17.7.
Dinamiki iş zamanı humoral tənzimolunma
Fiziki işdən əvvəl və sonra qanda bir çox hormonların qatdığı
dəyişir. Əksər hallarda bu effekt ya qeyri-spesifikdir, ya da tam
olaraq aydın deyil. Bu məsələlərə şamil edilməklə üç hor- monal
sistemi xüsusi olaraq nəzərdən keçirilməyə layiqdir.
389
downloaded from KitabYurdu.org
Şəkil 1. Bədənin temperaturundan asılı olaraq bazu nahiyə-
sində (qida borusunun temperaturu) dərinin qanla təmin olunması-
nın ölçüsü kimi qan axını.
İş zamanı (ürəyin yığılmasının tezliyi dəqiqədə 120-130
vurur) yüksək istilik əmələ gəlməsinə baxmayaraq dəridə qan
axınının sürəti sakitlik vəziyyətindəki ekvivalent şərtlərə nisbətən
aşağıdır; oturaq vəziyyətdə qanla təmin olunma dik və- ziyyətdəkinə
nisbətən daha az intensivdir (şəkil
1
).
1.
Simpatik adrenalin sistemi.
Fiziki iş zamanı qana külli miqdarda, xüsusilə böyrəküstü
vəzilərin beyin maddəsindən, adrenalin ifraz olunur, nordre- nalin
çox az miqdarda sekresiya olunur. Digər xüsusiyyətləri ilə yanaşı,
adrenalin depodan qlikogen və yağların səfərbər olunmasına səbəb
olur, tsiklik AMF-ın daha güclü hasil edilməsini tənzimləyir,
həmçinin ürək fəaliyyətini aktivləşdirir və fikir aydınlığını
yüksəldir. Adrenalin ifraz olunması adətən işçi yükün təsirindən
qabaq başlayır və ya ən geci onun başlanğıcı ilə üst-üstə düşür.
Adrenalinin ifraz olunma sürətinin atması sidiyin vanilbadam
turşusu (VBT) - katexolamenlərin parçalanma məhsulu ilə xaric
olunmasında öz əksini tapmışdır.
2.
Hipofiz -böyrəküstü vəzilərinin qabıq maddəsi sistemi.
İşin başlanmasından təqribən
2
dəqiqə sonra adeno-hi-
pofız tərəfindən böyrəküstü vəzilərin qabıq maddəsindən kar-
tikosteroidlərin ayrılmasını tənzimləyən AKTH ifrazı güclənir.
390
downloaded from KitabYurdu.org
Fiziki yükün yerinə yetirilməsi üçün kartikosteroidlərin əhəmiyyəti
tam aydın deyil, halbuki məlumdur ki, onlar qlikoge- nin səfərbər
olunmasını tənzimləyir.
3.
İnsulin - qlükoqon turşusu.
İnsulin və qlükoqonun qatılığının dəyişməsi çox qeyri-
bərabər şəkildə baş verir, tş zamanı insulinin qatılığı bir qədər aşağı
düşür, qlükoqonun səviyyəsi isə həm arta, həm də azala bilər. Belə
şəkil dəyişkənliyi çoxlu sayda hormonların karbo- hidrat və yağ
mübadiləsinə təsiri, həmçinin insanın qidalanma və dözümlülük
vəziyyəti ilə əlaqədardır. Fiziki iş şəraitində insulin səviyyəsinin
qanda qlükozanm qatdığının dəyişməsinin xarakterinə təsiri şəkil
1
-
də təsvir edilmişdir. İşə yaxşı adaptasiya olunmuş diabetiklərdə
dəqiq hipoqlikemik reaksiya özünü göstərir (şəkil
2
).
17.8.
Statik işə uyğunlaşma
Statik iş izotermik əzələ yığılmalarının vasitəsilə yerinə
yetirilir, ya postural iş (bədənin müəyyən vəziyyətinin saxla-
nılması), ya da köməkçi iş (əşyaların saxlanılması) ola bilər.
Dinamiki iş kimi, o da əzələdən keçən qan axını və enerji ilə təchiz
olunmadakı dəyişkənliklərlə bağlı olan orqanizmin müəyyən bir
uyğunlaşmasını tələb edir.
ƏZƏLƏDƏ QANLA TƏCHİZOLUNMA
VƏ METABOLİZM
Maksimal qiymətdən tutmuş 30%-dək intensivliyə malik
statik iş şəraitində əzələlərdə qan axını güclənir. Böyük intensivliyə
malik iş zamanı yüksək əzələdaxili təzyiq qan axınına mane olur,
maksimal miqdarın 70% və ya daha çox intensivliyə malik statik iş
şəraitində əzələlərdə qan dövranı tamamilə dayanır.
391
downloaded from KitabYurdu.org
Zəif adaptasiya olunmuş diabetiklər
-10 o
, ləzarət qurupu|,. _ . . . .
lyaBi ~M(«sa-- -
f
-
^ ı V ı i Ş W r , .
ı r
60
90
120
150 180 210
Vaxt
’
d3f
l
________________
, Bərpa .
*
'olunma
İş
Şəkil 2.
Fiziki yükün şəkər xəstəliyinə tutulmuş və kontrol şəxslərdə
qlükozanm qatılığına təsiri; iş veloerqometrdə ürəyin yığılmalarının tezliyi » 110 dəq-
1
olan şəraitdə yerinə yetirilmişdir. Şaquli xətlərlə standart vəziyyətdən kənaraçıxmalar
göstərilmişdir.
Təcrübələr göstərmişdir ki, əzələlərdə qan axını hər hansı bir
xarici təsirin nəticəsində kəsilirsə, onun işin davam etməsini
saxlayan maksimal müddəti maksimal qiymətdən 50% aşağı
intensivlik şəraitində azalır, 50% üstün intensivlik şəraitində isə
dəyişilməz qalır. Belə effektlərin səbəbi ondan ibarətdir ki, tu- tub
saxlamağa sərf olunan işin müddəti bir dəqiqəni aşıb keçmirsə,
aerob proseslərin hesabına enerjinin əldə edilməsi limit amil kimi
xidmət etmək üçün həddindən artıq yavaş artır, buna görə də qan
axınının sürəti inadekvat olur.
17.9.
Fiziki olmayan yüklərə orqanizmin reaksiyası
Sinir psixi yüklərə reaksiyalar.
Enerji mübadiləsinin intensivliyi həmçinin, sinir-psixi
yükləri dəf edən zamanda da artır, lakin buna səbəb baş-be
392
downloaded from KitabYurdu.org
yində güclü maddələr mübadiləsi deyil, yüksək əzələ tonusudur.
Bir çox hallarda fiziki işin yerinə yetirilməsi ilə bağlı olan
reaksiyalara bənzər vegetativ reaksiyalar: yüksək ürək yığılma-
larının tezliyi və tənəffüsün dəqiqədə olan artmış həcmi, elektrik
müqavimətinin azalması ilə müşayiət olunan dəridə yüksək qan
axını, artmış tər ifrazı və sidik vasitəsilə vanilil, badam turşusunun
xaric edilməsinin yüksəlməsinə uyğun olan şəraitdə çoxlu
miqdarda adrenalinin ifraz olunması meydana çıxır. Bir-birilə
əlaqəli olan sinir-psixi və fiziki işçi yüklər müasir həyat üçün çox
xarakterikdir, lakin belə vəziyyətlərin kəmiyyət baxımından
öyrənilməsi çətinliklərlə bağlıdır. Fiziki reaksiyaların qeydə
alınması yolu ilə onlar tərəfindən yaradılan gərginliyi
qiymətləndirmək üçün ayrı-ayrı cəhdlər edilmişdir.
Şəkil
3. Müxtəlif intensivlikli statik iş şəraitində ürək yığılmalarının tezliyinin
dəyişməsi (yükün hər iki əllə tutulması).
Lakin belə məlumatlar eynən fiziki iş kimi psixoloji və psixo-
fıziki işi də həmin əminliklə (arxayınlıqla) analiz etmək imkanı
vermir.
Bəzi vəziyyətlər əsas etibarilə emosiyalara təsir göstərir,
emosional yüklərə qarşı reaksiya zamanı insanlarda əqli işdə
393
downloaded from KitabYurdu.org
ortaya çıxan əlamətlər - taxikardiya, hiperventilyasiya, tər ifraz
olunması (məsələn, qorxu və ya həyəcanla bağlı) və s. müşahidə
edilir (şəkil 3). Həmçinin simpatik-adrenalin sisteminin
əhəmiyyətli dərəcədə tənzim olunması baş verir, qeyd etmək
lazımdır ki, bu zaman ifraz olunmuş adrenalin və noradrena- lin
miqdarının nisbəti bəzi hüdudlarda dəyişir. Həddindən artıq
narahatçılıq və güclü qorxu vəziyyəti nəinki bir neçə saniyə
müddətində kəskin şəkildə ifadə olunmuş erqotron reaksiya (dərhal
cavab) yaradır, eləcə də həmçinin çox zaman parasimpatik sinir
sisteminin tənzim olunmasım şərtləndirir. Qeyd olunan sonuncu
effekt belə hallarda defekasiya (fekal kütlənin xaric edilməsi) və
sidiyin xaric edilməsi və ya hətta ürəyin dayanmasına gətirib çıxara
bilər.
17.10.
İşgörmə qabiliyyətinin hüdudları
İşgörmə qabiliyyətini məhdudlaşdıran
amillər
Aralarında sərhədləri qeyri-ixtiyari müəyyən olunan işin
davametmə müddətinin üç kateqoriyasını nəzərdən keçirmək
məsləhətdir.
Qısamüddətli iş (davametmə müddəti « 20 san). Bu halda
ATF və keratinfosfatın (KF) hüceyrədaxili ehtiyatları böyük
əhəmiyyət daşıyır. Bu makroergik fosfat birləşmələri işin ilk 15-20
san ərzində maksimal işgörmə qabiliyyəti üçün kifayət olan enerji
miqdarı ilə təmin edə bilərlər.
Orta davametmə müddətli iş. Bu kateqoriyaya aid edilən ən
az davametmə müddətinə malik iş («
1
dəq) əsasən anaerob proses
- qlikolizin (ATF və KF ehtiyatlarının sərf edilməsində və qlikolizin
intensivliyinin armasından sonra) hesabına enerji ilə təmin edilir.
Beləliklə, işin yerinə yetirilməsi imkanlarını məhdudlaşdıran amil
əzələnin qlükolitik yolla metabolizmi həyata keçirmək qabiliyyəti
və laktatın toplanması nəticəsində meydana çıxan asidozdur. Bu
kateqoriyaya aid edilən ən çox davametmə müddətinə malik iş («
6
dəq) şəraitində enerjinin böyük hissəsinin hamısı metabolizmin
aerob proseslərinin he
394
downloaded from KitabYurdu.org
sabına əldə edilir, buna görə də işgörmə qabiliyyəti daha az şəkildə
anaerob mübadilənin və daha böyük şəkildə aerob mübadilənin
sürəti ilə limitləndirilir.
Uzunmüddətli iş (dözümlülük tələb edən iş; «
6
dəq və daha
çox) Uzunmüddətli iş zamanı aerob enerji mübadiləsi üstünlük
təşkil edir. İşgörmə qabiliyyəti əsas etibarilə onunla bağlı amillər-
əzələ hüceyrələrində metabolitik qlikogen ehtiyatı ürək-damar
sisteminin fəaliyyəti hesabına əldə olunan oksigen və substratlarla
təmin edən məsələlərin (vəzifələrin) həlli zamanı uzunmüddətli iş
şəraitində həlledici rol ürəyin işinə (nasos kimi) və aerob
metabolizm - ehtiyatlarına məxsusdur. Yalnız o zaman işin müddəti
qlikogen ehtiyatlarının tükənməsi ilə məhdudlaşır ki, iş dalbadal bir
neçə saat ərzində lazım olan intensivliklə yerinə yetirilsin.
17.11.
Yorulma və tükənmə
Yorulma - ağır işin təsirindən yaranan və işgörmə qabi-
liyyətinin aşağı düşməsi ilə bağlı olan haldır. O, fiziki əzələvi və ya
sinir - psixi (mərkəzi) ola bilər. Yorğunluğun hər iki forması ağır iş
şəraitində bir-birinə uyğun gəlir, onları kəskin (qəti) şəkildə bir-
birindən ayırmaq olmaz. Ağır fiziki ilk növbədə əzələ yorğunluğuna
gətirib çıxarır, güclü əqli və ya yekcins iş mərkəzi təbiətli
yorğunluğa səbəb olur. Gücdən düşmə və ya yorğunluqla yorulmanı
(bu halda yuxuya ehtiyac duyulur) bir-birindən dəqiq olaraq
sərhədləndirmək lazımdır.
Bərpaedilmə - bu proses iş kəsilən, gərginliyinə görə aşağı
düşən və ya xarakterinə görə dəyişən zaman başlayır; o yorğ-
unluğun azalmasına və işgörmə qabiliyyətinin yüksəlməsinə uyğun
gəlir. Bu göstəricilər öz əvvəlki səviyyəsinə qayıdan zaman
bərpaedilmə prosesi də başa çatır.
Bərpaedilmə və iş fasilələrinin bölüşdürülməsi
Konkret insanın yorulma həddindən üstün olan işin yerinə
yetirilməsi zamanı bərpaedilmə prosesi üçün zaman-zaman
395
downloaded from KitabYurdu.org
işi dayandırmaq vacibdir (zəruridir). Bərpaedilmə prosesi belə
fasilənin başlanğıcında daha tez baş verdiyi üçün, işi aşağıdakı
prinsip üzrə təşkil etmək lazımdır: bir neçə uzunmüddətli fasi-
lədənsə, çoxlu sayda qısa müddətli fasilələr zamanı, eləcə də daha
asan işin dövrləri zamanı da baş verə bilər.
17.12.
Fiziki yorğunluq
Fiziki yorğunluq uzun müddətli iş zamanı skelet əzələsində
meydana çıxan dəyişikliklər nəticəsində yaranır və işg- örmə
qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaran enerji ehtiyatlarının
tükənməsi və süd turşusunun (“yorğunluq maddəsi”) toplanması ilə
bağlıdır. Fiziki işin ardınca gələn bərpaedilmə fazası zamanı enerji
ehtiyatları bərpa olunur, süd turşusu ilə kənar edilir.
Dinamiki iş zamanı yorğunluq. Yorğunluğun son həddindən
aşağı həddə yerinə yetirilən iş zamanı hərəkətlərin xarakteri (təbiəti)
əzələlərin boşalması üçün lazım olan kifayət qədər müddətlə təmin
edir ki, bu müddət ərzində yığılmalar zamanı istifadə olunan
makroerqik fosfat birləşmələri bərpa olunur, mübadilənin sonuncu
məhsulları isə kənar edilir. Boşalma müddəti bərpaedilmə üçün
zəruri olan müddətə uyğun gəlir. Bu halda yorğunluğun qalıq
əlamətləri müşahidə olunmadığına görə belə işi yorucu olmayan iş
adlandırırlar. Yorğunluğun son həddindən yuxarı həddə yerinə
yetirilən iş zamanı fasiləsiz bərpaedilmə imkanı olmur, belə ki,
boşalma müddətinin uzunluğu bərpaedilmə üçün zəruri olan
müddətdən azdır. Enerji ehtiyatlarının bərpa edilməsi və süd
turşusunun kənar edilməsi tam olaraq baş vermir və qalıq
yorğunluğun son həddindən yuxarı həddə olan şəraitdə əzələ
yorğunluğunun dərəcəsi fizioloji (məsələn, bərpaedilmə müddəti,
bərpaedilmənin nəbzi cəmi) əsasında təyin edilə bilməz.
Axsaq at sindromu. Bu sindrom əzələlərin keyləşməsi və
xəstə olmasından ibarət olub, çox zaman hesab edildiyi kimi
əzələlərdə süd turşusunun toplanması ilə şərtlənmir. Təzyiq al
396
downloaded from KitabYurdu.org
tında və hərəkət zamanı əzələ ağrısı iş zamanı toplanan süd turşusu
əzələdən kənar edildikdən sonra yaranır. Belə xəstəlik halının fərqi
daha artıq miqdarda təzahür etdiyi əzələlərin xeyli dərəcədə qüvvə
(güc) yaratması laktat mexanizmi ilə uyğunsuzluq təşkil edir; bu o
hallar üçün daha ədalətli hesab olunur ki, bu zaman tormozlanma ilə
həyata keçirilən iş şəraitində (mənfi iş) belə əzələdaxili əlaqənin
(koordinasiyanın) pozulması baş verir. Xeyli dərəcədə səylərin
inkişaf etməsi Z- lövhəciklər (plastinkalar) nahiyəsində rabitəsizliyə
(qırılmaya) səbəb olur, onların bərpa olunmasının ölçüsünə uyğun
olaraq müəyyən müddətdən bir əzələ ağrılarını əmələ gətirən
maddələrin ifraz olunması baş verir.
Statik iş zamanı yorğunluq. Gündəlik həyatda mühafizə etmə
(tutub saxlama) ilə bağlı olan iş adətən yorğunluq son həddən yuxarı
olur. Onun əmələ gətirdiyi yorğunluq ardıcıl olaraq enerji
ehtiyatlarının tükənməsi ilə əlaqədardır. Maksimal qüvvənin 50%-
dən az olmayan hissəsini tələb edən və
1
dəqiqədən artıq davam edən
mühafizə xarakterli iş şəraitində qan axını işgörmə qabiliyyətini
məhdudlaşdıran amil kimi çıxış edir.
Əsəbi -psixiyorğunluq
Əsəbi - psixi (mərkəzi) yorğunluq mərkəzi sinirlə tənzim-
lənmədəki pozğunluqların təsirindən əmək qabiliyyətinin aşağı
düşməsinə gətirib çıxarır. Onun tipik əlamətləri arasında in-
formasiyanın ötürülməsinin ləngiməsini, təfəkkürün funksiyalarının
və məsələlərin həllinin pisləşməsi, sensor qavrama və sensomotor
funksiyanın zəifləməsinin aşağı düşməsi ilə müşayiət olunur, bəzən
ona görə depressiyaya (ruh düşgünlüyünə) meyllilik, səbəbsiz
narahatçılıq və ya fəallığın aşağı düşməsi, həmçinin tez əsəbləşmək
və qərarsızlıq əsəbi-psixi yorğunluğu əmələ gətirir:
1)
diqqətin cəmləşməsini tələb edən uzun müddətli əqli iş;
2)
ağır fiziki iş;
3)
monoton ritmdə yeknəsəq iş;
4)
əmək üçün qənaətbəxş hesab olunmayan səs-küy, zəif
işıqlanma və havanın temperaturu;
397
downloaded from KitabYurdu.org
5)
mübahisə, fikir (təşviş) və ya işə marağın olmaması;
6)
xəstəlik, ağrı və qidalanmanın çatışmaması.
17.13.
Həddindən artıq yüklənmə (iş) və üzülmə
Həddindən artıq yüklənmə (iş) yüklənmə sindromunun ortaya
çıxması ilə şübhəsiz olur, uzun zaman ərzində yorğunluq
bərpaedilmə ilə tam olaraq kompensasiya olunmadıqda (xroniki
pozğunluq) və ya iş stimulyatorların təsiri altında yetirilərkən
qısamüddətli yüklərin maksimal həddini aşıb keçən zaman (kəskin
pozğunluq). Xüsusilə ağır hallarda pozanın saxlanmasında və
hərəkətlərdə iştirak edən orqanlar zədələnir, (sümüklərin sınağı,
əzələ və əzələ liflərinin dartılması, fəqərəa- rası disklərin yerindən
oynaması, oynaqların menisklərinin zədələnməsi). Bəzi fəaliyyət
növlərində zamanın uzun müddət ərzində skelet-əzələ sisteminə
ifrat dərəcədə mexaniki yük təsir göstərirsə, bu sistemin funksiyası
pozula və daimi zədələnmə- lərin yaranması - məsələn, yük
maşınları və traktor sürücülərində onurğa sütununun deformasiyası
mümkün ola bilər.
Çox zaman oynaq, bağ və əzələ liflərinin zədələnməsi idman
sahəsində fəal məşqetmə və idman yarışlarında meydana çıxır.
Tükənmə o halda baş verir ki, intensivliyi dözümlüyün son
həddində yüksək olan fiziki və ya əqli iş kifayət qədər sürətlə başa
çatmır və ya (təkrar maksimal iş zamanı) bərpa- edilmənin mümkün
olması üçün kifayət qədər uzun müddətə dayandırılmır. Əgər bir çox
tənzimedici sistemlərin funksiyaları pozulursa, həddindən artıq
yorulma qaçılmaz olaraq işin dayandırılmasına gətirib çıxarır.
Kəskin tükənmə termini ağır yorucu iş zamanı işgörmə
qabiliyyətinin kəskin aşağı düşməsi şəraitində tətbiq edilir.
Tükənmə vəziyyəti kəskin metabolitik asidozla müşayiət olunur -
qanda pH
6
,
8
-ə qədər və əzələdə 6,4-ə qədər aşağı düşür. Yarışmalar
və məşqlər zamanı idmançılarda bu qiymətlər demək olar ki, normal
şəkildə qeydə almır, onlar xroniki poz
398
downloaded from KitabYurdu.org
ğunluqlardan əziyyət çəkmirlər. Fövqəladə vəziyyətlərdə daha ağır
tükənmə yarana bilər və bu halda pozğunluqlar daimi xarakter əldə
edə bilər. Üzülməyə səbəb yükdən sonra bərpaedil- mə üçün vacib
olan vaxt tükənmənin ağırlığına mütənasib olaraq artır.
Əgər gərgin iş uzun müddət ərzində davam edirsə və ya
həddindən artıq tez-tez təkrar olunursa xroniki tükənmə ad-
landırılan vəziyyət yarana bilər. O, tənzimləyici sistemlərin
(məsələn, böyrəküstü vəzn qabıq maddəsi) uzunmüddətli poz-
ğunluqları ilə müşayiət olunur, bəzi hallarda bu pozğunluqlar o
qədər ağır olur ki, ölüm baş verir.
Əvvəllər mövcud olan təsəvvürlərin əksinə olaraq indi
məlumdur ki, maksimal fiziki iş şəraitində sağlam adamın ürək-
damar sisteminin funksiyası nəzərəçarpacaq dərəcədə dəyişilmir.
Ağır fiziki iş zamanı miokarddan daha tez olaraq skelet əzələləri
yorulur; “idmançı ürəyində” patoloji deyil, adaptiv (uyğunlaşmış)
dəyişikliklər mövcud olur. Lakin ürək xəstəliklərindən, məsələn,
tac damarlarının sklerozundan əziyyət çəkən adamlarda həddindən
artıq fiziki yük ürəyin zə- dələnməsinə səbəb ola bilər, oxşar nəticə
dopinqin tətbiq edilməsi ilə də mümkün ola bilər. Hətta xarici
görünüşü sağlam olan adamlarda belə tükənmə güman olunur ki,
mədəciklərin fibrilyasiyası nəticəsində letal kollapsa gətirib çıxara
bilər (baxmayaraq ki, onun ehtimallığı həddindən artıq azdır).
Həyəcan siqnalı və uyğunlaşma sindromu vegetativ sinir və
endokrin sistemlə sıx bağlıdır. Hər iki sistem müxtəlif yüklərə
stereotip olaraq reaksiya göstərir. Əvvəlcə adrenalin və
noradrenalin hormonlarının, daha sonra qlükokartikoidlərin
sekresiyasını stimulyasiya edən AKTH-in güclü surətdə ifraz
olunması baş verir. Həyəcan reaksiyası termini bu vəziyyətə o
hallarda tətbiq olunur ki, reaksiyaya cavab daha kəskin bü- ruzə
verilir; bu şəraitdə orqanizmin vəziyyəti stress adlanır, stresi
yaradan vəziyyətləri isə stresə səbəb vəziyyətlər adlandırırlar ki,
bunlara bütün güclü fiziki və sinir-psixi yüklər, o cümlədən
həddindən artıq ağır iş soyuma və qızma, udulan havadakı oksigen
çatışmazlığı, hipoqlikemiya, xəstəliklər, cər-
399
downloaded from KitabYurdu.org
rahiyyə əməliyyatları, yaralar, ağrı və hiddət aid edilir. Stresə səbəb
olan amillər uzun müddət ərzində təsir göstərərsə böy- rəküstü
vəzilərin qabığının hipertrofiyasma səbəb olan uyğunlaşma
sindromu yaranır. Stress zamanı güclü surətdə adrenali- nin ifraz
olunması vegetativ sinir sitemi ilə mühafizə olunan ehtiyatların
səfərbərliyə alınmasına gətirib çıxarır. Nəticədə sağlamlıq üçün
təhlükə ilə bağlı olan işgörmə qabiliyyətinin zahiri artması baş verir.
Belə fikir mövcuddur ki, xüsusilə sinir-psixi amillərdə kifayət
qədər bərpaedilmə mümkün deyilsə, funksional pozğunluqlar əmələ
gətirə bilərlər; belə sindrom “vegetativ disto- niya” adlanır. Bu
zaman müşahidə edilən tipik simptomlar - yuxunun pozulması, qan
dövranının tənzim olunmasında olan dəyişikliklər, qəflətən tər ifraz
olunması, daimi yorğunluq və ümumi işgörmə qabiliyyətinin aşağı
düşməsidir.
Dostları ilə paylaş: |