564
qanunları iqtisadi, sosial, siyasi və mənəvi münasibətlər sisteminə güclü
dəyişdirici təsir göstərir, insanların bütün həyat tərzini yeniləşdirir.
Bazar münasibətlərinin mahiyyətini təşkil edən iqtisadi
liberalizm, rəqabət, daha çox gəlir və qazanc əldə etmək cəhdləri
şəxsiyyətin dəyərlər oriyentasiyasına ciddi təsir edir
. Həm də bu təsir
öz xarakterinə görə birmənalı olmur.
Başqa sözlə deyilsə, bazar
münasibətləri bir tərəfdən şəxsiyyətin təşəbbüskarlığını artırır, fəallığını
və enerjisini gücləndirir, onun öz qabiliyyətlərini və yaradıcılığını inkişaf
etdirmək üçün geniş imkanlar açır.
Digər tərəfdən bazar ilə əlaqəli dəyərlər şəxsiyyətin formalaşmasına
həm də mənfi təsir edir. Müasir qərb mütəfəkkirlərinin böyük bir qismi
(K.Xorni, E.From, C.Xomans və R.Merton) məsələnin bu tərəfinə diqqət
yetirərək
göstərirlər ki, bazar qanunlarının fəaliyyəti nəticəsində
şəxsiyyətin mənəviyyatı ikiüzlü xarakter alır, onun özgələşməsi artır,
psixiki pozuntular, nevroz vəziyyəti özünü göstərir. Məsələn E.From
göstərir ki, bazar münasibətlərinin mövcudluğu ilə səciyyələnən indiki
dövr həm də «yeni tipli insanı» əmələ gətirir.O bu insan tipini «bazar
xarakterli insan» adlandırır. From yazır ki, bazar xarakterinə malik insan
hər şeyi əmtəə kimi qavrayır.
Təkcə əşyalar deyil, şəxsiyyətin özü də,
onun fiziki enerjisi, vərdişləri, biliyi, rəyləri,
hissləri, hətta gülümsəməyi
də əmtəə kimi qəbul olunur. Hər cür şəraitdə əlverişli sövdələşmək insanın
başlıca məqsədinə çevrilir.
1
Deyilənlər sübut edir ki, müasir şəraitdə şəxsiyyətin dəyərləri bazar
prizmasından keçərək fəaliyyət göstərməyə başlayır və bazar dəyərləri
xarakteri kəsb edir.
Dostları ilə paylaş: