579
ölkələrin və xalqların səylərini və fəaliyyətini birləşdirmək, bəşəriyyətin
ümumi vahid strategiyasını işləyib hazırlamaq tələb olunur.
Qlobal problemlərin mahiyyət və əhəmiyyətini
müəyyən edərkən
elmi, sosial və humanist səpgilər vəhdətdə götürülməli, onların həllinə
həm elmi-nəzəri, həm də praktiki siyasi yanaşılmalıdır.
Başqa bir tələb
qlobal problemlərə sistemli, kompleks yanaşılması, onların dialektik
qarşılıqlı əlaqə və asılılıqda götürülməsidir.
Fəlsəfə gələcəyə elmi və realist yanaşmağın dünyagörüşü və meto-
doloji əsasını təşkil edir. Bu nəzəriyyə gələcəyə optimist nəzərlə baxan
ideya silahıdır. Fəlsəfənin bu keyfiyyəti insanlara
təkcə ruh yuksəkliyi
gətirməklə məhdudlaşmır, o həm də çətinlik və təhlükə şəraitində düzgün
istiqamət seçməyə, elmi realist nəticələr çıxarmağa kömək edir. Onları
aradan qaldırmaq üçün səmərəli yollar və vasitələr axtarıb tapmağa sövq
edir.
Dostları ilə paylaş: