20,4.
Şərtsiz reflektor fəaliyyəti
Şərti refleks. İ.P.Pavlova görə qabaqcadan heç bir təlim
olmadan orqanizmdə müəyyən dərəcədə reaksiya, qıcıq (məsələn,
qida) - şərtsiz cavab adlanır. Orqanizmə əvvəllər yabanı (indiferent)
olan və yalnız təkrar təsirlərdən sonra müəyyən reaksiya doğurmaq
qabiliyyəti kəsb edən qıcıq - şərti qıcıq, ona verilən reaksiya isə şərti
reflektor cavab adlanır.
Əgər hər dəfə yemək verməzdən əvvəl kamerada, itin gözü
qarşısında işıq yandırılarsa və bu təcrübə dəfələrlə təkrar edilərsə,
onda heyvan qida almadan da işığın yanmasına ağız şirəsi ifrazı ilə
cavab verir (şəkil 1.). Deməli, şərtsiz qıcıq (qida) və şərti qıcıq
(lampa işığı) orqanizmə dəfələrlə birgə təsir etdikdə işıq da bioloji
əhəmiyyətli qıcıq və ya siqnal funksiyası qazanır. Onun əmələ
gəlməsi üçün əvvəlcədən heyvan üçün əhəmiyyətsiz olan hər hansı
qıcığın, şərtsiz refleks törədən qıcıqla bir vaxtda təsir göstərməsi
zəruridir. Şərtsiz qıcıq şərti qıcıqla yanaşı getməli və onu
möhkəmləndirməlidir. Şərti qıcıq və ya şərti siqnal kimi işıqdan,
zəngdən, fitdən, musiqi tonlarından, elektromaqnit kameralarından,
dərini mexaniki qıcıqlandıran qaşovlardan, dərini soyudan və
qızdıran, əzələ tə- qəllüsünü dəyişdirən aparatlardan, bədənin
məkanda tutduğu vəziyyətdən, daxili üzvlərin vəziyyətindən,
orqanizmdə gedən maddələr mübadiləsinin dəyişməsindən, bir
sözlə bütün ekste- roseptiv və proprioreseptiv qıcıqlardan istifadə
etmək olar. Şərti qıcıqlar iki cür olur. Onların bir qrupu heyvanın
təbii ehtiyacları ilə əlaqədardır (qoxu, qidanın forması, rəngi və s.),
449
downloaded from KitabYurdu.org
bunlara təbii şərti qıcıqlar deyilir.
Şəkil 20.1. Şərti refleksin və xarici ləngimənin yaranması sxemi:
I - şərtsiz tüpürcək ifrazı refleksi, II - it üçün indiferent (əhəmiyyətsiz) olan işıq
qıcığı, III - şərti refleksin alınması, it üçün əhəmiyyətsiz olan qıcığın şərtsiz qıcıqla
möhkəmləndirilməsi (beyin qabığında eyni vaxtda iki oyanma mənbəyinin əmələ
gəlməsi), IV - şərti refleks, V - şərti refleksin xarici ləngiməsi (oyanma mənbəyinin beyin
qabığının eşitmə zonasında əmələ gəlməsi və başqa zonaların ləngiməsi).
tkinci qrup isə təcrübə şəraitində tətbiq olunan şərti qı-
cıqlardır (işıq, zəng səsi və s.), bunlara süni şərti qıcıqlar deyilir.
Şərti reflekslərdən fərqli olaraq, şərtsiz reflekslərin icrası,
əsasən, mərkəzi sinir sisteminin ibtidai şöbələri - qabıqaltı nüvələr,
beyin sütunu və onurğa beyni vasitəsilə olur. İnsanda və meymunda
funksiyaların beyin qıcığında yerləşməsi ilə əlaqədar olaraq, bir sıra
şərtsiz reflekslər mütləq yarımkürələrin iştirakı ilə həyata keçirilir.
Tədqiqiatlarla müəyyən olunmuşdur ki, beyin yarımkürələri
tamamilə kəsilib çıxarılmış itlərdə əməliyyatdan əvvəl yaradılmış
şərti reflekslərin hamısı itir və onlarda artıq belə şərti əlaqələr
yaratmaq mümkün olmur. Deməli, şərti refleksin qövsü beyin
qabığında qapanır.
450
downloaded from KitabYurdu.org
20.5. Şərti refleks növləri
İ.P.Pavlov şərti refleksin aşağıdakı növlərini daha ətraflı
öyrənmişdir. Onların bəziləri ilə tanış olaq:
1.
Şərti tüpürcək refleksi. Birinci dərəcəli reflekslərə aid
edilir. Şərti refleks ilk dəfə tüpürcək vəzilərində öyrənilmişdir. Bu
reflekslərdə müəyyənləşdirilən bütün qanunauyğunluqlar, əsas
etibarilə, tüpürcək vəzilərinin şərti reaksiyalarının təhlilinə
əsaslanmışdır.
Tüpürcək, mədə və pankreas vəzilərinin şərti şirə ifrazına
birlikdə şərti qida refleksləri deyilir. Bunların əhəmiyyəti qida
qəbulundan əvvəl onun həzmi üçün lazımi əlverişli şərait ya-
ratmaqdan ibarətdir.
2.
Şərti hərəki refleks. Bunlar iki yerə bölünür: şərti hərə- ki
qida refleksləri və şərti hərəki müdafiə refleksləri.
3.
Şərti ürək və qan damar refleksi. İnsanda göz almasına
düşən azacıq təzyiq ürək fəaliyyətini ləngidir, onun döyünmələrinin
sayını azaldır. Buna şərti göz-ürək refleksi deyilir, yaxud da şərti
vazomotor (damar hərəki) refleks almaq üçün üzərində təcrübə
aparılan adamın bir qolu pletizmoqrafa salınır, digər qoluna
spirtşəkilli metal boru sarınır. Bu şərtsiz ref- leksdir. Spiral borudan
soyuq və ya isti su buraxmazdan əvvəl hər hansı şərti qıcıq versək
və bu şərtsiz qıcıqla müşayiət olunarsa, damarın sıxılıb genəldiyini
müşahidə etmək olar. Bu, qan damarlarına qarşı alınan şərti
vazomotor refleksdir.
4.
Vaxta qarşı şərti refleks. Burada şərti qıcıq kimi vaxt
götürülür. Əgər təcrübə ərzində müəyyən vaxtda itə yemək verilsə
və ya onun ağzına turşu məhlulu tökülsə, bir neçə dəfə təkrardan
sonra, həmin vaxta qarşı şərti ağız şirəsi ifrazı refleksi yaranacaqdır.
5.
Ali dərəcəli şərti reflekslər. Şərtsiz reflekslər əsasında
yaradılan şərti reflekslərə birinci dərəcəli şərti reflekslər deyilir.
Müəyyən dərəcəyə qədər möhkəmlənmiş hər hansı refleks yeni şərti
refleks almaq üçün əsas ola bilər. Bunlara ikinci dərəcəli və ya ali
dərəcəli şərti refleks deyilir. Bu reflekslərin yaranması üçün əvvəlcə
hər hansı şərtsiz və şərti qıcıq, məsələn,
451
downloaded from KitabYurdu.org
qida və zəngin çalınması eyni vaxtda tətbiq edilir və sabit şərti qida
refleksii yaradılır. Sonra zəng səsi ilə başqa şərti qıcığı, məsələn,
dərinin qaşınmasını eyni vaxtda tətbiq edirlər. Bu zaman əvvəlcə
bir neçə saniyə ərzində dəri qıcıqlandırılır, sonra zəng çalınır və
şərtsiz qıcıqdan isə istifadə edilmir. Beləliklə, təkcə dərinin
qaşınması şərti qida refleksinin yaranmasına səbəb olur. Halbuki
əvvəllər bu təcrübədə dərinin qaşınması şərtsiz qida refleksii ilə
möhkəmləndirilməmişdir. Bu qayda ilə heyvanlarda və insanda
ikinci və üçüncü, hətta çox dərəcəli şərti reflekslər almaq
mümkündür. Uşaqlarda
6
dərəcəli şərti refleks yaradılmışdır.
6
. Şərti interoreseptiv reflekslər. İtin mədəsinə iki fıstula
qoyulur. Onlardan biri ilə mədəyə ilıq su daxil edilir, digərindən isə
həmin su xaricə axıdılır və beləliklə, onun reseptorları müəyyən
vaxt ərzində temperatur təsirinə məruz edilir. Eyni zamanda onun
ayağı elektriklə qıcıqlandırılır. İt bu zaman pəncəsini çəkir.
Əməliyyatı bir neçə dəfə təkrar etsək, onda heyvan elektrik qıcığı
almasa da, mədənin yuyulmasına qarşı şərti hərəki reflekslə cavab
verəcəkdir. Bu təcrübə mədə resep- torlarınm iştirakı ilə yaranmış
şərti müdafiə hərəki refleksinə misaldır.
Mədə divarının mexaniki qıcıqlandırılması ilə qidanın
verilməsi eyni vaxtda bir neçə dəfə təkrar edildikdən sonra təkcə
mədənin qıcıqlandırılması tüpürcək ifrazına səbəb olur. Bunlar
interoreseptorlardan alınan şərti qida refleksləridir.
20.6.
Şərti reflekslərin xüsusiyyəti
insan və heyvan orqanizminin həyatında öz xarakteri və
əhəmiyyətinə görə bir-birindən fərqlənən ən müxtəlif şərti ref-
leksləri səciyyələndirən mühüm xüsusiyyətlərdən biri onların
ləngiməsi və sönməsidir. Əmələgəlmə şəraitinə və funksional
əhəmiyyətinə görə I.P.Pavlov ləngimənin daxili və xarici ləngimə
növlərini müəyyən etmişdir. Orqanizmin artıq ehtiyacı olmayan,
onun tələbatına uyğun gəlməyən şərti reflekslər təd-
452
downloaded from KitabYurdu.org
ricəxı sıradan çıxır, buna sönən ləngimə deyilir.
1 Şərti refleksin sönməsi. Məsələn, fərz edək ki, müəyyən
şərti qıcığa qarşı 5 ml tüpürcək ifraz edilir. İndi biz həmin şərti
refleksi möhkəmləndirməsək, yəni itə işığı göstərib qida verməsək,
o zamanı ifraz olunan tüpürcəyin getdikcə azaldığını və axırda sıfra
bərabər olduğunu görərik. Pavlov buna şərti refleksin sönməsi
deyir. Bunu yenidən almaq üçün şərti qıcığı bir neçə dəfə şərtsiz
qıcıqla təkrar etmək lazımdır.
2.
Qıcıqların fərqlənməsi. Məsələn, itdə qarın nahiyəsində
dərinin qaşınmasına və itin gözünün qarşısında ekranı işıqlan-
dırmağa qarşı möhkəm şərti refleks aldıqdan sonra, başqa yaxın
qıcıqlar, üçbucaq ekran işıqlanır) verilir. İkinci qıcıqlar qida ilə
möhkəmləndirilmir. Əvvəlcə ikinci qıcıqlara qarşı reaksiya alınsa
da, işıq ilə möhkəmləndirilmədiyi üçün sönür. Deməli, it qıcıqları
bir-birindən ayıra bilir. Buna qıcıqların fərqləndirilməsi deyilir,
yəni təcrübə zamanı tətbiq olunan qıcıqları qəbul edən mərkəzlər
birinci halda oyanır, ikinci halda isə ləngiyir.
3.
Şərti ləngimə. Məsələn, metranomun zərbəsinə qarşı şərti
refleks əldə etdikdən sonra həmin şərti qıcığı, başqa bir qıcıqla,
zəngin səsi ilə eyni vaxtda tətbiq edirlər. İt iki qıcığa qarşı tüpürcək
ifraz edir. Çünki ikinci qıcıq qida ilə möhkəmləndirilməyib, ancaq
tək metronomun səsinə tüpürcək ifraz edir. Deməli, ikinci şərti
qıcıq, yəni zəng səsi qida ilə möhkəmləndirilmədiyi üçün bir neçə
təcrübədən sonra ləngidici təsir edir.
Xarici ləngimə. Bu hadisə Pavlov tərəfindən belə izah edilir.
MSS-nə gələn hər hansı qüvvətli qıcıq orada qüvvətli oyanma
nöqtəsi əmələ gətirir. Bu oyanma bütün başqa mərkəzlərin, o
cümlədən tədqiq olunan şərti refleks mərkəzinin ləngiməsinə səbəb
olur (şəkil 1-V). Xaricdən verilən qıcığın təsiri altında şərti
refleksin zəifləməsi və ləngiməsinə səbəb olur:
1
) Deməli, güclü
qıcıqların təsirindən refleks sönə bilər, buna hüdudxarici ləngimə
deyilir. Bu ləngimə şərti siqnalın şərtsiz siqnala təkrar
möhkəmləndirilmədiyi hallarda daha tez baş verir. 2) Orqanizmin
xarici və daxili mühitinin dəyişilməsi ya
453
downloaded from KitabYurdu.org
ranmış şərti refleksi ləngidir. Buna müvafiq olaraq, şərti ref- leksin
xarici (şərtsiz) və daxili (şərti) ləngiməsi müəyyənləşdirilmişdir.
Xarici ləngiməyə səbəb, əksər hallarda, bə- lədləşmə şərtsiz
reflekslər, habelə, müxtəlif şərti reflektor aktlardır. 3) Keçikən
ləngimə forması da mövcuddur. Şərti siqnalla şərtsiz siqnal
arasındakı vaxtı uzatdıqda şərti reaksiyanın baş verməsi ləngiyir. 4)
Mənfi və müsbət əhəmiyyətli qıcıqların fərqləndirilməsi zamanı
şərti siqnalla əmələ gələn refleks ləngiyə bilər. Buna fərqləndirici
ləngimə deyilir. Müsbət və mənfi siqnallar qarşılıqlı surətdə
fərqləndirici ləngiməni yarada bilər. Müsbət qıcıqlar mənfilərə
qarşı yaranan refleksləri və ya əksinə, mənfi siqnallar müsbət
siqnallara qarşı yaranan refleksləri söndürə bilər.
Oyanma və ləngimə mahiyyətcə dinamik proses olub, əksər
hallarda gözlənilmədən baş verir və yox olur. Bu xassənin əsasını
bir sıra qanunauyğunluqlar təşkil edir. Bunlara oyanmaların
yayılması və ya irradiasiya, cəmlənməsi və ya konsen- trasiya, bir-
birini gücləndirməsi və ya yenidən doğurması - induksiya hadisələri
aiddir. Oyanma ləngimə doğurursa və onu gücləndirirsə, bu mənfi
induksiya və müsbət induksiyadır. Hər iki sinir hadisəsinin
qarşılıqlı təsiri həm irradasiya və kon- sentrasiyanın, həm də
induksiyanın xassələri ilə əlaqədardır.
Şərti reflekslərin mühüm xassələrindən biri onların tədricən
ixtisaslaşmasıdır. Şərti reflekslərin ixtisaslaşması dəyişilən mühit
şəraitinə daha düzgün və adekvat cavabların verilməsini təmin edir.
Qıcıqların analizi vs sintezi. Ali heyvanlarda və insanda
qıcıqları təhliletmə bacarığı yüksəkdir. Bu orqanizmlərdə qıcıqların
analizi, bilavasitə, böyük yarımkürələrin qabığı və qabıqların
analizi, bilavasitə, böyük yarımkürələrin qabığı və qabıqaltı
törəmələrin iştirakı ilə gedir. Qıcıqların analizi resep- tor aparat
səviyyəsində başlansa da, özünün ən yüksək mərhələsinə sütun
törəmələri və beyin qabığında çatır. Eynilə sinir sistemi müxtəlif
qıcıqları əlaqələndirmək, müxtəlif qıcıqları əlaqələndirmək, onları
ümumiləşdirmək xassəsinə də malikdir. Bu qıcıqların analiz və
sintez hadisələridir. Analiz kimi sintez
454
downloaded from KitabYurdu.org
də reseptorlardan başlanıb, sütun törəmələri və beyin qıcığında
özünün ən yüksək mərhələsinə çatır.
İ.P.Pavlovun təliminə görə, analiz və sintez hadisələrinin
maddi əsasını analizatorlar təşkil edir. Hər analizator müvafiq xarici
və daxili mühit siqnallarını ayrı-ayrılıqda qəbul edib, onları analiz
və sintez edərək orqanizmin bu və ya digər səciyyəli uyğunlaşma
reaksiyalarını təmin edir.
Analiz və sintez hadisələri beyin funksiyasının iki ayrılmaz,
sıx və qarşılıqlı təsirə malik cəhəti olub, ali sinir fəaliyyətinin
əsasını təşkil edir.
Dinamik stereotip. Siqnalların mərkəzi sinir sisteminə
müəyyən nizamlı sistem halında təsiri öz növbəsində onun fəa-
liyyətində xüsusi sistemlik yaradır. Dinamik stereotip məhz bu
sistemliyi özündə əks etdirir.
İ.P.Pavlovun tərifinə görə, dinamik stereotip beyin qabığının
kompleks qıcıqlardan doğan kompleks fəaliyyəti kimi başa
düşülməlidir. Bu kompleksə daxil olan qıcıqlar ardıcıllığı və
müddəti bir-birinə təsir edir, onların hər birinin ayrılıqda doğurduğu
nəticə özündən əvvəl və sonrakı qıcığın effektindən asılıdır.
Dinamik stereotip çətin yaranır, əmələ gəldikdə isə uzun müddət
davam edir və orqanizmin qazandığı müəyyən vərdiş, uyğunlaşma
və davranış aktı kimi təzahür edir. Qazanılmış stereotiplər daimi
funksional hallar olmayıb, müəyyən şəraitdə güclü bioloji
tələbatların təsirindən dəyişilə və biri digərini əvəz edə bilər. İnsan
və ali heyvanların həyatında dinamik stereotipin olduqca böyük
əhəmiyyəti vardır. Belə ki, formalaşmış stereotiplər sayəsində beyin
daha asan işləyir və onun fəaliyyətində avtomatizm daha tez yaranır.
'
20.7.
Sinir sistemi tipləri
I.
P.Pavlov beyində baş verən oyanma və ləngimə
hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə
və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy
göstərmişdir. Bu bölgüdə sinir fəaliyyətinin bir neçə xüsu
455
downloaded from KitabYurdu.org
siyyəti əsas götürülmüşdür. Buraya birinci mərkəzi sinir sisteminin
qüvvəsi, ikinci - oyanma ilə ləgimənin müvazinəti (oyanma və
ləngimənin gücü arasındakı münasibət) və üçüncüsü sinir
hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.
Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabi-
liyyətinə görə müəyyən edilir. Bu qabiliyyəti İ.P.Pavlov hü-
dudxarici ləngimənin yaranması vaxtı ilə ölçürdü. Qüvvələr
münasibəti qanununa görə, şərti qıcığın qüvvəsi artdıqca onun
effekti də artır, lakin bu münasibət sabit deyildir.
Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün
artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni
hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır,
məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər.
Bu onu göstərir ki, heyvanın birində oyanma çox tez ləngiməyə
çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur.
İ.P.Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü
tiplərə bölür. Məsələn, nabələd həyətə girdiyiniz zaman bağlı itin
sizə hürməsini təsəvvürünüzə gətirin. Siz itə acıqlandıqda ola bilsin
ki, it bundan «qorxub» hürməyini dayandırsın. Bu onun zəif sinir
tipli olduğunu göstərir. Güclü sinir sistemi olan it sizə belə
münasibət
göstərməyəcəkdir,
acıqlanmağınıza
və
onu
qorxuzmağınıza qarşı o bir qədər də yüksəkdən hürəcəkdir. Deməli,
verdiyiniz qıcıqlar itdə ləngimə əmələ gətirməmişdir, əksinə, onu
daha da oyatmışdır. Bu halda iti yalnız sahibi susdura biləcəkdir.
Yəni, onun üçün yalnız sahibinin acıqlanması daha güclü qıcıq
olub, hüdudxarici ləngimə əmələ gətirəcəkdir. Belə itə şərti tip
deyilir, o güclü sinir sisteminə malikdir. Beyin fəaliyyətinin ikinci
səciyyəvi xüsusiyyəti oyanma və ləngimə qabiliyyəti eyni gücdə
olan heyvanlara aiddir. Bu növə daxil olan heyvanlara müvazinətli
tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən
biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir.
Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oynama və
ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin
dəyişməsi və əksinə, ləngimənin oyanmaya keçməsi baş verir.
Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır.
456
downloaded from KitabYurdu.org
Tədqiqatlar göstərir ki, sinir sisteminin bu tipi iki cür ola bilər:
1
)
mütəhərrik (cəld) tiplər - bunlarda bir hadisə digərinə çox tez keçir,
2
) durğun tiplər - bunlarda oyanma və ləngimə bir- birinə çox gec
və çətinliklə keçir. İ.P.Pavlov heyvanlarda (itlərdə) sinir tiplərini 4
yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip; bunlarda oyanma
ləngimədən üstündür;
2
) güclü və müva- zinətli tip, bu tipdə sinir
hadisələri çox mütəhərrik olur (diribaş tip); 3) güclü müvazinətli,
lakin qeyri-mütəhərrik - durğun tip (sakit tip); 4) zəif tip, bunlarda
oyanma və ləngimə çox zəif cərəyan edir.
Məhz patoloji pozğunluqlar (nevrozlar) yaratmaq çətin
olduğu halda, müvazinətsizlərdə bunu yaratmaq bir o qədər də
çətinlik törətmir.
Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini də-
yişdirmək və onları bir tipdən digərinə çevirmək mümkündür.
Məsələn, məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik
hiss olunan şagirdlərə icrası xeyli cəsarət tələb edən tapşırıqlar
verməklə onların sinir sistemini güclü edə bilər.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, onların
sinir sistemi tipləri insanların sinir sistemi tiplərinə uyğun gəlir.
Hippokrat tərəfindən insanda aşağıdakı sinir tipləri ayırd edilmişdir.
1.
Sanqvinik tip (diribaş tip). Bu, ən yaxşı tip hesab olunur.
Sanqviniklər güclü oyanma və güclü ləngimə qabiliyyəti,
müvazinəti və mütəhərrik sinir sistemi tipi olan adamlardır.
2.
Melanxolik tip (zəif tip). Bu tip adamlarda əsas oyanma və
ləngimə hadisələri zəif cərəyan edir, beyin qabığı fəaliyyətində
ləngimə üstündür.
3.
Xolerik tip (hövsələsiz tip). Bu tipə aid olan adamların
oyanma və ləngimə prosesləri bir-birinə çətinliklə keçir, möhkəm
iradəli, ehtiraslarını boğa bilən adamlardır.
4.
Fleqmatik tip (sakit, durqun tip). Bu tip adamların sinir
sistemində çox vaxt oyanma və ləngimə hadisələri ağır cərəyan edir
və çətinliklə biri digəri ilə əvəz olunur.
457
downloaded from KitabYurdu.org
20.8.
Ali sinir sisteminin pozğunluqları
Sinir sisteminin bir çox xəstəliklərinin baş verməsi ali sinir
fəaliyyətinin və sinir proseslərinin normal xassələrinin funksional
pozulması ilə əlaqədardır. Bu pozğunluqların təbiətinin
aydınlaşdırılması oyanma və ləngimə proseslərinin gərginləşməsi
və ya toqquşması nəticəsində əmələ gələn eksperimental nevrozların
öyrənilməsi zamanı mümkün olmuşdur.
Oyanma prosesinin gərginliyi 1924-cü ildə Leninqradda
Eksperimental Tibb İnstitutunda saxlanan itlərdə subasma zamanı
həddən artıq qüvvətli qıcığın təsirindən əyani şəkildə müşahidə
edilmişdir. Hətta şərti reflekslərin bərpasından sonra onlar güclü
qıcıqlandırıçılara qarşı normal reaksiya verə bilməmişlər.
Tibbi praktikada ağır işgənçələr, xüsusilə yorğunluq və ya
xəstəliklər sinir sisteminin zəifləməsi nəticəsində əmələ gələn
nevrozlara rast gəlinir. Buna görə nevrotik vəziyyətin əsas sə-
bəblərindən biri insanın gözləmədiyi hadisələr, aldadıcı ümidlər,
qəmginlik zamanı həyat tərzinin məcburi köklü dəyişilməsi olur.
Oyanma və ləngimə proseslərinin qarşılaşması bir-birini əks
qıcıqlandırıcıların həddən artıq tez-tez əvəz edilməsi və ya eyni
vaxtda təsirilə baş verir. I.P.Pavlovun laboratoriyasında bu yolla
müdafiə reaksiyasını törədən ağrı qıcığına qarşı şərti qida refleksinin
yaradılması zamanı ilk eksperimental nevroz alınmışdır.
Ali sinir fəaliyyətinin nevrotik pozğunluğu müxtəlif for-
malarda özünü göstərir. Sinir sisteminin zəif və davamsız tipində
nevrotik pozulmanı daha asan əmələ gətirmək olur. Belə ki, birinci
halda daha çox oyanma prosesi, ikinci halda isə ləngimə prosesi
zərər çəkir. Ali sinir fəaliyyətinin tiplərinin spesifik xüsusiyyətlərilə
əlaqədar insanda nevrotik pozulmanın şəklini və izahını almaq olar.
Eksperimental nevrozlar zamanı əsasən vegetativ funksiyalar
pozulur ki, bu da beyin qabığı ilə daxili orqanlar ara
Dostları ilə paylaş: |