Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə33/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

347 

downloaded from KitabYurdu.org



turşularının əsas mənbəyi, heyvan mənşəli qida maddələri (ət, balıq 

və  yumurta)  hesab  edilir.  Bu  qida  maddələrinin  tərkibində 

orqanizmi zülallarla təmin edə biləcək miqdarda 

amin 

turşuları olur. 

Bir  sıra  bitki  mənşəli  qidaların  da  tərkibində  zülallar  olsa  da 

(məsələn,  paxla,  noxud,  lobya  və  s.)  lakin  orqanizmə  lazım  olan 

əvəz edilməyən amin turluşarı ilə təmin edəcək səviyyəyə çatmır. 

Ona görə də dietanı ancaq bitki mənşəli qidalar nəzərə alınmaqla 

tutmaq çətindir. 

Yağlar. Hər gün 100 qr yağ qəbul etmək lazımdır. İnsanın 

qəbul  etdiyi  dietada  xolisterindən  azad  olan  doymuş  yağ  turşula-

rının üstünlük təşkil etməsi sağlamlıq üçün qorxulu deyil. 

Karbohidratlar. Kaloriliyi az olsa da, dietdə olan enerjinin 

50%-ni təşkil edir. 



Hesablama.  Dietdə  birinci  yeri  zülallar  tutur.  Qalan  ka- 

lorini  dadı,  iqtisadi  imkanı  və  digər  amilləri  nəzərə  alınaraq 

bölürlər.  Məsələn,  orta  fiziki  fəallığı  olan  65  yaşında  olan  kişiyə 

gündə 2800 kkal enerji lazımdır. O hər gün qida ilə 65 qr (267 kkal) 

zülal,  yağ  50-60  qr  (825  kkal)  və  500  qr  (202  kkal)  karbohidrat 

qəbul etməlidir. Cədvəl 6-da qidada zülal, yağ və karbohidratm %-

lə miqdarı və kaloriliyi (100 qr görə) verilmişdir. 

Cədvəl 6 

100 qr qidada olan zülalın, yağın və karbohidratm 

 _____  %-lə miqdarı və kaloriliyi  ___  ________   

Məhsullar 

Zülallar 

Yağlar  Karbohidratla

r 

Kaloriliyi 

Apelsin 

0,9 

0,2 

11,2 

50 

Çörək 

90, 

306 

49,8 

268 

Kartof 

2,0 

0,1

 

19,1 



85 

Yağ 

0,6 

81,0 

0,4 

733 

Süd 

305 

309 

4,9 

69 

Yerkökü 

1,2 

0,3 

9,3 

45 

Ət 

17,5 

22,0 

1,0

 

268 



Toyuq 

21,6 

2,7 

1,0 

111

 

Şokolad 



5,5 

52,9 

18,0 

570 

Alma 

0,3 

0,4 

14,9 

r

 64 

Qidaya olan tələbat. Orqanizmin tələbatını (səhər, na- 

348 

downloaded from KitabYurdu.org



har, günorta, axşam) ödəmək üçün qida məhsullarının rasio- nunu 

tərtib etmək lazımdır. Belə ki, inkişafda olan gənc orqanizm yaşlı 

orqanizmlərdən fərqli olaraq külli miqdarda qidaya ehtiyac duyur. 

Bu ehtiyacı qida normasına uyğun hesablamaq üçün qəbul edilən 

qidanın  miqdarının  energetik  qiymətini,  yəni  qida  maddələrinin 

kalorik əmsalını hesablamaq lazımdır. 

Kalorik  və  ya  istilik  əmsalı  lq  maddənin  yanması  zamanı 

ayrılan istiliyə deyilir, lq zülal, yağ və karbohidrat yanması zamanı 

ayrılan istilik əmsalı aşağıdakı kimidir: 

1 q. zülal ....................... 17,17 kC. (4,1 kkal) 

1 q. yağ ........................  38,94 kC. (9,3 kkal) 

1 q. karbohidrat ............ 17,17 kC. (4,1 kkal) 

Qida maddələrinin kalorik əmsalı Bertlonun kalori- metrik 

bombasının köməyilə müəyyən edilir. 

Bunun üçün oksigenin böyük təzyiqi altında tədqiq olunan 

maddə suya salınmış kip bağlı boruda yandırılır və ayrılan istiliyin 

bombanı əhatə edən məlum həcm suyu qızdırmasına görə kalorik 

əmsal təyin edilir. 

Kalorimetrik  bombada  yağlar  və  karbohidratlarm  verdiyi 

istilik orqanizmdə bu maddələrin oksidləşməsi zamanı əmələ gələn 

istiliyə tamamilə uyğun gəlir. 

İnsanda  qida  norması  və  qidanın mənimsənilməsi.  Qida 

rasionunun  tərtibi  zamanı  qidalanmada  zülalın  norması  məsələsi 

mühüm nəzəri və təcrübi əhəmiyyətə malikdir. 

Müəyyən edilmişdir ki,  gündə 3000 kkal (12560 kC) sərf 

edən  yaşlı  adamın  orta  ağırlığı  fiziki  iş  zamanı  zülala  gündəlik 

ehtiyacı 118 qr, yağa 100 qr, karbohidrata 400-500 qr təşkil edir. 

Qidada  zülalın  miqdarını  azaltmaq  uzunmüddətli  xoşagəlməz 

halların baş verməsinə səbəb olur. 

Digər  tərəfdən  zülalın  azalması  infeksiyaya  qarşı  mü-

qaviməti zəiflədir. 

Yaşlı adam 80-100 q zülal qəbul etdikdə orqanizmin normal 

fizioloji  şəraitdə  yüngül  iş  zamanı  bütün  ehtiyacları  tamamilə 

ödənilir. 

Orta ağırlıqlı iş görənlərə 110 q, ağır fiziki əməkdə isə 130 

q zülal kifayət edir. 

349 

downloaded from KitabYurdu.org



Hüceyrənin qurulması üçün qida rasionunda yağın miqdarı 

70 q-dan az olmamalıdır. Bu tərkibə yağda həll olunan vitaminlər və 

lipoidlər  də  daxil  edilir.  Uşaqların  və  yeniyetmələrin  əsas  qida 

maddələrinə tələbatı 7-ci cədvəldə verilmişdir. 

Cədvəl 7 

Uşaq və yeniyetmələrin zülal, yağ və 

karbohidratlara gündəlik tələbatı (qramlarla' ____  

Yaş

 

Zülallar

 

Yağlar

 

Karbo-

 

hidratlar

 

Cəmisi

 

Heyvan

 

mənşəli

 

Cəmisi

 

Bitki

 

mənşəli

 

6 ay -1 yaş

 

25

 

20-25

 

25

 

-



 

113

 

1-1,5 yaş

 

48

 

36

 

48

 

-



 

160

 

1,5-2 yaş

 

53

 

40

 

53

 

5

 

192

 

3-4 yaş

 

63

 

44

 

63

 

8

 

233

 

5-6 yaş

 

72

 

47

 

72

 

11

 

252

 

7-10 yaş

 

80

 

48

 

80

 

15

 

234

 

11-14 yaş

 

96

 

58

 

96

 

18

 

382

 

14-17 



(oğlan)

 

106

 

64

 

106

 

20

 

422

 

14-17 (qız)

 

93

 

56

 

93

 

20

 

367

 

Göründüyü  kimi  uşaq  orqanizminin  qida  maddələrinə 



ehtiyacı yaşlılara nisbətən çoxdur. 

İnsan  orqanizminin  qidaya  olan  tələbatı  onun  həm  ene- 

rgetik, həm də plastik funksiyası ilə təyin olunur. 

Zülalın  qidada  çatışmazlığı  daxili  ehtiyatlar  vasitəsilə 

kompensasiya  olunsa  da,  bu  resurslar  daha  tez  istifadə  olunaraq, 

vacib fizioloji sistemlərin ağır pozğunluğu başlanır. Qidada zülalın 

çoxluğu  hipertoniya,  ürək  işemiyası,  ateroskleroz  xəstəliyinin 

inkişafına səbəb olur. 

Orqanizmə  daxil  olan  qidada  heyvan  və  bitki  mənşəli 

yağların  çatışmaması  yağda  həll  olan  vitaminlərin  mənimsə-

nilməsini  və  böyrəküstü  vəzilərdə  sterioidli  hormonların  sintez 

olunmasının  azalması  ilə  nəticələnə  bilər.  Yağlar  heyvan  or-

qanizmdə əlavə qida maddələri kimi xidmət göstərdiklərindən, onlar 

qarşılıqlı çevrilmə reaksiyaları vasitəsilə karbohid- ratlar və zülallar 

ilə sıx şəkildə əlaqədar olurlar. 

Heyvan orqanizminin karbohidratlara olan tələbatı ilk 



350 

downloaded from KitabYurdu.org



növbədə onların energetik dəyərləri ilə əlaqədardır. Karbohid- ratlar 

orqanizmi enerji ilə təmin edərək, yağların oksidləşmə proseslərini 

sürətləndirirlər. Karbohidratlar mukopolisaxa- ridlərin, o cümlədən 

də  qan  laxtalanmasının  azalmasına  yardım  edən  heparinin 

sintezində iştirak edirlər. Normadan artıq miqdarda şəkərin qəbulu 

mədəaltı vəzindən qana insulin ifraz olunmasına və qanda şəkərin 

artığının qaraciyərdə və əzələdə qlükogenə çevrilməsinə səbəb olur. 

Mineral  duzlar  heyvan  və  insan  orqanizminin  bir  çox 

toxumaları,  xüsusilə  də  yanmış  toxumalar,  bütün  toxuma  ma-

yelərində və fizioloji məhlullarda rast gəlinən Na

+

, K


+

 və Ca


+

, Zn, 


Mn, Fe və b. kationların sabitliynin qorunmasına səbəb olur. 

Heyvan  orqanizminin  qidanın  vitaminli  tərkibinə  tələbatı 

onların  orqanizmin  hüceyrələrində  baş  verən  həyati  proseslərin 

əsasları  olan  toxumalı  metobolizm  proseslərinin  təmin 

olunmasındakı rolunun bioloji vacibliyi ilə müəyyən olunur. 

Qidaya  olan  tələbat  nəzərə  alınaraq  heyvanın  qida  dav-

ranışını  təyin  edirlər.  Heyvanların  qida  davranışı  aclıq  hissini 

şərtləndirən  amil  kimi  çıxış  edən  sonuncu  qida  qəbulundan, 

orqanizmin  daxili  mühitində  baş  verən  müəyyən  dəyişikliklərdən 

asılı  olaraq geniş  şəkildə variasiya edir.  Qida maddələrinin qanın 

tərkibində toplanması maksimuma çatdıqda, heyvan qidalanmasını 

dayandırır. Adətən, qida davranışının bitməsi qida qəbulu zamanı 

və yaxud qida qəbulundan sonra mexaniki və kimyəvi qıcıqlanma 

nəticəsində baş verir. 

Ağız boşluğu ilə mədənin reseptorlarının qıcıqlanması aclıq 

hissinin və onun təmin olunmasının tənzimlənməsində əhəmiyyətli 

rol oynasa da, bu stimullar heyvanın  qəbul  etdiyi  qidanın ümumi 

miqdarına zəif təsir göstərirlər. Udulan qidanın həcmi qidanın mədə 

ilə bağırsağa daxil olmasından sonra inkişaf edən təsirlər, xüsusilə 

də  sorulma  məhsullarından  ibarət  olan  qanm  tərkibi  vasitəsilə 

tənzimlənir. 

Belə  ki,  D.Devis  ilə  başqalarının  təcrübələrində  ac  siço-

vulların  tox  heyvanların  qanlarını  qəbul  etdikdən  sonra  az  qi-

dalandığı müəyyən olunmuşdur. 



351 

downloaded from KitabYurdu.org



İnsanın rasional şəkildə qidalanmasının fizioloji əsasları. 

İnsan  orqanizminin  normal  həyat  fəaliyyəti  plastik  və  enerji 

materiallarda,  mineral  birləşmələrə  və  vitaminlərə  orqanizmin 

fizioloji tələbatlarım nəzərə alıb düzgün qida rasionu tutan zamanı 

mümkün ola bilər. 

Qida  maddələrinin  plastik  rolu  əsasən  zülallar  vasitəsilə 

təmin  olunur.  İnsanın  qida  rasionunda  hüceyrə  ilə  toxumaların 

dağılmış, köhnəlmiş strukturların lazım bərpa olunması üçün zəruri 

olan müəyyən miqdarda zülalların  orqanizmə mü- təmadi  şəkildə 

daxil olması nəzərə alınmalıdır. 

Zülallar  əsasən  süd,  süd  məhsulları,  balıq,  ət,  yumurta, 

qarğıdalı,  düyü  və  s.  tərkibində  olur.  Heyvan  mənşəli  qida 

maddələrində zülal daha çox olur. 

Heyvan  mənşəli  zülal  məhsulları,  bitki  mənşəli  zülallı 

məhsullar kimi qarşılıqlı şəkildə əvəz olunurlar. Belə ki, ət insanın 

sağlamlığına  heç  bir  ziyan  vurmadan  balıq  və  yaxud  yumurta  ilə 

əvəz oluna bilər. 

İnsanın qida rasionu tərtib olunan zaman yağın miqdarı orta 

hesabla 50-90 qram olur (kərə və bitki yağından başqa, ət piyi, balıq 

piyi,  pendir, süd, şirniyyat  məhsullarını da daxil etməklə  yanaşı). 

Bitki  yağı  insanın  qida  rasionuna  daxil  olan  yağın  ümumi 

miqdarının təqribən 1/3 hissəsini təşkil etməlidir. 

Əqli  və  yüngül  fiziki  əmək  ilə  məşğul  olan  sağlam,  yaşlı 

insanın qida rasionu 400-500 qram karbohidratlardan ibarət olsa da, 

bu  zaman  qənd  ilə  şirniyyatın  miqdarı  80-100  qramdan  artıq 

olmamalıdır. 

Enerjinin külli miqdarda sərf olunması, məsələn, ağır fiziki 

iş  və  yaxud  idman  müsabiqələri  zamanı  qida  rasionunda 

karbohidratların miqdarı 800-900 qrama qədər çoxalmalıdır. 

Kökəlməyə  meylli  insanlar  çovdar  unundan  hazırlanmış 

çörəyin  nisbətən  cüzi  kaloriliyini  nəzərə  alaraq  ondan  daha  çox 

istifadə edirlər. Sağlam yaşlı insanın qida rasionu adətən 150-200 

qram çovdar və 150-200 qram buğda çörəyindən ibarət olmalıdır. 

Qida rasionunda fizioloji baxımdan vacib birləşmələr 



352 

downloaded from KitabYurdu.org



olan  vitaminlər,  eləcə  də  energetik  dəyərlərə  malik  olmayan 

maddələr olan mineral duzlar iştirak etməlidirlər. 

Təzə-tər  meyvələr  vitaminlərin  əsas  mənbəyidirlər.  İnsan 

praktiki  olaraq  yalnız  meyvələrdən,  giləmeyvələrdən  və 

tərəvəzlərdən C vitamini, karotin, bəzən isə PP vitamini alır. İnsanın 

vitaminlərə olan gündəlik tələbatı C-70 mq, PP-15 mq,  A-1,5 mq 

təşkil edir. 

Təzə  göyərti  (yaşıl  soğan,  cəfəri,  şüyüd)  C  vitamini,  ka- 

rotindən ibarət olur. Şaftalı, banan (0,7 mq) və gavalı (0,5 mq) C 

vitamini ilə zəngin olur. Ona daha çox qara meyvəli quş armudunda 

(1000  mq),  qara  qarağatda  (300  mq),  çaytikanınla  (120  mq), 

çiyələkdə (51 mq), giləmeyvədə (47 maq), almalarda (50 mq), sitrus 

meyvələrində  (30-40  mq)  rast  gəlinir.  Karotin  qaratikanında  və 

qarameyvəli quş armudunda 

(8

 mq), itburnunda (5 mq), ərikdə (70 



mq) olur. 

Mineral  duzlara  külli  miqdarda  təzə  göyərtidə,  tərəvəzdə, 

bitki mənşəli müxtəlif qida məhsullarında rast gəlinir. Təzə tərəvəz 

Ca və P duzlarından ibarət olur. Mineral duzlar, o cümlədən də Ca 

və  Fe  duzları,  mədəni  bostan-tərəvəz  bitkilərinin  xüsusilə  də 

qarpızın  tərkibində  olur.  Mn,  Fe  və  Cu  duzlarına  isə  itburnu 

meyvələrində rast gəlmək mümkündür. 

İnsanın  qida  rasionunun  tərtib  olunması  zamanı  onun 

hüceyrənin pektin kimi xaric olan ballastlı maddələrə olan tələbatını 

da  (ballastlı  maddələr,  xüsusilə  yerkökündə,  çuğundurda,  yaşıl 

noxudda,  lobyada,  qara  gavalıda,  çörəkdə,  soğanda,  pomidorda, 

badımcanda) nəzərə almaq lazımdır. Bal- lastlı maddələr bağırsaq 

selikli  qişasının  sinir  uclarını  qıcıqlandıraraq,  onun  hərəkətli 

fəallığını  gücləndirərək,  həzm  şirələrinin  ifrazım  stimullaşdırırlar. 

Onlar  həm  də  xolestrin  ilə  zərərli  mübadilə  maddələrinin 

orqanizmdən  xaric  olunmasına,  bağırsağın  mikroflorasının 

normallaşmasına,  maddələr  mübadiləsinin  yaxşılaşmasına  da 

yardım edirlər. 

Beləliklə,  insanın  qida  rasionu  tərtib  olunan  zaman  enerji 

sərfinə  görə  4  qrupa  bölünmüş  sənət  adamlarının  enerjiyə  olan 

gündəlik tələbatı nəzərə alınaraq tutulmuş cədvəl nəzərə alınmalıdır 

və həmin enerjini hər iş növü nəzərə alınaraq 



353 

downloaded from KitabYurdu.org



(səhər  yeməyi  üçün  25%,  nahar  50%,  günorta  15%,  axşam 

10

%) 



yeyilən  qidanın  tərkibində  olan  zülalların,  yağların,  kar- 

bohidratların (mineral duz və vitaminlərin) miqdarına uyğun həmin 

enerjinin miqdarı hesablanmalıdır. Məsələn, cədvəldə 4- cü qrupa 

daxil olan ağır fiziki iş adamları üçün 12142-1591 kC (2900-4200 

kkal)  enerji  nəzərdə  tutulur.  Ona  görə  də  qida  ra-  sionunu  tərtib 

edərkən bu enerjiyə uyğun istifadə olunan zülal, yağ, karbohidrat 

mənşəli  qidalar  səhər,  nahar,  günorta  və  axşam  yeməyindəki 

miqdarı nəzərə alınaraq 4 yerə bölünməlidir. 



15.8.

 

Vitaminlər 

Vitaminlər  insan  və  heyvan  orqanizmində  normal  mü-

badiləni təmin etmək üçün zülal, yağ və karbohidratlardan sonra, 

əlavə  olaraq  minimal  miqdarda  qida  və  provitaminlərlə  bədənə 

daxil  olması  mütləq  lazımdır.  Orqanizmə  vitaminlərin  lazım 

olduğunu Rus alimi N.İ.Lunin 1880-ci ildə bir qrup siçovula süni, 

digərinə  isə  təbii  qida  verməklə  müəyyən  etdi.  O,  süni  qida  alan 

heyvanların  ölməsini  qidada  həyat  üçün  zəruri  olan  maddənin 

olmaması  ilə  izah  etdi.  Maddələrin  əsas  hissəsini  vitamində  olan 

amin  qrupu  təşkil  etdiyi  üçün  vitamin  (vita  -  həyat,  vitaminlər  - 

həyat amilləri) adını ilk dəfə 1912-ci ildə Polşa alimi Funk təklif 

etdi.  Sonralar  məlum  oldu  ki,  bəzi  vitaminlərin  tərkibində  amin 

qrupları  və  hətta  azot  da  yoxdur.  Olmasa  da  onlarda  vitamin  adı 

saxlanılmışdır. 

Hazırda  13-ə  qədər  vitamin  var  (daha  dəqiq  qrup  və  ya 

vitaminlər fəsiləsi). Hər bir fəsilə isə bir neçə vitamindən ibarətdir. 

Onları  vitaminlər  adlandırmaq  təklif  edilmişdir.  Vitaminləri  həll 

olmalarına görə iki qrupa bölürlər: 

1.

 

Suda həll olan vitaminlər, bura B qrupu vitaminləri və 



askorbin turşusu, P vitamini və ya rutin. 

2.

 



Yağda  həll  olan  vitaminlər,  bura  isə  A,  D,  F  və  K 

vitaminləri daxildir. Son illər bir sıra yağda həll olan vitamin 



354 

downloaded from KitabYurdu.org



lərin suda həll olan formalarını almaq mümkün olmuşdur. 

Vitaminlərin əksəriyyəti qida ilə daxil olsa da, ancaq biotin 

(H  vitamini)  və  vitamin  K  orqanizmin  tələbini  ödəyən  miqdarda 

orqanizmdə  sintez  olunur.  Bir  çox  suda  həll  olan  vitaminlər 

bağırsaq  mikroflorası  (bakteriyalar)  tərəfindən  sintez  olunur. 

Vitaminlər  zülallardan,  yağlardan  və  karbohid-  ratlardan  fərqli 

olaraq enerji mənbəyi və plastik material olmayıb, bir qayda olaraq 

hüceyrələr  və  toxumaların  qurulması  məqsədilə  istifadə 

olunmasalar  da,  onlar  maddələr  mübadiləsinin  tənzimlənməsində 

vacib  rol  oynayırlar.  Bu  vitaminlərdən  bir  çoxları  orqanizmdə 

gedən  səviyyəvi  mübadilə  reaksiyalarında  koferment  rolunu  ifa 

edirlər. Buna görə də, qidada vitaminlərin yoxluğu və yaxud kifayət 

qədər olmaması maddələr mübadiləsinin və heyvan orqanizminin 

bir sıra fizioloji funksiyalarının əhəmiyyətli şəkildə pozulması ilə 

nəticələnir. 

Vitaminləri az miqdarda olsa da bütün hüceyrələr de- ponirə 

edir.  Qaraciyər  A  vitaminini  orqanizmin  tələbini  5-10  ay  ödəyə 

biləcək  miqdarda  deponirə  edir.  Vitamin  D-yə  olan  gündəlik 

tələbatı  ödəmək  üçün  onun  qaraciyərdə  olan  miqdarı  2-4  ay 

orqanizmin tələbini ödəyə bilər. Suda həll olan B qrupu vitaminin 

(vitamin B

12

 başqa) orqanizmdə ehtiyatı olmur. Ona görə də qidada 



onun çatışmazlığı qorxulu xəstəliklərə səbəb olur. Qaraciyərdə olan 

vitamin  B

12

  miqdarı  bir  il  orqanizmin  təbəbatını  ödəməyə  çatır. 



Vitamin C qidada çatışmazlığı orqanizmdə bir neçə həftədən sonra 

öz təsirini göstərir. 

Bundan  başqa,  heyvanların  bağırsaqlarında  mövcud  olan 

bir  sıra  mikroorqanizmlər  B  qrupu  vitaminlərini  qeyri-  kafi 

miqdarda  hasil  edirlər.  Heyvanın  müxtəlif  qida  rasionu  adətən 

orqanizmin  vitaminlərə  olan  tələbatını  təmin  edir.  Vitamin 

çatışmazlığı  zamanı  isə  hipovitaminoz  adlanan  xəstəlik  meydana 

çıxır (nadir hallarda vitaminin tam yoxluğu - avita- minoz müşahidə 

olunur).  Hipovitaminozun  təzahürü  orqanizmin  qida  rasionunda 

iştirak etməyən konkret vitamindən asılıdır. 

Ən  nəhayət,  orqanizm  antibiotiklər  və  sulfanilamidli 

preparatlar kimi antibakterial vasitələrin uzun müddətli tətbi 



355 

downloaded from KitabYurdu.org



qi nəticəsində vitaminlərə qarşı çatışmazlığı hiss edə bilər. 

Bir  neçə  vitaminin  olmaması  nəticəsində  inkişaf  edən 

xəstəlik  poliavitaminoz  adlanır.  Lakin  belə  avitaminozun  tipik 

forması  çox  az  rast  gəlir.  Əksər  hallarda  hər  hansı  bir  vitaminin 

müəyyən  dərəcədə  çatışmaması  təsadüf  edilir.  Orqanizmin  bu 

vəziyyətinə hipovitaminoz deyilir. Bəzən qidanın tərkibində kifayət 

qədər  vitamin  olduğu  halda,  onun  sorulması  pozulur  və 

hipovitaminoz  baş  verir.  Bu  zaman  vitaminləri  parenterial  yolla 

(dərialtma, əzələ daxilinə, venaya) yeritmək lazımdır. Vitaminlərin 

həddindən  çox  mənimsənilməsi  isə  hipervitaminoz  adlı  xəstəlik 

törədə bilər. 

Vitamin  A  (retinol  (provitamin-  /3  -karotin),  retinol 

(provitamin-kriptoksantin),  retin  turşusu)  toxumalarda  retinol 

şəklində olur. Yaşlı insanın A vitamininə olan gündəlik tələbatı 

1

 



mq təşkil edir.Bitki qidası ilə provitaminlər daxil olur (qırmızı və 

sarı  karotinoidlər).  Vitamin  A-nın  əsas  funksiyası  görmə 

piqmentinin  əmələ  gəlməsində,  böyümə  və  inkişafı  təmin  edən 

epitel  və  sümük  toxumasının  normal  inkişafını  təmin  etməkdir. 

Çoxlu  hüceyrə  funksiyaları  üçün  modifikator  rolu  oynayan 

retinoidlərə qarşı çoxlu hüceyrələrdə reseptorları olur. 

A  vitamini  çoxalma  və  görmə  funksiyasına  spesifik  təsir 

göstərir. 

Əsasən  A  vitamini  karotinoidlərin  bitki  piqmentli  mad-

dələrindən əmələ gəlir. Heyvan orqanizmində V provitamini kimi 

bitki karotini karotinaz fermenti ilə hidroliz zamanı A vitamininə 

çevrilir. 

Karotinaza  heyvanların  qaraciyərində  də  aşkar 

olunmuşdur. 

A  vitamini  müxtəlif  qida  məhsullarında  daha  çox  balıq 

yağında, kərə yağında, yumurtalarda, qaraciyərdə, balıq kürüsündə, 

süddə  olur.  Bitki  karotininə  yerkökündə,  göbələklərdə,  ərikdə, 

qırmızı bibərdə rast gəlinir. 

A vitaminin onurğalı heyvanlarda görmə piqmentin sintezi 

zamanı  iştirak  edirlər.  Onurğalı  heyvanların  gözündə  görmə 

piqmentinin  formaları  radopsin  və  iodoropsin  mövcuddurlar.  A 

vitamininin  çatışmaması  toyuq  korğulu  xəstəliyinin  inkişafına, 

gözün buynuz təbəqəsinin zədələnməsinə səbəb 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin