinçiliyə keçidi hazırlamışdır. Yaxud da insanın yaddaşı və 
fiziki keyfiyyətləri məhdudluqlara malik olduğuna görə onu əvəz edən 
yeni keyfiyyət- yazı, kitab çapı və informasiya vasitələri meydana 
gəlmişdir. Sonralar isə saniyədə milyonlarla riyazi əməliyyat aparmağa 
qadir olan EHM, kompüterlər yaranmışdır. Beləliklə bəşəriyyətin intellek-
tual tərəqqisi gedişində insan süni surətdə yaratdığı vasitələrin köməyi ilə 
öz təbii yaddaşını hüdudsuz şəkildə genişləndirir. 
Buna görə də guya 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   623   624   625   626   627   628   629   630   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin