Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

356 

downloaded from KitabYurdu.org



olur: A avitaminoz xəstəliyinin ağır formalarının təzahürü zamanı 

skeletin  inkişafında  ləngimə  və  dərinin  bəzi  zədələnmələ-  ri 

müşahidə  olunur.  Avitaminoz  zamanı  görmə  zəifliyi,  kserof- 

talmiya, keratomolyasiya meydana çıxır. 

Sutkalıq tələbat (dozanı ME ilə təyin edirlər: ME=0,3 Mkq) 

yaşlılar üçün - 1,5 mqr (5000 ME), hamilə qadınlar üçün - 2 mqr 

(6600 ME), süd verən analar üçün - 2,5 mqr (8250 ME), 1 yaşında 

uşaqlar üçün - 0,5 mqr (1650 ME), 1-6 yaş - 1 mqr (3300 ME), 7 

yaşından yuxarı - 1,5 mq (5000 ME) təşkil edir. 

Vitamin  Bı  (tiamin)  tiaminfosfat  formasında  metobo- 

lizmdə  iştirak  edir.  Mədə-bağırsaq  traktında  sorulduqdan  sonra 

tiamin  tiaminfosfata  fosforlaşır.  Bı  vitamini  karbohidrat-  lar 

sayəsində,  kofermentlərin  kokarboksilaza  və  dehidrazanm 

sintezində, üzüm turşusunun dekarboksilləşməsində iştirak edirlər. 

Tiamin  bitki  və  heyvan  toxumalarında  geniş  yayılaraq,  həm 

aeroblu,  həm  də  anaeroblu  hüceyrələr  üçün  zəruri  olur.  Yaşlı 

insanda tiaminin gündəlik tələbatı 2-3 mq təşkil edir. Bı vitamini 

pivə  mayasında,  yunan  fındıqlarında,  yumurtalarda  (yumurta 

sarısında), çovdar ununda, qarğıdalıda rast gəlinir. 

Bı  avitaminozu  zamanı  amin  turşularının  mübadiləsi, 

karbohidratlarm  yenidən  sintezi,  eləcə  də  sinir  sistemində  ase- 

tilxolinin  əmələ  gəlməsi  pozulur.  Avitaminozlu  heyvanların 

qanında  karbohidratlarm  parçalanmasının  pentozafosfatlı  aralıq 

məhsullarının əhəmiyyətli miqdarı aşkar olunur. Qanda pirivat və 

laktatların miqdarı artır. 

Orqanizmdə  tiaminin  çatışmaması  zamanı  maddələr 

mübadiləsinin pozulması kəskin polinervit xəstəliyinin inkişafı ilə 

nəticələnir. Nəticədə heyvanın hərəkətində pozğunluqlar gəzməklə 

müxtəlif pozğunluqlar meydana çıxarır. 



Vitamin  B

2

  (riboflavin)  toxumalarda  ATF-lə  birləşir, 

flavinmononukleotid  və  flavinadenin  nukletotidə  çevrilir.  Ko- 

fermenti  dehidrogenez  və  oqksidoz  oksidləşdirici-bərpaedici 

proseslərdə  iştirak  edir.  Riboflavin  görmə  funksiyası  və  he- 

moqlabinin sintezini həyata keçirməsi üçün lazımdır. 

B

2

 vitamini quruluşuna görə toxuma piqmenti flavinə 



357 

downloaded from KitabYurdu.org



yaxın olur. Riboflavin toxuma flävininin 5 atomlu spirt ribitol ilə 

birləşməsidir.  B

2

  vitamini  orqanizmin  toxumalarında  baş  verən 



oksidləşmə-bərpaedici  proseslərində  iştirak  edən  bir  sıra 

kofermentli sistemlərə daxil olur (tənəffüs fermenti, oksidaza və b.). 

Riboflavin  bir  çox  mikroorqanizmlər,  bakteriyalar,  mayalar,  ali 

heyvanların  orqanizmində  mövcud  olan  mikroorqanizmlər 

vasitəsilə sintez edilir. 

B

2



  vitamininə  mayalarda,  dənli  bitkilərdə,  pomidor 

pastasında,  kələmdə,  yumurtalarda,  qaraciyərdə,  beyində  rast 

gəlinir. Qidada B

2

 vitamininin çatışmaması zamanı dərinin, gözün 



buynuz  təbəqəsinin  zədələnməsi  müşahidə  olunaraq,  cavan 

heyvanlarda  artım  dayanır.  Yaşlı  insanda  B

2

  vitamininə  olan 



gündəlik tələbat 

1,8


 mq-dir. 

Vitamin  E  (a  -taxoferol, 

7

-tokoferol)  doymamış  yağ 



turşularının  oksidləşməsinin  qarşısını  alır.  Hema  və  zülalların 

sintezində və toxuma tənəffüsündə iştirak edir. Gündəlik tələbat - 

15  ME.  Bitki  yağı,  tərəvəzin  yaşıl  yarpaqları,  yumurtada  olur. 

Avitaminoz  zamanı  skelet  əzələlərinin  distrofiyalaşır,  cinsi 

fəaliyyət zəifləyir, mitoxondirinin lizosom və hüceyrə membranın 

funksiyası pozulur. Dölün ölümünə səbəb olur. E vitamini çoxalma 

funksiyasının təmin olunmasında vacib rol oynayır. Onun yoxluğu 

zamanı  xayada  spermotozoidlərin  normal  inkişafı  pozularaq, 

onların hərəkətinin itməsi, embrio- nun sorulması müşahidə olunur. 

E vitamini bütün onurğalı heyvanlar üçün zəruridir. 



Vitamin 

B3 

(pantoten  turşusu)  -  mübadilə  prosesinə 

koenizm  A  formasında  daxil  olur,  yağlar  və  karbohidratlarm 

mübadiləsində  iştirak  edir.  Bütün  qidaların  tərkibində  pantoten 

turşusu olduğu və həm də orqanizmdə sintez oluna bildiyinə görə 

insan orqanizmində onun çatışmazlığına az təsadüf edilmir. Dənli 

və  paxlalı  bitkilərdə,  kartofda,  qaraciyərdə,  yumurtada,  balıqda 

olur. 


Sutkalıq  tələbat  -  10  mq-dır.  O,  yağ  turşuları,  steroid 

hormonlar  və  s.  sintezində  iştirak  edir.  Təsadüfən  çatışmazlığı 

olanda tez yorulma, halsızlıq, huşsuzluq, dermatit nevritlər, selikli 

qişalarda zədələnməyə təsadüf edir. 



358 

downloaded from KitabYurdu.org



Pantoten  turşusu  həşəratların  bağırsaqlarında  mikro- 

orqanizmlərin  varlığından  asılı  olmayaraq  bütün  həşəratlar  üçün 

zəruridir.  Göyşəyən  heyvanlarda  pantoten  turşusu  külli  miqdarda 

birinci  mədə  mikroorqanizmləri,  dovşanlarda  kor  bağırsaq 

bakteriyaları, insanda isə yoğun bağırsağın mikroflo- rası tərəfindən 

sintez  olunur.  Yaşlı  insanın  pantoten  turşusuna  olan  gündəlik 

tələbatı  10  mq  təşkil  edir.  Onun  çatışmaması  zamanı  artımda 

yubanma,  bədən  kütləsinin  azalması,  saçların  ağarması,  anemiya 

əlamətləri müşahidə olunur. 

Vitamin Be (pridoksin) - suda həll olan vitamindir. Bitki və 

heyvan mənşəli qidalarda (mal əti, qaraciyər, donuz əti, qoyun əti, 

balıq ətində (bağırsaq mikroflorası sintez edir) olur. 

Pridoksin  çatışmaması  hemoqlobinin  normal  bioloji 

sintezinin  pozulması  ilə  nəticələnə  bilər.  Müxtəlif  heyvanların 

qidalarında B

Ö

 vitamininin çatışmaması dermatit ilə nəticələnir. Bir 



çox  heyvanların  qidasında  B

Ö

  vitamininin  yoxluğu  və  yaxud 



kifayət  qədər  olmaması  anemiya  üçün  xarakterik  olan  qan 

tərkibinin dəyişilməsində təzahür edir. Yaşlı insanda B

Ö 

vitamininə 



olan gündəlik tələbat 2-4 mq təşkil edir. 

Vitamin B

9

 (folturşusu) bağırsaq bakteriyaları sintez edir. 

Əsasən  heyvan  (qaraciyər,  böyrəklər,  mal  əti,  yumurta)  və  bitki 

(buğda, arpa, yerkökü, pomidor, kələm, turşəng) mənşəli qidalarda 

olur.  Qanın  yaranmasını  stimul  və  tənzim  edir.  Hüceyrələrin 

çoxalmasında iştirak edir. Vitamin 

B9 

olan gündəlik tələbat 400 mq-



dır. 

Vitamin  Bn  (stankobalamin)  pibonukleotidlər  üçün  ke- 

onzim kimi təsir edir. Boy və eritrositlərin yaranmasına təsir edir. 

Vitamin  Bi

2

  fəal  kaferment  formaları  -  metilkobalamin  və 



dezoksiadenozinoko-balamindir.  Əsas  funksiyası  hərəkətli  metil 

qrupları  və  hidrogeni  daşımaqdır.  Vitamin  B

12

  çatışmazlığı 



anemiya  və  onurğa  beyninin  arxa  və  yan  sütunda  nəqledici 

yollarının  mielinləşməsində  pozğunluğa  səbəb  olur.  Gündəlik 

tələbat 2-5 mkq. 

Orqanizmdə  B

12

  vitamininin  çatışmaması  qida  məhsul-



larında  onun  yoxluğu  ilə  deyil,  onun  aşağı  səviyyədə  mənim-

sənilməsi, onun mədə-bağırsaq traktına daxil olmasının po- 



359 

downloaded from KitabYurdu.org



zulması  ilə  əlaqədardır.  B

12

  vitaminin  mənimsənilməsi  üçün 



mədənin bəzi hüceyrələri ilə ifraz olunan kastla amili kimi xüsusi 

maddə  zəruridir.  Külli  miqdarda  B

12

  vitamini  heyvanların 



qaraciyər, böyrək kimi bəzi orqanlarında aşkar olunur. 

Vitamin C (askorbin turşusu)-suda həll olan vitamindir. Bitki 

mənşəli  qida  maddələrində  (limon,  bibər,  şüyüd,  portağal,  qara 

qarağat,  göy  soğan,  pomidor  pastası,  kartof,  kələm,  itburnu 

meyvəsi) 

olur. 

Hüceyrədaxili 



oksidləşmə-bərpa- 

edici 


proseslərində  iştirak  edir.  Kallogenin,  hialuron  turşusu, 

kortikosteroidlərin  sintezində,  triozin,  fenilalanin  və  foli  tur-

şusunun  mübadiləsi  üçün  lazımdır.  Vitamin  C  gündəlik  tələbat 

yaşlılar üçün - 70 mq, uşaqlar üçün: 6 aylıq - 1 yaşa qədər - 20 mq, 

1-1,5 yaş - 35 mq, 1,5-2 yaş - 40 mq, 3-4 yaş - 45 mq, 510 yaş - 50 

mq,  11-13  yaş  -  60  mq  olur.  Avitaminozu  zamanı  əmələ  gələn 

xəstəliklər  qanaxma,  damarların  sürüşməsi,  dişlərin  tökülməsi, 

dəridə  kiçik  qansızmalar,  diş  dibindən  qan  axma  (sinqa)  və  s. 

xəstəliklər meydana çıxır. 

Onurğalı  heyvanların  bir  çoxu  askorbin  turşusunu  külli 

miqdarda sintez etsələr də, dəniz donuzu, meymun və insan qida ilə 

askorbin turşusunu almalıdır. 



Vitamin  D  (xolekalsiferol-D3,  erqokalsiferol-02)  yağda 

həll olan vitamindir. Sümük və dişlərin sintezi üçün lazımdır. Bioloji 

cəhətdən  az  fəal  olan  bitki  (erqosterol,  provitamin  D

2

)  və  heyvan 



(provitamin D

3

) mənşəli provitaminlər ultrabənöv- - şəyi şüaların təsiri 



ilə dəridə, sonra qaraciyərdə, sonra böyrəklərdə bioloji fəal formaya - 

kalsiyə  (1.25-(OH)2-D3)  çevrilir.  Vitamin  D

3

 

reseptorları 



transkripsiyanm  nüvə  amilidir.  Heyvan  orqanizminin  toxumalarında 

(əsasən  dəridə)  D  vitamini  ultrabənövşəyi  şüaların  təsiri  altında  7-

dehidroxolesterindən  sintez  edildiyindən  onun  sintezi  üçün  optimal 

şərait yay mövsümündə yaranır. Onurğasız heyvanlarda D vitamininə 

olan tələbat aşkar olunmur. Külli miqdarda D vitamininə əsasən balıq 

yağında  və  yumurta  sarısında,  quşların  və  balıqların  qaraciyərində, 

balığın kürüsündə rast gəlmək mümkündür. 

Uşaqlarda D vitamininin çatışmaması zamanı kalsiu- 



360 

downloaded from KitabYurdu.org



mun həcmindəki kəskin dəyişikliklər və sümükdə kalsium duzunun 

çatışmaması  ilə  müşayiət  olunan  raxit  xəstəliyi  inkişaf  edir. 

Südəmər uşaqlarda D vitamininə olan gündəlik tələbat 10-25 mq 

təşkil  edir.  Yaşlı  insanda  D  vitamininin  çatışmaması  zamanı 

osteomalyasiya,  yəni  orqanizmdə  kalsiumun  mübadiləsinin 

pozulmasının nəticəsi kimi sümüklərin yumşalması başlanır. 



Vitamin  K  (filloxinon).  K  vitamininə  qida  məhsullarında 

rast gəlinir. Daha çox turşəng, kələm, pomidor, qaraciyərdə olur. 

Heyvanın orqanizmində yoğun bağırsaq bakte- riyaları sintez edir. 

K vitamininin çatışmaması zamanı qanın laxtalanması pozularaq, 

protrombinin qanda iştirakı zəifləyir. Protrombin sintezində iştirak 

edir, qanın normal laxtalanma- sına təsir edir. 

K vitaminin fəaliyyəti qaraciyərin funksiyası ilə sıx şəkildə 

əlaqədardır.  Qaraciyərdə  qanın  laxtalanmasmı  müşayiət  edən 

proseslərdə  iştirak  edən  maddələr  sintez  olunur.  Bitki 

məhsullarında  daha  çox  K  vitamini  olur.  Avitaminoz  qidada  K 

vitamininin  çatışmaması  nəticəsində  deyil,  onun  mədə-bağırsaq 

traktında  sorulması  prosesinin  pozulması  zamanı  baş  verir. 

Avitaminoz  zamanı  laxtalanma  müddəti  artır,  mədə-  bağırsaq 

qanaxması, dərialtı qanaxma baş verir. 



H  vitamini  (biotin).  H  vitamini  və  trikarbon  turşularının 

karboksidləşməsi proseslərində iştirak edən bir sıra fer- mentlərin 

tərkibinə  daxil  olur.  Heyvanlarda  biotin  bağırsaq  traktının 

bakteriyaları  ilə  sintez  edilir.  Lakin  bəzi  hallarda,  məsələn,  çiy 

yumurta  zülalının  qəbul  olunması  zamanı  qidanın  ayrı-ayrı 

komponentlərinin biotin ilə birləşməsi və bununla da biotinin həyat 

üçün zəruri vacib proseslərindən istisna olunması baş verir. Digər 

hallarda  H  vitamininin  çatışmaması  sul-  fanilamidli  preparatların 

qəbul  olunması  zamanı  bağırsaq  bakteriyalarınm  həyat 

fəaliyyətinin  pozulması  nəticəsində  inkişaf  edir.  Toyuqlarda 

biotinin çatışmaması rüşeymlərin tələf olması və cücələrdə skeletin 

patoloji dəyişikliklərə məruz qalmasına səbəb olur. 

Yaşlı insanda H vitamininin gündəlik tələbatı 10 mq və 

361 

downloaded from KitabYurdu.org



ya  120  Mkq  təşkil  edir.  H  vitamininin  çatışmaması  zamanı  or-

qanizmdə  dərinin  müxtəlif  cür  zədələnməsi,  zəiflik,  yuxulu  və-

ziyyət meydana çıxaraq, iştaha pozulur. 

Biotin  noxud,  soya,  buğda,  göbələk,  yumurta  sarısı, 

qaraciyər, böyrək, ürək, gül kələm və s. olur. 

PP vitamini (nikotin turşusu-nikotinoamid). Suda həll olan 

vitamindir.  PP  vitamini  karbohidratlarm  mübadiləsində  vacib  rol 

oynayan  kodehidrogenaz  kofementlərinin  tərkib  hissəsini  əmələ 

gətirir.  Nikotin  turşusu  triptofandan  bakteriyalar  və  bir  çox 

bitkilərin  toxumaları  vasitəsilə  sintez  edir.  PP  vitamininin 

çatışmaması zamanı dermatit (dəri örtüklərində ilti- habi proses), 

diareya  (qarm  pozulması)  və  demensiya  (psixi  pozğunluq)  kimi 

xəstəliklər inkişaf etmiş olurlar. 

NAD  (nikotinoamiddinukleotid)  və  NADF  (nikotino- 

amiddinukleotid fosfot) formasında kofermentidir. NAD və NADF 

hidrogen və elektronların akseptorları olub, oksidləş- mə və bərpa 

proseslərində iştirak edir. Hüceyrə tənəffüsündə iştirak edir. Ət və 

balıq  məhsullarında,  xüsusilə  mal  əti,  böyrək,  ürək,  qızılbalıq, 

siyənəkdə çox olur. 

İnsan  orqanizminin  PP  vitamininə  olan  gündəlik  tələbatı 

yaşlılarda 12-18 mq, uşaqlar üçün: 

6

 aydan - lilə qədər - 



6

 mq, 1-1,5 

ilə - 9 mq, 1,5-2 ilə - 10 mq, 3-4 ilə - 12 mq, 5-6 yaşa qədər - 13 

mq, 7-10 yaşa qədər - 15 mq, 11-13 yaşa qədər - 19 mq qədər olur. 



Foli  turşusu  (foli  turşusu,  folisint  poliqlutamil  folasin). 

Qaraciyərdə  foli  turşusu  fəal  formaya  keçir  -  foli  və  ya  tetra- 

hidrofoli  turşusu  və  purin,  primidinlərin  sintezində  və  bəzi  amin 

turşuların  çevrilməsində  iştirak  edir.  Histidin  mübadiləsində, 

meteonii  sintezində,  xolin  mübadiləsində  iştirak  edir.  Gündəlik 

tələbat 01-2 mq-dir. Folatların hamiləliyin birinci üç ayında qəbul 

edilməsi dölün inkişafının normal getməsi üçün çox lazımdır. 

Antivitaminlər.  Antivitamin  dedikdə  vitaminlərin  bioloji 

effektini  dayandıran  kimyəvi  maddələr  başa  düşülür.  Antivi- 

taminlərin çoxu vitaminlərə oxşayan kimyəvi struktura malik olur 

(məsələn, piridoksin və onun konkret antaqonisti- 



362 

downloaded from KitabYurdu.org



dezoksipiridoksin). Antivitaminlərə həmçinin vitaminlərin struktur 

antoqonistləri  olmayan  bir  sıra  birləşmələr  (məsələn,  vitaminləri 

parçalayan fermentlər) daxildir. 

15.9.

 

Su və mineral maddələr mübadiləsi 

İnsan  və  heyvan  orqanizmlərində  ritmik  davam  edən 

fizioloji və biokimyəvi proseslərin normal halda baş verməsi üçün, 

gündəlik  tələbata  uyğun  qəbul  edilən  üzvi  maddələrlə  bərabər 

(zülallar, yağlar, karbohidratlar, fermentlər, vitaminlər, hormonlar) 

su  və  mineral  maddələr  də  mütləq  lazımdır.  Su  və  mineral 

maddələrin  hüceyrə  üçün  qida  və  enerji  əhəmiyyəti  olmasa  da, 

orqanizm  üçün  aşağıda  göstərilən  çox  mühüm  vəzifələri  yerinə 

yetirirlər: 1. Qanda oksigen və CO

2

 daşınmasında iştirak edirlər. 2. 



Osmos təzyiqinin tənzimində iştirak edirlər. 

3.

 



Hüceyrə  sitoplazmasmm,  qanın  plazmasının,  qan  cisimcik- 

lərinin, limfa və hüceyrəarası mayenin əsas tərkib hissələridir. 

4.

 

Qanın  laxtalanmasmda  turşu-qələvi  müvazinətində  yaxından 



iştirak  edirlər.  5.  Bədən  temperaturunun  fiziki  və  kimyəvi 

proseslərin neyro-humal tənzimində yaxından iştirak edirlər. 

6.

 

Beləliklə,  homeostazın  sabit  saxlanması  onların  hüceyrələr, 



toxumalar və tam orqanizmdə olan normal miqdarından asılı olur. 

Cədvəl 


8

-də  orqanizmin  gündəlik  tələbatına  uyğun  mi-

neralların miqdarı haqqında məlumat verilmişdir. 

363 

downloaded from KitabYurdu.org



Cədvəl 8 

Minerallara gündəlik tələbat 

Minerallar

 

Miqdarı

 

Natrium

 

3,0 qr

 

Kalsium

 

1,2 qr

 

Kalium

 

1,0 qr

 

Xlor

 

3,5 qr

 

Dəmir

 

18,0 mqr

 

Sink

 

15 mqr

 

Maqnezium

 

400 mqr

 

Yod

 

150,0 mkqr

 

Kobalt

 

məlum deyil

 

Mis

 

məlum deyil

 

Marqans

 

məlum deyil

 

 

 



Cədvəldə göstərilən Na, K, S, Cl, Mg, Fe, Y və s. miqdarı 

çox, Mn, F, Cu, CO, Bk, Zn, Ag, Al və s. orqanizmdə cüzi miqdarda 

olduqlarına görə onlara «mikroelementlər» deyilir. 

Mikroelementlər toxumalara daha az keçir. Buna görə də uzun 

müddət elə zənn edirlər ki, mikroelementlər su, qida, hava və s. vasitəsilə 

orqanizmə təsadüfən düşür və həyat  fəaliyyətində əsas rol oynamırlar. 

Lakin  daha  dəqiq  tədqiqatlar  göstərir  ki,  gündəlik  qidadan  onları 

tamamilə çıxardıqda bir sıra xəstəliklər və mübadilə pozğunluqları baş 

verir. Mis və ya 

kobalt duzları orqanizmə kifayət qədər daxil olmadıqda 



qa- nazlığmın müəyyən formaları meydana çıxır. 

Su və onun orqanizmdə rolu. Təkamül prosesində ilk tək 

və  çox  hüceyrəli  orqanizmlərin  maye  mühitində  əmələ  gəldiyi 

dövrdə və indi də su mühitində yaşayan canlıların əksəriyyətində 

su  onlar  üçün  maye  xarici  mühiti  təşkil  etdiyi  halda,  quruda 

yaşayan heyvanlar və insanda su - maye daxili mühiti (qan, limfa 

və hüceyrəarası maye) təşkil edir. Bütün  canlılar aclığa nə qədər 

çox  dözümlü  olsalar  da,  susuz  bir  neçə  gün  belə  yaşaya  bilməz. 

Məsələn,  insan  40-50  gün  ac  qala  bildiyi  halda,  susuz  isə  bir 

həftədən artıq yaşaya bilmir. 

İnsan gün ərzində təxminən 2-2,5 litr su qəbul edir. Su 



364 

downloaded from KitabYurdu.org



bədəndən  əsasən  sidik-ifrazat  sistemi  vasitəsilə  (1-1,5  l),  dəri 

vasitəsilə (0,5-0,

6

, bəzən 21 və daha çox), ağciyərlərlə yəni tənəffüs 



havası ilə (0,3-0

,8

 l), düz bağırsaqla (nəcislə 100-150 ml) su xaric 



olur.  Suya  olan  gündəlik  tələbat  içilən  (1.5  l)  və  qəbul  olunan 

qidaların tərkibində olan su ilə (0,9-1 l) bərpa olunur. 

Su - canlı orqanizmlərin vacib tərkib hissəsi olub və heyvan 

orqanizminin kütləsinin əhəmiyyətli hissəsini təşkil edir. Məsələn, 

dəniz  ulduzunun  bədənində  suyun  miqdarı  99,9%-ə,  bir  çox 

heyvanlarda  isə  50-80%-ə  bərabərdir.  Yaşlı  kişilərin  bədən 

çəkisinin  65%-ni,  qadınların  isə  51%-ni  su  təşkil  edir.  Yeni 

doğulmuş  uşaqlarda  su  bədən  çəkisinin  75%-ni  təşkil  edir.  İnsan 

əzələsində su 75%, sümüklərində 20-40%, qanda 82%, qaraciyərdə 

75%, beyin toxumasında 70-85%-ni su təşkil edir. 

Na duzları orqanizmdə suyun saxlanmasına yardım edərək 

K və Ca duzları onun orqanizmdən ifraz olunmasına səbəb olur. 

Suyun və duzların xaric edilməsində iştirak edən böyrək və 

tər vəzilərin fəaliyyəti sinir və humoral tənzimlər vasitəsilə həyata 

keçirilir.  Ara  beynində  hipotalamusun  osmoresep-  tor  sinir 

hüceyrələri su-duz mübadiləsinin tənzimində iştirak edir. 

Su-duz mübadiləsini tənzim edən sinir mərkəzi ara beyində 

- hipotalamusda yerləşir. 

Su-duz  mübadiləsinin  tənzimində  hipofizin  arxa  payının 

hormonu  -  vazopressinin  və  böyrəküstü  vəzin  qabıq  maddəsinin 

hormonu  -  mineralokortikoidlərin  böyük  əhəmiyyəti  var. 

Vazopressin (antidiuretik hormon) böyrək kanal- cıqlarında suyun 

geriyə sorulmasım artırır və bununla da diu- rezi azaldır. Hipofizin 

ön  payının  hormonu  sidik  ifrazına  əks  istiqamətdə  təsir  edir. 

Böyrəküstü 

vəzin 


qabıq 

maddəsinin 

hormonu 

mineralokortikoidlərdən  aldosteron  böyrək  ka-  nalcıqların  da 

natriumun sorulmasım artırır, əksinə kaliumun sorulmasım azaldır, 

suyu orqanizmdə toplayır. 



Natrium  mübadiləsi  (Na*)  -  Turşu-qələvi  reaksiyanı  və 

osmotik təzyiqi müəyyən edən natrium kationu hüceyrə mem- 



365 

downloaded from KitabYurdu.org



branından müxtəlif maddələrin daşınmasında iştirak edir. Fəaliyyət 

potensialının  formalaşma  və  nəql  olunmasını  müəyyən  edir. 

Natriumun  çox  istifadə  edilməsi  suyun  orqanizmdə  saxlanmasına 

səbəb olur və sirkulyasiya olunan qanın həcmini və arterial təzyiqi 

yüksəldir.  Normal  və  sağlam  orta  yaşlı  adamın  natriuma  olan 

gündəlik tələbatını qida ilə gündə əlavə 

12

12,5 qr xörək duzu qəbul 



etməklə ödəmək olar. Natriuma olan tələbat gündə 4-6 qr təşkil edir. 

Osmotik  təzyiqin  yaradılmasında  natrium  xlorid  əsas  rol  oynayır. 

NaCl-orqanizmdən  tər  və  sidiklə  xaric  olurlar.  Mineral  maddələr 

orqanizmin funksional sistemlərinə müxtəlif təsir göstərirlər. Na

+

 və 


K

+

  ionları  ürək  əzələsinin  fəaliyyətinin,  hüceyrənin  membran  və 



fəaliyyət  potensialın  tənzimlənməsində  fəal  iştirak  edirlər. 

Orqanizmdə Na miqdarının normadan az olması, əzələ təqəllüsünün 

pozğunluğuna səbəb olur. 

Bədənə  normadan  çox  natrium  daxil  olması  onun  tem-

peraturunun  artmasına,  hətta  zəhərlənməsinə  belə  səbəb  ola  bilər. 

İsti  sexlərdə  işləyən  adamlarda  tərlə,  sidiklə  çoxlu  natrium  (45% 

qədər) ifraz olunur. İsti sexlərdə işləyənlərə maye itkisinin qarşısını 

nisbətən  almaq  üçün  şirələr  və  10-15  qr  xörək  duzu  qatılmış  su 

içirtmək lazımdır. 

Kalium  mübadiləsi  (K

+

)  hüceyrədaxili  mayenin  katio-  nu 

olan  kalium  memran  potensialı  yaradır.  Hüceyrə  membra-  nının 

oyanmasını  müəyyən  edir.  Əzələ  və  sinir  hüceyrəsinin  daxilində 

kaliumun  qatılığınm  dəyişməsi  əzələ  və  sinir  sisteminin 

funksiyasına  təsir  edir.  Qanda  kaliumun  miqdarının  azalmasına 

hipokalemiya,  çoxalmasına  isə  hiperkalemiya  deyilir.  Kalium 

miqdarının  azalması  ürək  əzələsinin  təqəllüsünə  mənfi  təsir  edir, 

bağırsaqlarda parez əmələ gətirir. Bitki mənşəli qidalardan, kartofun 

tərkibində kaliumun miqdarı daha çox olur. Na

+

 və K



+

 ionları ürək 

əzələsinin fəaliyyətinin tənzimlənməsində fəal iştirak edərək, onun 

oyanma  qabiliyyətini  əhəmiyyətli  şəkildə  dəyişirlər.  Na

+

  qan 


plazmasından xaric edilməsi əzələ toxumasının yığılma xassələrinin 

itirilməsi ilə nəticələnir. K

+

 ionu heyvan hüceyrəsinin əsas mineral 



katio- nudur. 


Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin