562
Qeyd olunmalıdır ki, həyati əhəmiyyətli dəyərlər və həyatın mənası
məsələsi heç vaxt indiki qədər aktual olmamışdır. Hazırda bu məsələ
bütövlükdə bəşəriyyət qarşısında və o cümlədən də hər bir insan
qarşısında tam kəskinliyi ilə durur. Təsadüfi deyildir ki, həyatın mənasını
düzgün anlamaqda çətinlik çəkən adamlarda tez- tez ömrün gərəksizliyi
hissi yaranır. Görkəmli psixoloq V.Frankl belə vəziyyətin yaranmasını
aşağıdakı kimi izah edir: «Heyvandan fərqli olaraq instiktlər insana nə
lazım olduğunu diktə etmir. Dünənki insandan fərqli olaraq ənənələr də bu
günkü insana ona nə etməli olduğunu diktə etmir. Beləliklə ona nə lazım
olduğunu və necə hərəkət etməli olduğunu bilməyən insan özünün nə istə-
diyi haqqında aydın təsəvvürə malik olmur. Nəticədə o ya başqalarının
istədiyini istəyir (konformizm), ya da başqalarının istədiyi kimi hərəkət
etməli olur (totalitarizm)».
1
Məşhur Amerikan psixoloqu A.Maslou
şəxsiyyətin sosiallaşmasında bu cür ali dəyərlərin çox böyük rol
oynadığını göstərirdi. Onun fikrincə bütün özünüaktuallaşdıran adamlar
müəyyən faydalı işə cəlb olunurlar. Onlar bu işi həyatın yüksək dəyəri
hesab edir və ona sadiq qalırlar. O yazırdı: «biri həyatını qanuna, digəri
ədalətə, başqa birisi isə gözəlliyə və ya həqiqətə həsr edir. Onların hamısı
bu və ya digər tərzdə öz həyatını ali varlıq xarakteri kəsb edən dəyərlərə
həsr edirlər. Başqa sözlə deyilsə ən yüksək və əsl dəyərlərə həsr edirlər.
Belə dəyərlərin sayı on dörddür. Əsasları aşağıdakılardır: həqiqət,
gözəllik, xeyirxahlıq, kamillik, sadəlik, hərtərəflilik və sair.
2
Varlığın bu dəyərləri ən mühüm tələbatlar kimi çıxış edir. Onların
şəxsiyyət üçün müstəsna əhəmiyyətə malikdir. Bunu ondan görmək olar
ki, həmin dəyərlərdən hər hansı birinin məhdudlaşdırılması insanın ruhunu
patoloji vəziyyətə gətirə bilir. Buradan aydındır ki, həmin dəyərlər
əksəriyyət üçün həyatın mənası rolunu oynayır.
Yuxarıda qeyd olunan
Dostları ilə paylaş: