Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   7   8   9   10   11   12   13   14   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


114 

downloaded from KitabYurdu.org



mədən  axacaqdır.  Rezin  borudan  suyun  fasiləsiz  axması  rezin 

borunun divarlarının elastik olması ilə izah edilir. Rezin boruya bir 

qədər su daxil olduqda onun divarlarını genişləndirir, suyun axarı 

dayandıqda rezin borunun divarlarını genişləndirən təzyiq də itir. 

Borunun divarları elastik olduğu üçün əvvəlki vəziyyətə qayıtdıqda 

suya təzyiq göstərib, onu arası kəsilməyən cərəyanla axıdır. Sonra 

buraya yenə su daxil olub, onun divarlarını genişləndirir və s. 

Rezin  boruları  olan  modeldə  müşahidə  etdiyimiz  qanu-

nauyğunluqları  ürək-damar  sisteminə  tətbiq  etsək,  qan  damar 

sistemində də təxminən eyni hadisənin baş verdiyini görərik. 

Beləliklə,  bədənin  normal  həyat  fəaliyyəti  üçün  qan  da-

marlarında müəyyən dərəcədə tonus və təzyiq olmalıdır. Bu qanın 

orqan və toxumalara doğru hərəkətini asanlaşdırır. 

11.3.  Arteriya və arteriollarda qanın cərəyanı 

Nəbz.  Nəbz  -  sol  mədəciyin  sistolası  zamanı  arteriya 

sistemində  təzyiqin  yüksəlməsi  nəticəsində  arteriya  damarlarının 

divarının ritmik dalğalanmasına deyilir. Ürəyin hər bir sis- tolası 

zamanı  sol  mədəcikdən  aortaya  yeni  qan  hissəsi  daxil  olur.  Bu 

aortanın  proksimal  sahəsinin  divarının  dartılıb  genişlənməsinə 

səbəb  olur,  nəticədə  qanın  inersiyası  qanın  mühitə  doğru  tez 

hərəkətinə  mane  olur.  Genişlənmiş  damarın  daralması  zamanı 

aortada təzyiq artır. Nəticədə aortanın divarının dartılmasına səbəb 

olan  təzyiq  arteriya  divarı  boyunca  daha  uzaqlara  doğru  yayılan 

nəbz dalğasına səbəb olur. Bu proses nəbz dalğası hesab edilir, yəni 

arteriya  damarlarının  divarının  ritmiki  dalğalanmasının  damar 

boyunca yayılması və bu ritmik dalğalanmanın mühiti damarlarda 

hiss  edilməsinə  nəbz  deyilir.  Arteriyaların  divarının  müqaviməti 

kapillyarlara  doğru  yayılma  istiqamətində  nəbz  dalğasının 

amplitudasım tədricən azaldır (şəkil 3). 

Şəkil 3. A.B.-də nəbz dalğasının amplitudasının və təzyi-

qinin kiçik damarlar istiqamətində sönməsi baş verir. 

115 

downloaded from KitabYurdu.org



 

 

Şəkil 3. Arteriya nəbzi. A. Sfıqmoqramma. 



ab - anakrotik; 

bq - sistolik plato; de - katokratik; q - kəsik. B. Nəbz dalğasının kiçik damarlar 

istiqamətində hərəkəti. Nəbz təzyiqinin sönməsi baş verir. 

Sfıqmoqramma (şəkil 3 A və şəkil 4). Sfıqmoqrafıya - nəbz 

dalğasını  qeyd  etməyə  deyilir,  alınan  əyri  isə  sfıqmoq-  ramma 

adlanır.  Aortanm  nəbz  əyrisində  (sfıqmoqramma)  sol  mədəciyin 

sistolası anında qanın aortaya vurulması nəticəsində törəyən qalxan 

(anakrotik) və diastola anında yaranan enən əyri (katakrotik) ayırd 

edilir.  Mədəcikdə  təzyiq  aortadakı  təzyiqdən  aşağı  olur  və  qan 

təzyiq  qradienti  üzrə  mədəciyə  doğru  istiqamətdə  qayıdanda 

katakrotik  əyrinin üzərində çuxur əmələ gəlir. Qanın  geriyə təsiri 

altında  aypara  qapaqlar  bağlanır.  Qanın  dalğası  qapaqlara  əks 

olunaraq  təzyiqi  böyük  olmayan  ikincili  dalğa  (dikrotik  əyrı-

qalxma) yaradır (şəkil 4). 

Nəbz dalğasının sürəti: aortada - 4-6 m/s, arteriyada - 8-12 

m/s, kiçik arteriya və arteriollarda - 15-35 m/s. , 

Nəbz  təzyiqi-sistolik  və  diastolik  təzyiq  arasındakı  fərqə 

deyilir. Ürəyin vurğu həcmi və buna uyğun ürəyin hər bir yığılması 

zamanı arterial sistemə qovduğu qanın miqdarı nə qədər çox olursa, 

nəbz təzyiqi də bir o qədər yüksək olur. 

116 

downloaded from KitabYurdu.org



 

Şəkil 4. Nəbz yazısının əyrisi (sfıqmoqramma). 

Üstdəki xətdə vaxt qeydiyyatı verilir. 



Nəbz  təzyiqinin  sönməsi.  Mühiti  damarlarda  ritmiki 

dalğalanmanın  getdikcə  azalmasına  nəbz  təzyiqinin  sönməsi 

deyilir. Nəbz təzyiqinin zəifləməsinə qanın hərəkətinin müqaviməti 

və damarların elastikliyi səbəb olur. Qanın müəyyən hissəsi növbəti 

damar  seqmentini  dartmaq  üçün  nəbz  dalğasından  irəli  hərəkət 

etməsi  hesabına  müqavimət  ritmik  dalğalanmanı  zəiflədir. 

Müqavimət çox oduqca, bir o qədər çox çətinlik törəyir. Beləliklə, 

nəbz  dalğasının  zəifləmə  dərəcəsi,  ümumi  mühiti  müqavimətlə 

mütənasibdir. 

Nəbz dalğası arteriyalar boyu yayılaraq tədricən zəifləyir və 

kapillyar torunda tamamilə itir. 

Arteriya nəbzi damarın bədən səthinə yaxın olan yerlərində, 

biləkdə,  gicgahda,  boyunda,  alt  çənənin  küncündə,  barmaqları 

damar  səthinə  toxundurmaqla,  ayaqaltmda  və  s.  yaxşı  hiss  etmək 

olur.  Nəbz  dalğalarının  yayılma  sürəti  qanın  damarlarda  hərəkət 

sürəti ilə eyni deyil. Bir qayda olaraq nəbz dalğaları qanın yayılma 

sürətini ötür. Orta yaşlı sağlam adamın qanının damar boyu hərəkəti 

saniyədə 0,3-0,5 m-ə bə- rabərdirsə, nəbz dalğasının yayılma sürəti 

aortada 5,5-8 m-ə, pe- riferik arteriyalarda isə 6-9,5 m/san olur. 

Nəbz  ürəyin  işini  əks  etdirdiyi  üçün  nəbzi  yoxlamaqla 

bütün ürəyin fəaliyyəti haqqında fikir söyləmək olar. 

117 

downloaded from KitabYurdu.org



Normada nəbz 70-75-80, yeni anadan olan uşaqlarda 160-

180,  sonra  10-25  yaşlarda  azalır,  25-50  yaşında  sabit  olur.  Yaşlı 

adamlarda yenidən çoxalır. Günün ritminə uyğun gündüzlər çoxalır, 

gecələr azalır. 

Şəkil  4-də  sfıqmoqrammamn  anokrotik  əyri  mədəciyin 

sistolası  zamanı  aortaya  qovulmuş  qanın  aorta  damarının  di-

varlarının  genişləndirməsindən,  katokratik  əyri  isə  ürəyin  dia- 

stolası  zamanı  aortada  təzyiqin  aşağı  düşməsi  nəticəsində  əmələ 

gəlir. Aortaya qovulmuş qanın bir hissəsi geriyə - ürəyə tərəf axaraq 

aypara qapaqlara dəyir və yenidən aortaya qayıdır və ikincili və ya 

dikrotik dalğanın baş verməsinə səbəb olur. 

Vena nəbzi. Mədəciklərin sistolasında boş və ağciyər ve-

naları boşalıb yığılırlar. Bu səbəbdən də sağlam adamın vena nəbzi 

mənfi vena nəbzi adlanır. Qapaqlar tamamilə bağ- lanmadıqda sağ 

mədəciyin sistolası zamanı qan geriyə, venalara qayıdır, buna görə 

də vena nəbzinin yüksəlişi mədəciyin sis- tolasma uyğun gəlir. Belə 

nəbzə müsbət vena nəbzi deyilir. 



11.4. Arterial təzyiqin ölçülməsi. Klinikada qan təzyiqini 

düzünə (qanlı), dolayı (qansız) üsulla ölçürlər. 

Düzünə, bir başa (qanlı) üsul 

Bir sıra kliniki hallarda arterial təzyiqi iynəni birbaşa arteriya 

damarına  yeritmək  yolu  ilə  ölçürlər.  Arterial  təzyiqin  yazılmış 

əyrisində üç növ dalğa müşahidə edilir: 

1)  Ürəyin  vurğusuna  (sistola  və  diastolasma)  uyğun  gələn  - 

nəbz dalğası; 

2)  Tənəffüs hərəkətlərinə uyğun gələn - tənəffüs və ya Traube 

Herinq dalğası. Hər tənəffüs hərəkəti bir neçə nəbz dalğasına uyğun 

gəlir; 

3)  Damar-hərəki  mərkəzlərin  tonusunu  əks  etdirən  -  daim 



olmayan tədrici dalğalar və ya Meyer dalğaları. Hər dövr bir neçə 

tənəffüs hərəkətini əhatə edir. 



Düzünə  olmayan  (dolayı  yolla)  üsul.  Təcrübədə  sistolik  və 

diastolik arterial təzyiqi təyin  etmək üçün qansız üsuldan istifadə 

edirlər. Bunun üçün Pivo-Poççin ayskultativ (nəbz vuruqla- 

118 

downloaded from KitabYurdu.org



rına  qulaq  asmaq)  üsulundan  və  Koroktovun  dirsək  çuxurunda 

eşidilən səs tonlarına görə qan təzyiqini ölçürlər (şəkil 5). 

Sistolık AT tııp-tup edən 

(səsin) eşidilməsi 

anma uyğun gəlir 

 

Şəkil 5. Arterial təzyiqin təyini. 



Sistolik və ya maksimal arterial təzyiq. 

Diastolik (minimal) arterial təzyiq. 

Arterial  təzyiqin  yüksəlməsinə  təsir  edən  amillər.  Emo-

sional oyanma, yaş, fiziki iş və s. 



Yaş.  Sağlam  adamlarda  sistolik  AT  15  yaşa  qədər  115 

mm.Hg.st.,  65  yaşa  qədər  hər  il  0,5  mm.Hg.st.  artıb  AT  140 

mm.Hg.st. qədər yüksələ bilər. 

Diastolik  arterial  təzyiq  15  yaşma  qədər  70  mm.Hg.st. 

qədər, sonra hər il 0,4 mm.Hg.st. artaraq 90 mm.Hg.st. çatır. 40-50 

yaşları  arasında  sistolik  və  diastolik  AT  qadınlarda  aşağı  olur. 

Lakin  50  və  sonrakı  yaşlarda  yüksək  olur.  Sistolik  və  diastolik 

arterial təzyiq bədən kütləsi çox olan adamlarda yüksək olur. İnsan 

birdən  ayaq  üstə  duranda,  ağırlıq  qüvvəsi  venoz  qanın  geriyə 

qayıtmasına  səbəb  olur  və  bu  zaman  ürək  vurğusu  və  AT  azalır. 

Kompensator  olaraq  ürək  döyünməsinin  sayı  (UDS)  artaraq, 

sistolik  və  diastolik  atrerial  təzyiq  (AT)  və  ümumi  mühiti 

müqavimətin yüksəlməsinə səbəb olur. 

İş zamanı AT artır. Sistolik AT ürəyin qüvvətli yığıl 



119 

downloaded from KitabYurdu.org



ması  hesabına  yüksəlir.  Diastolik  AT  əvvəlcə  işləyən  əzələnin 

damarlarının  genişlənməsi  hesabına  azalır,  lakin  sonra  ürəyin 

intensiv işləməsi diastolik AT yüksəlməsinə səbəb olur. 

Yuxarıdakı  üsullarla  qan  təzyiqinin  ölçülməsi  göstərir  ki, 

aortada sistolik təzyiq orta yaşlarda 110-125 mm, diastolik təzyiq 

isə 60-80 mm civə sütünuna bərabərdir. 

Yeni doğulmuş uşaqların sistolik təzyiqi 40 mm, bir neçə 

günlük  uşağmkı  70  mm,  bir  aylıq  uşağınkı  80  mm,  10-14  yaşlı 

uşağınkı 

100-110


 mm civə sütunu olur. 

Bir yaşından sonra uşaqlarda maksimal arterial qan təzyiqi 

təxmini olaraq V.İ.Molcanova görə belə təyin edilir. 

P

m

= W   +   { 2 - n )  

Burada  uşağın  yaşını göstərir. Məsələn, 10 yaşlı uşağın 

maksimal  təzyiqi  80+2-10=100  mm  civə  sütununa  bərabər  olur. 

Minimal təzyiq isə maksimal təzyiqin yarısının 2/3-si qədər olur. 

Qan təzyiqinin 150 mm civə sütunundan yuxarı qalxması 

hipertoniya  (hipertenziya),  75-80  mm-ə  qədər  azalmasına 

hipotoniya  (hipotenziya)  deyilir.  Hipotoniya  bəzi  narkotik 

maddələrlə, dərmanlarla, məsələn, xloroformla bərk zədələ- dikdə 

və yandıqda, habelə çox qan itirdikdə baş verə bilər. 

Qan  təzyiqi  mədəciklərdən  uzaqlaşdıqca  damarlarda  təd-

ricən  enir  və  nəhayət,  venalarda  mənfi  olur.  Əgər  aortada  təzyiq 

130-140  mm  civə  sütununa  bərabərdirsə,  arteriyalarda  120-130 

mm,  kiçik  venalarda 

8-12


  mm  və  nəhayət  böyük  venalarda  hətta 

mənfi  olur,  yəni  atmosfer  təzyiqindən  2-5  mm  civə  sütunu  aşağı 

düşür. Kiçik damarlarda və kapillyarlarda təzyiqin azalması qanın 

böyük müqavimətinə rast gəlməsilə izah olunur. 



11.5.  Venoz təzyiq 

Qanın  venalar  ilə  hərəkəti  ürəyin  nasos  funksiyası  nə-

ticəsində həyata keçirilir. Venoz qan cərəyanı həmçinin, həm də hər 

bir  nəfəsalma  zamanı  döş  boşluğunda  yaranan  mənfi  təzyiqin 

hesabına  (sorucu  təsir)  və  ətrafların  skelet  əzələlərin  venaları 

sıxması hesabına (birinci növbədə ayaqları) qüvvətlənir. 



120 

downloaded from KitabYurdu.org



İri venalarda, xüsusilə boş  venaların sağ qulaqcığa tökül-

düyü yerdə, vena təzyiqi orta hesabla 4,6 mm.Hg.st. təşkil edir. 

Qan  təzyiqinin  səviyyəsini  başlıca  olaraq  iki  şərt-sistola 

zamanı ürəyin aortaya qovduğu qanın həcmi (Q-) və aortadan axıb 

gələn  qanın  qarşısını  alan  damar  sisteminin  müqaviməti  (R) 

müəyyən edir. Bu asılılıq sadə formula ilə təyin edilir: 



P = QR 

Ürəyin  sistolası  zamanı  sol  mədəcikdən  aortaya  qovulan 

qanın  miqdarı  (Q)  artıqda  qan  təzyiqi  yüksəlir.  Damarların 

müqaviməti (R) dəyişdikdə də qan təzyiqi artıb-azala bilər. 

Qanın  hərəkətinə  göstərilən  müqavimət  bir  sıra  faktor-

lardan asılıdır: müqavimət damarın uzunluğu, qanın yapış- qanlığı 

və  qanın  axma  sürəti  ilə  düz,  diametri  və  elastikliyi  ilə  tərs 

mütənasibdir. 

Heyvanlarda, bəzi hallarda insanda kəskin üsulla arte- rial 

qan təzyiqini ölçmək üçün arteriyalara şüşə kanyula və ya yoğun 

iynə daxil edib və onu manometrlə əlaqələndirərək öyrənmək olar. 

Bunun  üçün  heyvanın  yuxu  arteriyasına  manometrlə  birləşmiş 

kanyula  salmır.  U-yə  bənzər  manometrin  yarısına  qədər  civə 

tökülür. Manometrin qan damarı ilə birləşdirilən hissəsi ilə qanm 

laxtalanmasınm  qarşısını  alan  (limon  turşusunun  natrium  duzu) 

məhlulu  doldurulur.  Borunun  digər  açıq  dirsəyinə  ucunda 

qeydedici olan uzən üzgəc mil bərkidilir. Qan təzyiqinin dəyişməsi 

civəni  rəqsi  hərəkətə  gətirir.  Bu  isə  qeydedicinin  köməyilə 

kimoqraf üzərində xarakterik əyri cızır (şəkil 

6

). 



 

 

 



r-ı 

Şəkil 

6

. Heyvanda qan təzyiqinin əyrisi. 



Bədən səthində mayenin təzyiqi atmosfer təzyiqinə bə 

121 

downloaded from KitabYurdu.org



rabərdir. Bədən səthindən dərinliyə doğru istiqamətdə təzyiq artır. 

Bu  təzyiq  suyun  ağırlıq  qüvvəsinin  orqanizmə  təsiri  hesabına 

yaranır.  Ona  görə  də  bu  təzyiqi  qravitasion  (hidrostatik)  təzyiq 

adlandırırlar.  Hidrostatik  təzyiqin  damar  sisteminə  təsiri  qanın 

damarlardakı çəkisinə görə əsaslandırılmışdır (şəkil 7). 

 

Şəkil 7. Venoz qan cərəyanı. 



A - Qravitasiyanın venoz təzyiqə vertikal vəziyyətdə təsiri. 

B - Vena (əzələ) nasosu və venoz qapaqlarının rolu. 

Aşağı ətrafın venaları skelet əzələlər ilə əhatə olunmuşdur, 

belə  ki,  əzələlərin  yığılmaları  venaları  sıxır.  Qonşu  arteriyaların 

pulsasiyası  da  venalara  təzyiq  edir.  Vena  damarlarının  divarında 

olan qapaqlar qanın geriyə qayıtmasının qarşısını alır, ona görə də, 

qan venalardan ürəyə doğru istiqamətdə axır. Şəkil 7 B-dən görünür 

ki,  vena  qapaqları  qanın  ürəyə  doğru  istiqamətdə  hərəkəti  üçün 

səmtlənmişdir. 



Ürəyin yığılmasının sorucu təsiri. Sağ qulaqçıqda təzyiqin 

dəyişməsi böyük venalara verilir. Mədəciklərin sistolası 



122 

downloaded from KitabYurdu.org



fazasında sağ qulaqcıqda təzyiq kəskin aşağı düşür. Ona görə də, 

qulaqcıq-mədəcik qapaqları mədəcik boşluğuna doğru istiqamətdə 

dartılaraq, qulaqcığın həcmini artırır. Nəticədə, iri venalardan qanın 

qulaqcıqlara doğru sorulması baş verir və ürəyə yaxın venoz qan 

cərəyanı pulsasiya edən olur. 

Beləliklə,  yuxarıda  qeyd  etdiklərimizi  nəzərə  alıb  deyə 

bilərik  ki,  qanın  venalardan  ürəyə  doğru  hərəkətinə  səbəb 

aşağıdakılardır: 

1) 

Ürəyin itələmə qüvvəsinin qalığı. 



2) 

Döş qəfəsində mənfi təzyiq nəticəsində əmələ gələn sorma 

qüvvəsi. 

3) 


Qarın və döş boşluğunda olan təzyiq fərqi (qarın da-

marlarında təzyiq yüksək olur). 

4) 

Sistola zamanı ürəyin sorma qüvvəsi. 



5) 

Skelet və bağırsaq divarı əzələlərinin yığılması nəticəsində 

damarların yığılması. 

6) 


Venaların divarlarında ciblərin olması. 

Venaların depanirə funksiyası. Dövranda olan ümumi qanın 

60%-dən çoxu venalarda olur. Çoxlu qan itirmə və arterial təzyiqin 

enməsi  zamanı  karotid  sinusun  reseptorları  və  digər  damar 

sahələrin  reseptorlarında  venanı  innervasiya  edən  simpatik 

sinirlərinin fəallaşmasına və damarların daralması  ilə nəticələnən 

reflektoru reaksiyaya səbəb olur. Bu qan itirmə nəticəsində pozulan 

çoxlu  qan  dövranı  reaksiyalarının  bərpa  olunmasına  səbəb  olur. 

Nəticədə, hətta qanın ümumi həcminin 

20

% itirildikdən sonra belə, 



qan dövranı sistemi venalarda olan ehtiyat qanın müəyyən hissəsini 

dövrana  daxil  etməklə  özünün  normal  funksiyasını  bərpa  edir. 

Bütövlükdə  qan  dövranının  ixtisaslaşmış  sahələrinə  («qan 

depoları») bunlar aiddir: 

1)  Qan dövranına bir neçə yüz ml qan buraxan - qaraciyər 

2)  Qan dövranına 1000 ml qan vuran - dalaq 

3)  300 ml qədər qan deponirə edən qarın boşluğunun iri venaları 

4)  Bir neçə yüz ml qan deponirə etmək qabiliyyəti olan, dəri- altı 

venalar. 

123 

downloaded from KitabYurdu.org



11.6.  Mikrosirkulyasiya 

Qan-damar  sisteminin  əsas  funksiyası  orqanizmin  daxili 

mühitini  (hemeostazı)  sabit  saxlamaqdır.  Ürəyin  və  mühiti 

damarların əsas vəzifəsi qanı qan və qanla toxuma mayesi arasında 

mübadilə həyata keçən yerə kapillyar toruna nəql olunmasını təmin 

etməkdir. 

Su  və  maddələrin  damarların  divarından  keçməsi  diffu- 

ziya, pinositoz və filtrasiya vasitəsilə həyata keçirilir. 

Bu  proses  mikrosirkulyator  vahid  kimi  məlum  olan  da-

marlar  kompleksində  baş  verir.  Mikrosirkulyator  vahid  ardıcıl 

yerləşən  damarlardan  ibarətdir.  Bu  arteriya  sonu,  (terminal)  -» 

arterya arxası, kapillyar önü sifinkterlər -» kapillyarlar -> venulalar. 

Bundan  başqa,  mikrosirkulyator  vahidin  tərkibinə  artero-venoz 

anastozlar daxildir. 



Qan  cərəyanının  sürəti.  Arteriollarda  qan  cərəyanının 

sürəti  4-5  mm/s,  venalarda  2-3  mm/s  təşkil  edir.  Eritrositlər 

kapillyarlardan bir-bir keçir, lakin damarların diametri kiçik olduğu 

üçün formasını dəyişib, yastılaşaraq keçir. 

Eritrositlərin  hərəkət  sürəti  -  1  mm/s  qədər  olur.  Ka- 

pillyarlarda təzyiq 15-25 mm. Hg.st. olub, venoz hissədən çoxdur. 

Bu  təzyiq  fərqinin  qüvvəsi  hesabına  qan  kapillyarlardan  arterial 

hissəyə süzülür və venoz hissəyə sorulur. Kapillyarla- rın xarici və 

daxilinə istiqamətlənən təzyiq fərqi 13 mm. Hg.st. təşkil edir. Bu 

13 mm. Hg.st. filtrasiya təzyiqini təşkil edir. Bu təzyiq plazmanın 

0,5%-nin  kapillyarm  arterial  hissəsindən  in-  tesitisial  məkana 

keçməyə səbəb olur. Kapillyarm xarici və daxilinə istiqamətlənmiş 

təzyiq fərqi 7 mm. Hg.st. təşkil edir, bu kapillyarm venoz hissəsində 

geriyə sorma (reabsorbsiya) təzyiqidir. 

Hüceyrəarası  mayedə  onkotik  təzyiq  kapillyarlarm  di-

varından  hüceyrəarası  boşluğa  daxil  olan  zülalın  miqdarına  görə 

müəyyən  edilir.  Burda  zülalın  miqdarı  plazmadan  bir  qədər  çox 

olur. Hüceyrəarası mayedə kalloid-osmotik təzyiq 

8

 mm- kq təşkil 



edir. 

Reabsorbsiya təzyiqi arterial hissədə filtrasiya olunan 



124 

downloaded from KitabYurdu.org



mayenin 9/10-nun geriyə sorulmasını təmin edir. Qalan maye limfa 

damarlarına daxil olur. 



11.7.  Kapillyar qan dövranı 

Kapillyarlarm arterial  hissəsində qan təzyiqi venoz hissə-

sindən çox olub 15-25 mm. Hg. st.-na bərabərdir. Bu təzyiqin fərqi 

hesabına  qan  kapillyarlardan  arterial  hissəyə  filtrasiya  olunur  və 

venoz hissəyə reabsorbsiya olunur. Belə ki, kapillyarlarm daxilinə 

və xaricinə istiqamətlənən təzyiq fərqi (18 və 21 mm. Hg.st) 7mm. 

Hg.st  təşkil  edir.  Bu  təzyiq  kapillyarlarm  venoz  ucunda  olan 

reabsorbsiya  təzyiqidir.  Arterial  ucdan  filtrasiya  olunmuş  maye 

sorulduqdan sonra, mayesinin qalan hissəsi limfaya daxil olur. 

Qandakı  oksigenin  və  qida  maddələrinin  toxumalara  və 

toxumalarda əmələ gələn son məhsulların və karbon iki oksi- din 

qana keçməsi kapillyarlarda baş verir. 

Kapillyarlarda  qanın  hərəkət  sürəti  saniyədə  0,3-0,5mm 

təzyiq  isə  25-30  mm  civə  sütunu  təşkil  edir.  Hər  bir  kapillyarın 

uzunluğu 0,3-0,7mm-ə, diametri orta hesabla 

8

 mikrona bərabərdir. 



Kapillyarlarm sayı son dərəcə çox olub, bir neçə milyarda çatır və 

səthi bədən səthindən 1500 dəfə çox, 3000 m

2

-dir. 


Kapillyar qan dövranını qurbağanın üzgəc pərdəsində və ya 

dilində daha yaxşı müşahidə etmək olar. Bu məqsədlə hərəkətdən 

salınmış  qurbağanı  tənzifə  büküb,  yastı  mantarm  üzərinə  elə 

qoyurlar ki, onun dal pəncəsi mantarın küncündəki dəliyin üzərinə 

düşsün. Üzgəc pərdəsini bu dəliyin üstünə toxumanın bütövlüyünü 

pozmadan  sancaqla  bərkidirlər.  Həmin  yastı  mantar  lövhəni 

mikroskopun  masası  üzərinə  qoyub  üzgəc  pərdəsində  böyük  və 

kiçik  böyüdücülərin  köməyilə  kapillyar  qan  dövranını  müşahidə 

edirlər. 

Mikroskopun altında kapillyarlarm sıx toru və orada arası 

kəsilmədən  axan  qan  görünür.  Böyük  okulyarın  köməyilə 

kapillyardan keçən eritrositlərin yastılaşmasını da müşahidə etmək 

olar. 

Arteriollarda təzyiqi artırdıqda kapillyarlarm sayı da 



125 

downloaded from KitabYurdu.org



çoxalır. Arteriollar bir növ «kran» qolunu oynayıb, kapill- yarların 

fəaliyyətini tənzim edirlər. 

Dəridəki  arterio-venoz  anostomozlar  kapillyar  qan 

dövranının tənzimləyicisi kimi, ətraf mühitin temperaturu 35°- dən 

yuxarı qalxdıqda ya 15°-dən aşağı endikdə açılır və arteri- ollardan 

venalara  qanın  axını  bərpa  olunur.  Bu  isə  qanın  qız-  ması  və  ya 

soyumasının qarşısını alır. 

11.8.  Limfa sistemi 

Limfa sistemi - venaların endotel təbəqəsindən əmələ gələn 

limfa sistemi interstisial mayeni və ya hüceyrəarası mAyeni qana 

qaytaran damarlar torudur (şəkil 8 B). 





 

Şəkil  8.  Limfa  sistemi. 



A.  Mikrosirkulyator  səviyyədə  quruluş.  B.  Limfa 

sisteminin anatomiyası. V. Limfa kapillyarları. 1 - qan kapillyarları; 2 - limfa kapillyarı; 

3 - limfa düyünləri; 4 - limfa qapağı; 5 - kapillyarönü ar- teriola; 6 - əzələ lifi; 7 - sinir; 8 

- venula; 9 - endoteli; 10 - qapaqlar; 11 - dayaq filamentlər. 

126 

downloaded from KitabYurdu.org



Skelet  əziblərinin  mikrosirkulyator  damarları.  Arteriol- 

ların genişlənməsi ilə arteriola söykənmiş limfa kapillyarları onlar 

və əzələ lifləri tərəfindən sıxılır (yuxarıda). Arteriolların daralması 

zamanı  (B)  əksinə  olaraq  limfa  kapillyarları  genişlənir  (aşağı). 

Skelet  əzələlərində  limfa  kapillyarları  qan  ka-  pillyarlarından 

çoxdur. 


Böyük qan dövranının qapalı damarları açiq limfa sistemi 

ilə birlikdə boş venaya açılır. Lakin limfa sisteminin kor çıxıntı ilə 

qurtaran qapalı mühiti hissəsi limfa kapillyarları ilə başlayır. Sonra 

limfa kapillyarları birləşərək limfa damarlarını, onlarda birləşərək 

sağ  və  döş  limfa  axacağını  əmələ  gətirir  və  vidacı  venanın 

körpücükaltı  venaya  açıldığı  yerdə  ürəyin  sağ  qulaqcığına  açılan 

boş  venaya  açılır.  Limfa  damarları  boyunca  bədənin  müəyyən 

nahiyəsində  limfa  düyünləri  yerləşir.  Limfa  düyünlərində  ağ  qan 

cisimləri, leykositlər, xüsusilə, lim- fositlər, eritroblastlar yaranır və 

limfaya hüceyrəarası maye vasitəsilə daxil olmuş xəstəlik törədən 

mikroblardan  və  zərərli  maddələrdən  limfanı  təmizləyir.  Limfa 

düyünləri bioloji filtir- süzgəc rolu oynayır. 

Limfa sistemi vasitəsilə qan cərəyanına qayıtmış mayenin 

həcmi gündə 2-3 1 təşkil  edir.  İri molekulyar kütləyə malik  olan 

maddələr (hər şeydən əvvəl zülallar) hüceyrəarası mayedən ancaq 

xüsusi quruluşu olan limfa kapillyarları vasitəsilə absorbsiya oluna 

bilər. 

Limfanın  mənşəyi  haqqında  iki  nəzəriyyə  irəli  sürül-



müşdür: 

1)  Süzülmə nəzəriyyəsi. Limfa qan kapillyarlarınm daxili 

və  xarici  hidrostatik,  həmçinin  osmos  təzyiqləri  arasında  fərq 

olduqda  qanın  maye  hissəsinin  kapillyarlardan  süzülməsi 

nəticəsində  əmələ  gəlir.  Əgər  hər  hansı  orqandan  gələn  venanı 

sıxsaq,  bağlasaq,  ya  ona  təzyiq  etsək,  kapillyarlarda  qan  təzyiqi 

yüksək  olduğu  üçün  limfanın  miqdarı  xeyli  çoxalır.  Histamin, 

peptonlar,  ekstraktlar,  öd  və  s.  qana  yeridilməsi  zamanı  süzülmə 

yolu  ilə  limfanın  əmələ  gəlməsi  xeyli  sürətlənir.  Bu  maddələr 

əsasən kapillyarlarm keçiriciliyini artırır. 

2)  Sekretor nəzəriyyə. Limfanın əmələ gəlməsinə səbəb 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin